Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2633/2024 21.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh orqanın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə X2, X4, Karatova( Ramazanova) Ramilə Seyid qızı, Karatova ( Ramazanova) Samirə Seyid qızı və Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsi iş üzrə inzibati icraat qaydasında üçüncü şəxs qismində zəruri cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-410/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-108/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2502/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-272/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-108/2023 nömrəli qərardadı Zaqatala rayonunun X1 üçüncü şəxs qismində zəruri cəlb edilməsi hissəsində dəyişdirilmiş, Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(107)-272/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2-1(116)-2502/2023 nömrəli qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı zamanı iddiaçının ailəsinin adına Zaqatala rayonu Uzunqazmalar kəndindən 3166 kv.m, 2701 kv.m, 1,29 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahələri və 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 50 nömrə ilə uçota alınmış A seriyalı 208488 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 3166 kv.m. torpaq sahəsi ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 325 nömrə ilə uçota alınmış A seriyalı 372925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 2701 kv.m. torpaq sahəsi ayrılmışdır. Belə ki, torpaq sahələrinə çıxarış əldə etmək istəyərkən müəyyən olmuşdur ki, Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə dair adına qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənəd (torpaq sahəsinin planı və ölçüsü və yaxud torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) tərtib edilməmişdir. Bildirilir ki, torpaq islahatından hal-hazıradək həmin torpaq şöbələri iddiaçının istifadəsindədir və torpaq sahələrinin vergisini ödəyir. Torpaq sahələrinə dair çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, imtina cavabı almışdır. Cavabdeh etirazını belə əsaslandırmışdır: İddiaçının ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 18 saylı Zaqatala Ərazi İdarəsində Zaqatala rayonu, Uzunqazmalar kəndində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair siyahılarda (DBF siyahısında) Zaqatala rayonu, Uzunqazmalar kəndində yerləşən iddiaçının isdifadəsində olan pay torpaq sahəsinin (fındıq bağın) ona və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməmiş və iddiaçının təqdim etdiyi “Təhkim aktı” hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli tərəflərindən mümükün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci tarixli məktub göndərilmişdir. İddia ərizəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq məlumat verilir ki, tək iddiaçıya Zaqatala rayonu, Uzunqazmalar kəndində Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0,3166 ha kənd təsərrüfatı təyinatlı və 0,06 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə ləğv edilmiş DTXK-si tərəfindən AN 208430 və AN 208488 saylı "Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib ediimişdir. Sərəncamın 4-cü hissəsinin icrası ilə bağlı iddiaçının müraciətinə baxılması ilə əlaqədar toplanmış inzibati icraat marerialları təqdim olunur. Mübahisəli torpaq sahəsinə dair müəyyənedici sənədlər ərazi idarəsində aşkar edilməmişdir, Nəzərinə çatdırılır ki, “Torpaq islahatı haqqında” Azərbaycan jkasının Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə qaydada məhkəməyə şikayət verilə bilər. Azərbаусап Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanuna əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir Bələdiyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilirş. (7-ci maddəsinin 1-ci bəndi və 2-ci bəndin 2-hissəsi). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 6.3cü maddəsində qeyd olunur ki, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfat təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) baradə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədləri yerdə (naturada) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadayə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilələrin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından sonra yaranır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina cavabı, Zaqatala Rayon Aşağı Çardaxlar Bələdiyyəsi 19 fevral 2020-ci il tarixli, 30 mart 2022-ci il tarixli Arayışları, A№ 208488-li Torpaq sahəsinin plan və ölçü sənədi, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 37 nömrəli arxiv çıxarışı, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarı, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında Qanun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır:
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsinə nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı adına qeydiyyata alınması tələb etdiyi Zaqatala rayon Uzunqazmalar kəndində yerləşən 1.29 ha torpaq sahəsi İddiaçı naturada istifadəsində olmaqla Zaqatala rayonu, X1 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. İddiaçı qeydiyyata alınması tələb etdiyi Zaqatala rayon Uzunqazmalar kəndində yerləşən 0.28 həyətyanı torpaq sahəsi İddiaçı naturada istifadəsində omaqla Zaqatala rayonu, X1 mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olduğu bildirilən və mütəxəssis tərəfindən tədqiq edilmiş 1,29 ha torpaq sahəsi və 0,28 hektar həyatyanı sahələri yeni elektron uçot məlumatlarında kənd təsərrüfatı təyinatlı, Zaqatala rayonu, X1 mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı, həmin torpaq sahəsinin verildiyi gündən bu günə kimi istifadəsində olmasını bildirsə də, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi iş üzrə hər hansı mötəbər sübutla təsdiqlənmir. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan, hazırkı mübahisənin predmeti kimi çıxış edən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi fındıq sovxozunun tərtib etdiyi forma №3 sənədi isə iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır və istinad olunan sənəd maddi hüquq normasında nəzərdə tutulmamışdır. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq islahatı zamanı ayrılmış Zaqatala rayonu Uzun Qazmalar kəndində yerləşən 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışların tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.