Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-268/2021 15.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (Fondun 13 saylı regional ərazi filialı) qarşı “2019-cu il noyabr, dekabr, 2020-ci il yanvar, fevral, mart, aprel aylarında əmək pensiyasına hesablanmayan əlavə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il noyabr, dekabr, 2020-ci il yanvar, fevral, mart, aprel aylarında əmək pensiyasına hesablanmayan əlavə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü ildə cavabdeh orqana müraciət etmiş və onun müraciəti əsasında 2013-cü ilin noyabr ayından ona əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası almaqla yanaşı Göyçay şəhəri, 1 saylı tam orta məktbədə işləmişdir. xx.xx.2019-cu il tarixədək iddiaçının əlavə 6 (altı) il iş stajı olmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbi cavabdeh orqan tərəfindən təmin edildiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin ərizəsini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizədən və cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabeh orqan tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (Fondun 13 saylı regional ərazi filialı) qarşı “2019-cu il noyabr, dekabr, 2020-ci il yanvar, fevral, mart, aprel aylarında əmək pensiyasına hesablanmayan əlavə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyi üçün iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-268/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-268/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver