Məhkəmə qərarları › İş №2-1(116)-2669/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2669/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2669/2023 13.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı cavabdehin nümayənədsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciət əsasında 5 ay ərzində iddiaçının ailəsinə verilməli olan 1372.95 manat sosil yardımının aztəminatlı ailəsinə verilməsi, eləcədə 02 iyun 2023cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciət əsasında 5 ay ərzində iddiaçının ailəsinə verilməli olan 1372.95 manat sosil yardımının aztəminatlı ailəsinə verilməsi, eləcədə 02 iyun 2023-cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “26 yanvar 2022ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciət əsasında 5 ay ərzində iddiaçının ailəsinə verilməli olan 1372.95 manat sosil yardımının aztəminatlı ailəsinə verilməsi” tələbinə dair hissədə mümkün hesab edilməmişdir. İddia ərizəsinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixində "Ərizə bəyannamə" ilə cavabdehə müraciət etmiş, ona ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunmasından qanunsuz məhrum edildiyini hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, iddiaçının idda tələbinin məzmunundan görünür ki, onun tələbi aşağıda qeyd olunan iki hissədən ibarətdir: 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə müraciət əsasında 5 ay ərzində ailəsinə verilməli olan 1372,95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi, 02 iyun 2023-cü il tarixli **********701 nömrəli "Ərizə bəyannamə" ilə müraicət etdiyi 01 iyun 2023-cü il tarixdən sosiall yardımın təyin olunaraq aztəminatlı ailəsinə verilməsi.İlk öncə iddiaçının birinci bənddə qeyd olunan xx.xx.2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə müraciət əsasında5 ay ərzində ailəsinə verilməli olan 1372,95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi tələbinə münasibətdə bildiririk ki, həmin tələb aşağıda qeyd olunan əsaslara və qanunvericilik normalarına əsasən mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır.İddiaçının iddia tələbinin ikinci hissəsi olan xx.xx.2023-cü il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəyə verilməsinə münasibəətdə bildirilmişdir ki, tələbin həmin hissəsi əsassızdır və təmin edilməməlidir. İddiaçının sözügedən ərizə- bəyannamə ilə müraciətinə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina verilmişdir.İddiaçı sosial yardımın verilməsindən qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müayinə aktından da görünür ki, müayinə keçirilməsi məqsədilə İddiaçı ərizə-bəyannamədə qeyd etdiyi Mingəçevir şəhəri Puşkin küçəsi ev 8, mənzil 19-da olan Nazirlik tabeliyində Fondun mütəxəssisləri sözügedən mənzildə başqa şəxslərin olduğu, həmçinin təmsilçi ilə müayinənin keçirilməsi ilə bağlı ünvanda olmasına görə əlaqə saxlanıldığı, təmsilçinin iki saat ərzində gələcəyini bildirsə də, qeyd olunan vaxtda ünvanda olmadığı və daha sonra da ona ünvanlanan zənglərə cavab vermədiyi, bununla da maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmadığı qeyd edilmişdir.Bundan başqa maddi-məişət şəraitinin müayinəsi zamani qanunvericiliklə nəzərdə tutulmuç qaydada aparılmıç videoçəkilişdən görünür ki, Mingəçevir şəhəri Puşkin küçəsi ev 8, mənzil 19-da olan Nazirlik tabeliyində Fondun mütəxəssisləri müayinənin aparılması üçün sözügedən mənzilin qapısının açılmamasından sonra iddiaçının Ərizə bəyannamədə qeyd etdiyi ***-***-**-** saylı nömrəyə zəng etmiş, həmin zəngə cavab vermiş şəxs özünün İddiaçı olduğunu bildirmişdir. Daha sonra təmsilçi evdə olmadığını bildirdikdə, Fondun mütəxəssisləri həmin evdə kiminsə olduğunu bildirmiş, bundan sonra təmsilçi qardaşının evdə olması ehtimalını etiraf etmişdir. Digər tərəfdən videoyazının gedişində təmsilçi qardaşının evdə olması ehtimalını etiraf etmişdir. Digər tərəfdən vedioyazının gedişində təmsilçi anasının xəstə olması səbəbindən onun yanında plduğunu bildirməsinə baxmayaraq, daha sonra yas yerində olduğunu bildirərək müxtəlif bəhanələr gətirmişdir. Təmsilçiyə müayinənin keçirilməsi məqsədilə onun yaşadığı evə gəlməsi bildirilsə də, o ilk öncə iki saat ərzində gələcəyini bildirmiş, daha sonra son nəticə onun gələcəyinə dair razılıq əldə edilməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, təmsilçi İddiaçı maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmamış, onun ərizə-ərizə bəyabbamədə qeyd etdiyi ünvana gəlməsi tövsiyyə olunsa da, o bundan müxtəlif bəhanələr gətirməklə boyun qaçırmışdır. Göründüyü kimi təmsilçi məişət şəraitinin yoxlanılmasına şərait yaratmasa da, Qaydalar sözügedən yoxlamanın hər hansı digər şəxsin iştirakı ilə deyil, birbaşa olaraq müaricət etmiş təmsilçinin özü ilə aparılmasını tələb edir. Bundan başqa müayinə zamanı İddiaçı evdə qardaşının olmasını bildirməsi belə ünvanlı sosial yardımın təyin olunmasından imtina əsası kimi qiymətləndirilə bilər. Belə ki, o, xx.xx.2023-cü il tarixli **********70101 nömrəli ərizə-bəyannamə ilə müraciət edərək ailə tərkibi kimi özü və X2 qeyd etmişdir.Müayinə aktında qeyd olunanlar həmin zaman aparılmış video qeydiyyatla öz təsdiqini tapır. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.

1. İş materiallarında olan cavabdehin bildirişindən görünür ki, iddiaçının ünvanlı sosial yardım alınması üçün müraciətindən imtina edilmişdir;

2. Cavabdehin 06 oktyabr 2023-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş inzibati icraat materialları,o cümlədən CD.

Əsaslandırma hissəsi

Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır.Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. İlk əvvəl qeyd etmək lazımdır ki,ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır.VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məhkəmə hesab edir ki,cavabdehin hərəkətləri qanuni olmuşdur.Belə ki,İddiaçı, maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.Belə ki,iş materiallarına əlavə edilmiş sənədlərdən,o cümlədən aparılmış videoçəkilişdən müəyyən edilir ki,cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda olmuşdurlar.Bu barədə iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaratmaq xahiş olunmuşdur.Lakin,iddiaçı tərəfindən belə şərait yaradılmamış,o,müraciətində qeyd etdiyi ünvana gəlməmişdir. Göründüyü kimi iddiaçının müraciəti əsasında məlumatlar VEMTAS tərəfindən emal olunduqdan sonra ilkin mərhələdə müsbət qiymətləndirilmə aparılmışdır.Bundan sonra isə cavabdehin vəzifəsi iddiaçının maddi-məişət şəraitinin müayinəsini həyat keçirməklə ona ünvanlı sosial yardımın təyin olunub-olunmaması barədə yekun nəticəyə gəlməlidir.İddiaçının hərəkətsizliyi nəticəsində cavabdeh inzibati orqan müvafiq hərəkətləri yerinə yetirə bilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının tələbindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya ünvanlı sosial yardımın verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərəkətsizliyinin zəzuri əsasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı sosial yardımının təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsini, eləcə də 02 iyun 2023-cu il tarixli **********701 nömrəli “Ərizə bəyannamə” ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən sosial yardımın təyin olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar