Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-263/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayonunun Məlikli kəndi ərazisində yerləşən, Məlikli bələdiyyəsinin mülkiyyətində olan Zərdab Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı1 Məcid oğlu, mərhum atası X18 və ailə üzvləri X9, İddiaçı2, X3, X21 və X8 fərdi yaşayış evi tikmək məqsədilə verilmiş 0,08 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydə alınmasından imtinanın qanunsuz hesab edilməsi, 0,22 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia tələbinin əsaslarına görə, Zərdab rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə iddiaçıya, İddiaçı1, mərhum atası X10 və ailə üzvləri X6, İddiaçı2, X2, X13 və X8 fərdi yaşayış evi tikmək məqsədilə 0,22 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçıya həmin torpağın 0,14 hektarı üçün “Torpağın mülkiyyətə verilməsinə dair” JN-075 kod 90510018 nömrəli Şəhadətnamə verilmişdir. Necə illərdir ki, qalan 0,08 hektar torpaq sahəsinin şəhadətnaməsini ala bilmir. İddiaçı onu da qeyd edir ki, islahat gedəndən bu günə kimi həmin torpaq onu istifadəsindədir və heç bir mübahisəli hal yoxdur. İddiaçılar şəhadətnamə olmadığına görə həmin torpağı sənədləşdirə bilmirlər. İddiaçı1 bildirilmişdir ki, Şəhadətnamə aldığı 0,14 hektar torpaq sahəsi mərhum atası X10 məxsus olan torpaqdır. Həmin torpağı onların adına sənədləşdirib onlara Torpağın mülkiyyətə verilməsinə dair JN 075A, KOD 90510018 nömrəli Şəhadətnamə vermişlər. İddiaçı1 cavabdehə müraciət edərək 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********91 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar torpaq sahəsinin qeydiyyatı ilə bağlı Zərdab rayon Arxivindən Zərdab rayonu Məlikli kənd İnzibati Ərazi Vahidliyinin 1996-2000-ci illərə aid Təsərrüfatbaşına kitabından çıxarışından arayışı əsas sənəd kimi təqdim edilmişdir. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi təqdim etdiyi sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmışdır. İddiaçıya və ailə üzvlərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən 0,14 hektar torpaq sahəsinə JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bu qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bu səbəbdən Zərdab rayonu Məlikli kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********15 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iddiaçılar ərizə təqdim edərək, “qaytanlanmış kitabda qeyd edilmiş, İddiaçı1 verilmiş 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-263/2022 nömrəli qərardadı ilə X9, X21, X14, X3 və Zərdab rayonu Məlikli bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubununun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: 161478 nömrəli “Ölüm haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1990-cı ildə vəfat etmişdir. 230478 nömrəli “Evlənmək haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X11 arasında xx.xx.1974-cü ildə nikah bağlanmış və Səadət Muradova “Salamova” soyadını qəbul etmişdir. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 02 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Zərdab rayonu Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabında qeyd edilmişdir ki, həmin kolxozun xx.xx.1986-cı il tarixli qərarı ilə Məlikli kənd sakini İddiaçı1 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Zərdab RİH başçısının Məlikli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 244 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı1 Zərdab rayon Məlikli kəndində qeydiyyatda olmaqla Məlikli kəndində yaşayır. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 57 nömrəli məktubuna əlavə olunmuş təsərrüfatbaşına kitablarının təsdiq olunmuş arxiv nüsxələrindən görünür: 1986-1990-cı illərdə X20 həmin təsərrüfatda ailə başçısı olmaqla qeydiyyatda olmuşdur. 1991-1995-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X9, İddiaçı2, X3, X21 və X15 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. “Məlumatlar torpaq kadastrı kitabının beşinci bölməsindən yazılır” qrafasında cəmi torpaq sahəsi 1991-1995-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur. 1996-2000-ci illərdə İddiaçı1 ailə başçısı olmaqla X9, İddiaçı2, X3, X21 və X15 həmin təsərrüfatda qeydiyyatda olmuşlar. Cəmi torpaq sahəsi 1996-2000-ci illər üzrə 0,08 ha qeyd olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubuna əlavə olunmuş JN-075A kod 90510018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı ilə 0,14 ha həyətyanı torpaq sahəsi İddiaçı1 Məcid oğlu, X9, İddiaçı2, X3, X21 və X8 verilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Zərdab rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 25 nömrəli arxiv arayışında qeyd olunur ki, Zərdab rayonu Məlikli kənd inzibati ərazi vahidliyinin 1996-2000-ci illərə aid “Təsərrüfatbaşına kitab”ına əsasən İddiaçı1nn xüsusi mülkiyyətində 0,08 ha torpaq sahəsi var. Cavabdehin etiraz məktubuna əlavə olunmuş Məlikli bələdiyyəsinin cavabdehə ünvanladığı məktubda qeyd olunur ki, Məlikli kənd sakini İddiaçı1 Məcid oğluna Məlikli kənd İƏD-nin 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabına əsasən həyətyanı məqsədilə 800 kv.m torpaq sahəsinin verilməsi barədə həmin kitabda qeydlər aparılmış və həmin torpaq sahəsi ona məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli **********20 nömrəli məktubuna əlavə olunmuş Zərdab rayon AİK tərəfindən təsdiq edilmiş subyektlər siyahısının təsdiq olunmuş surətində 103 nömrəli dövlət aktına əsasən İddiaçı1 Məcid oğlu, X9, İddiaçı2, X3, X21 və X8 0,08 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. Zərdab Rayonu Məlikli bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********32 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, **********60 DƏQKİS nömrəsi ilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən Şəki İnzibati Məhkəməsinə göndərilən mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında İddiaçı2 naturada göstərdiyi 0,21 ha torpaq sahəsinin 0,12 ha hissəsi Zərdab rayonu Məlikli kəndinin kompleks yerquruluşu islahat layihəsinə əsasən JN-075A nömrəli (Kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin yerləşdiyi ərazi ilə üst-üstə düşür, xüsusi mülkiyyətə verilmiş torpaqlara aiddir. İddiaçı2 naturada göstərdiyi torpaq sahəsi 0,21 ha torpaq sahəsinin 0,09 ha hissəsi bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsinin uqodiyası X4 X5 tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında təsvir edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə Dövlət və bələdiyyə mülkiyyətinə, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr X5 JN-075A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə naturaya uyğun olaraq təsbit edilərək yerləşdirilmişdir. Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə qaytanlanmış kitabdan və 1983-1985-ci illərə dair təsərrüfatbaşına ktabdan çıxarışlar məhkəməyə təqdim edilmişdir. 237-ci sırada İddiaçı1 adı, qarşısında cəmi torpaq sahəsi isə 0,08 ha qeyd olunmuşdur. Üçüncü şəxslər X9, X21 və X3 tərəfindən məhkəmənin elektron poçt ünvanına göndərilmiş ərizələrdə bildirilmişdir ki, onların iddiaya qarşı heç bir tələbləri yoxdur. Üçüncü şəxs X7 eyni məzmunlu ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Üçüncü şəxs Zərdab rayonu Məlikli bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubla Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, üçüncü şəxs olaraq heç bir iddiaları yoxdur. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddia tələbində qeyd edilən 0,08 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin torpaq sahəsinin ölçüsü göstərilmişdir. İş üzrə mütəxəssis rəyi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 0,09 ha hissəsinin bələdiyyə mülkiyyətinə aid olduğu, torpaq sahəsinin uqodiyasının X4 X5 tikinti altında olan torpaqlar kimi göstərildiyi müəyyən edilmişdir. Zərdab Rayonu Məlikli bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Məhkəməyə ünvanlanmış məktublarda qeyd edilmişdir ki, Məlikli kənd sakini İddiaçı1 Zərdab rayon Engels adına kolxozun Məlikli kənd torpaqlarına dair qaytanlanmış kitabının xx.xx.1986-cı il tarixli qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Odur ki, həmin torpaq sahəsinin Məlikli bələdiyyəsi tərəfindən verilən eskizdə göstərilən vəziyyətinə uyğun olaraq Dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmir. Həmin ərazi ilə bağlı heç bir iddiaları yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı1 qaytanlanmış kitabda qeyd edilmiş, iddiaçıya verilmiş və istifadəsində olan 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı1 verilmiş, qaytanlanmış kitabda qeyd olunmuş və iddiaçının istifadəsində olan 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-263/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-263/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver