Məhkəmə qərarları › İş №2-1(116)-263/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-263/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-263/2020 28.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X3) qarşı "X1 Mingəçevir şəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevirşəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzilində84,52 kv.m yaşayış sahəsindən ibarət xüsusi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 09.08.2019-cu ildə qeydiyyata alınmışdır. X3 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsa da, 2007-ci ildən etibarən artıq həmin mənzildə yaşamır. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək, göstərilən mənzildən üçüncü şəxs X1 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin sonuncu 06.09.2019-cu il tarixli cavab məktubu ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzilini alqı-satqı yolu ilə əldə etmişdir. Mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olan üçüncü şəxs X3 2007-ci ildən bəri həmin mənzildə yaşamasa da, qeydiyyatdan çıxmamışdır. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Tərəflər şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Üçüncü şəxsə göndərilən məhkəmə bildirişi isə məhkəməyə qaytarılmış, eyni zamanda, Mingəçevir ŞİH başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyinin 12.12.2019-cu il tarixli 147 nömrəli arayışından məlum olmuşdur ki, üçüncü şəxs X3 ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığına görə məhkəmə sənədlərinin ona çatdırılması mümkün olmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinin tərtib etdiyi 29.08.2019-cu il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzil satılmış və X3 həmin mənzildə yaşamır. - İşdə olan, Azərbaycan Respublikası Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 5 saylı Mənzil İstismar Sahəsinin 19.09.2019-cu il tarixli 11 nömrəli arayışından görünür ki, X3 2007-ci ildən bəri Mingəçevir şəhəri Rəsul Rza küçəsi ev 23 mənzil 21-də yaşamır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzilinə İddiaçı tam mülkiyyət hüququ 09.08.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh üçüncü şəxs X1 həmin mənzildən qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və X1 iddiaçıya məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X1 İddiaçı məxsus olan, Mingəçevir şəhəri Rəsul Rza küçəsi 23 nömrəli evin 21 nömrəli mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar