Məhkəmə qərarları › İş №2-1(116)-261/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-261/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-261/2025 26.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Həkim Psixiatr Komissiyasının xx.xx.2023- cü il 617 nömrəli rəyi ilə təsdiq edilmiş, xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.1997-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olmuş, xx.xx.2020-ci il tarixdə SHÇDX-nin Ucar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. xx.xx.2020-ci il tarixdə Suqovuşan ugrunda gedən dövüşlərdə ağır yaralanmışdır. Düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində sol dizin bayır kənarının kor qəlpə yaralanması, qapal, kəllə beyin travması, hər iki qulağın ağır eşitməsi, ağır qəlpə yaralanması, diaqnozları almışdır. Vəziyyəti ağu olduğu üçün xx.xx.2020-ci il tarixdən 06.10 2020-ci il tarixinədək Naftalan ŞX-da stasionar müalicədə olmuş, 4.08.2024- xx.xx.2021-ci il tarixində X1, xx.xx.2021-ci il - xx-xx.2021-ci il tarixdə Respuyblika Psixatriya xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci ilədək Gəncə Birləşmiş xəstəxanasında, xx.xx.2022-xx.xx.2022-ci il ,xx.xx.2022, xx.xx.2022-c il Gəncə Psixiatriya xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN.MHPda müayinə və müalcə olunmuşdur. Səhhətində davamlı ağırlaşmalar olduğu üçün 0205.2023-cü il tarixdə “Akademik M.Ə.Mİrqasımov adına” Respublika Klinik xəstəxanasında, xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Topçubaşov adına Elmi-Cərahiyyə Mərkəzində xx.xx.2023-cü il tarixdə X3 Travmatologiya intitunda müalicə və müayinələr almışdır. Ancaq heç bir müsbət nəticələr olmamışdır. Belə ki, əvvəllərdə olduğu kimi xəstəlik ilə əlaqədar tez-tez qıcolmalar , nitq pozgunluğu, baş-beyin nahiyyəsində, güclü ağrlar, sinir pozğunluğu, sol ayağının işləməməsi nevromatik sinirdən hələ də davam edir. xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə Ucar RMX-nin göndərişləri əsasında ağır diaqnozlar Respublika Psixiatriya xəstəxanasına göndərilmişdir. Müayinə və müalicələrdən sonra ikinci dələ xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Psixi Sağlamlıq Mərkəzinin direktoru , Baki şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona yekun rəy, diaqnoz: üzvi ( müharibə zamanı alınmış, qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxil olmalar və kəkələmə ilə F07.0 xəstəliyi təyin edilmişdir. Ancaq bütün bu fakt və sübutlara baxmayaraq, xx.xx.2023-cü ıl tarxdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən əsassız olaraq imtina verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu (isterik tip) dissosiativ daxilolmalarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan’’na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əlilliyin təyin edilməsindən imtina qərarı;

2. AR Səhiyyə Nazirliyi “Respublika Psxiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 206 nömrəli rəyi;

3. AR MN-nin 2510 nömrəli Travma haqqında arayış;

4. İddiaçı barəsində “Əlillik Altsistemi” ndən Çıxarış;

5. Cavabdehin etiraz məktubu və ona əlavə olunan sənədlər.

6. AR SHXÇDX-nin Ucar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı məxsus qeydiyyat kartasının surəti;

7. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi canlı şəxsin müayinə edilməsi ilə bağlı T557/2024 nömrəli Ekspert Rəyi; AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2247 nömrəli məktubuna əlavə edilmiş 383 saylı ekspert rəyi

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü mübahisələndimir, qoyulmuş diaqnozun əlillik əlaməti təyin etməməsini bildirir. Səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmiş, sol dizin bayır kənarının kor qəlpə yaralanması üzvi (qapalı kələ beyin travması) mənşəli şəxsiyyət pozğunluğu, dissosiativ daxilolmalarla, kəkələmə ilə partlayış travması nəticəsində kəskin dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişkənliyi psixopatobənzər davranış” olmuşdur. Eyni zamanda AR Səhiyyə Nazirliyi “Respublika Psxiatriya Xəstəxanası” PHŞ Həkim Psixiatr Komissiyasının tibbi rəyindən görünür ki, iddiaçıya “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar və kəkələmə ilə F07.0” diaqnozu qoyulmuşdur. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar və kəkələmə diaqnozuna münasibətdə F07.0 koduna istinad edilmişdir. Göndərişdə iddiaçı barəsində “Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, nitq qüsuru, özünü kəsmələr” diaqnozu qeyd edilmişdir. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Sözügedən F07.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə üzvi mənşəli şəxsiyyət pozuntusu olaraq 7.6.2-ci bənddə nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. İddiaçı hal-hazırda “Üzvi (qapalı kəliə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, kəkələmə və koqnitiv funksiyaların enməsi ilə" aşkar olunur. Sualda qeyd olunan diaqnoz İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yardılmış həkim psixiatr komısiyası tərəfindən xx.xx.2023-cü il tarixli müayinədə təyin olunmuş “ Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar və kəkələmə ilə” diaqnozu düzgün qoyulmuşdur. İddiaçı qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu müxtəlif vaxtlarda fərqli əlamətlərlə təzahür edə bilər. Odur ki, “Üzvi şəxsiyyət pozuntusu'nun ayrıayrı əlamətləri xx.xx.2023-cü il tarixli müayinə və hal-hazırdakı müayinədə cüzi fərqlərin olması mümkündür. İddiaçı Müdafiə Nazirliyinin Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10850 nömrəli şəhadətnamədə qeyd edilmiş “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyətin davamlı dəyişikliyi psixopatabənzər davranışla, depressiv sindrom, retroqrad amneziya ilə” diaqnozu ilə hazırda müəyyən edilmiş İddiaçı hal-hazırda “Üzv (qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, kəkələmə və koqnitiv funksiyaların enməsi ilə" diaqnozları arasında prinsipial fərq yoxdur. Hər iki diaqnozda “Üzvi şəxsiyyət pozuntusu”(F07) qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdən halhazıradək kifatət qədər vaxt keçdiyindən xəstəliyin bəzi ikinci dərəcəli təzahürləri arasında müəyyən fərqlərin olması təbiidir. İddiaçı hal-hazırda İddiaçı hal-hazırda “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, kəkələmə və koqnitiv funksiyaların enməsi ilə” aşkar olunur. İddiaçı əvvəllər qeyd olunmuş diaqnozlar düzgündür və hazırda müəyyən edilmiş diaqnozla prinsipial fərqləri yoxdur. Qeyd olunmalıdır ki, “üzvi şəxsiyyət pozuntusu kompensasiya,dekompensasiya və natamam kompensasiya vəziyyətlərində ola bilər. Hal-hazırda İddiaçı qeyd olunan uzvı şəxsiyyət pozuntusu" natamam kompensasiya vəziyyətindədir. Tibbi sənədlərin təhlilinə əsasən İddiaçı əvvəllər uzvı şəxsiyyət Pozuntusu”nun dekompensasiya vəziyyətində olmasıı ehtimal etmək olar. Beləliklə, İddiaçı qoyulmuş diaqnoz əlillik əlaməti təyin edir. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında" diaqnozu qoyulmuqdur. Diaqnozu mövcuddur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki,hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir.Belə ki,cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- F07-üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu qəbul edir. Bu diaqnoz məhkəmədə iddia qaldırılanadək təqdim edilmiş R00132361ACK nömrəli forma 88 göndərişində əsas diaqnoz olaraq təsbit edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu təsbit edilmişdir.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların 7.6.2.2-ci bənddə göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 65-80 dərəcəsi və iki il müddətində əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 7.6.2.2-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 65-80% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 65-80% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki,iddia əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-390/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-368/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, 30 sentyabr 2023-cü il tarixindən iddiaçıya 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 65-80% müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 30 sentyabr 2023-cü il tarixindən 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 65-80% müəyyən edilməsi) təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar