Məhkəmə qərarları › İş №2-1(116)-266/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-266/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-266/2025 13.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Məmmədova (Əsri ) Müjgan Nazir qızının iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının əlilliyinin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “iddiaçının əlilliyinin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, cavabdehə müraciət edərək iddiaçının əlilliyinin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi) cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də hazırki inzibati mübahisə yaranmışdır. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı əlilliyinin təyin edilməsi nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş, xx.xx.2025-ci il tarixli 3-17-4/2- 7764/2025 nömrəli məktubdan görünür ki, məhkəmə qərardadına əsasən M.Əsri əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı 13 may 2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Belə olan halda məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “iddiaçının əlilliyinin təyin edilməsi (orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə tərəflər arasındakı inzibati mübahisə aradan qalxdığından işin icraatına xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar