Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2629/2024 02.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Mingəçevir Şəhər Polis İdarəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 5 saylı evin 91 saylı mənzili X1 mülkiyyətindədir və bu barədə səlahiyyətli orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – 23 iyul 2021-ci il) verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən ASAN Mingəçevir xidmət mərkəzi vasitəsi ilə alınmış 8 may 2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan məlum olur ki, X7, X4 və X5 həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı Həsənov X3 şəhəri, N.Gəncəvi küçəsi, 5 saylı evin 91 saylı mənzilinin mülkiyyətçisi X1 atası kimi sonuncu tərəfindən onun adına verilmiş etibarnamə əsasında sözügedən mənzildən X6 və digərlərinin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Lakin cavabdeh ərizədə qaldırılan məsələnin həllindən imtina etmiş və bununla bağlı məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı cavabdeh Mingəçevir ŞPŞ-yə qarşı Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 5 saylı evin 91 saylı mənzilindən X6 və digərlərinin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Şəki İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış 3 iyul 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı qismində X1 qeyd olunduğu, həmçinin X2 tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu məhkəmədə təmsil etmək, məhkəmədə onun adından iddia qaldırmaq, iddia ərizəsini onun əvəzinə imzalamaq hüququ verilmiş etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən imzalanmış dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması məsələsinin nəzərdə keçirilməsi tövsiyə olunur. Lakin məsələ ilə bağlı iddaçı tərəf məhkəməyə hər hansı sənəd, yeni iddia ərizəsi təqdim etməmiş, hərəkətsizlik göstərmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 5 saylı evin 91 saylı mənzili ona məxsusdur. X6 və digərlərinin həmin mənzildə qeydiyyatda qalması bu yaxınlarda ona məlum olmuşdur. Adıçəkilən şəxslər mənzildə yaşamırlar, onların qeydiyyatı formal xarakter daşıyır. İddiaçı cavabdeh Mingəçevir ŞPŞ-nin onların həmin mənzildən qeydiyyatdan çıxarılmasından imtinasını mübahisələndirir. İş üzrə iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlsə də, cavabdeh (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı bildirdi ki, mənzil yetkinlik yaşına çatmış övladı X1 adınadır, qızı hazırda respublika hüdudlarından kənardadır, yaxın vaxtlarda müvafiq səlahiyyətlər nəzərdə tutulan yeni etibarnamənin alınması imkan xaricindədir. Hesab edir ki, hazırkı iddianı qaldırmağa hüququ var və iddianı müdafiə edir. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Mingəçevir ŞPŞ Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh Mingəçevir ŞPŞ-nin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 74-cü maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, hazırkı mübahisə Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 5 saylı evin 91 saylı mənzilindən X6 və digərlərinin qeydiyyatdan çıxarılması ilə bağlıdır və həmin mənzil X1 mülkiyyətindədir. Lakin hazırkı iddia X2 tərəfindən deyil, İddiaçı tərəfindən qaldırılmış və iddia ərizəsi də sonuncu tərəfindən imzalanmışdır. Məhkəmənin mövqeyinə görə İddiaçı mənzilin mülkiyətçisi X1 adından cavabdeh Mingəçevir ŞPŞ-yə qarşı iddia ərizəsini imzalamaqla hazırkı iddianı qaldıra bilməz. “İddia ərizəsinin imzalanması” səlahiyyətinin ona verilməsi barədə etibarnamə olmadığından, iddiaçının dəyişdirilməsi şərtilə ərizədə göstərilənlərin X1 iradə ifadəsi kimi qəbul olunması yolverilən hal deyil. Məhkəmə icraatında təqdim edilmiş etibarnamədə “iddia ərizəsini imzalamaq” səlahiyyəti qeyd olunmamışdır. İddiaçı isə hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Mingəçevir ŞPŞ-ə qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №2-1(116)-2629/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2629/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver