Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2680/2023 27.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ona və ailə üzvlərinə məxsus Dövlət aktında övladlarının ata adının düzgün yazılaraq, yeni sənədin verilməsi” tələbinə dair inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona və ailə üzvlərinə məxsus Dövlət aktında övladlarının ata adının düzgün yazılaraq, yeni sənədin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, onun iddia tələbi iki hissədən, hüquqi marağı isə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda övladları X2, X3 və X1 ata adında düzəlişin edilməsi və dövlət aktında qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasına nail olmaqdan ibarətdir. İddia tələbinə birinci “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda övladları X2, X3 və X1 ata adında düzəlişin edilməsi” hissədə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. İddiaçı məqsədinə nail olmaq üçün ilk olaraq sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün müraciət etməli, sənədin ona məxsus olması faktının tanınmasına nail oldundan sonra qeyd olunan torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etməlidir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə işlərə mülki mühakimə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Ona görə də iddiaçının diqqətinə çatdırılmışdır ki, müvafiq iddia tələbini müəyyən etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb edərək arzuladığı məqsədə nail ola bilər. Yardım məktubunda iddia tələbi mümkün sayılmamalı olduğundan, iddiaçıya yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif olunmuşdur. Poçt xidmətindən verilmiş şifahi məlumata əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır (izləmə nömrəsi: SS866688729AZ). Lakin ötən müddət ərzində yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda övladları X2, X3 və X1 ata adında düzəlişin edilməsi və dövlət aktında qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasına nail olmaqdan ibarətdir. Bunun üçün isə iddiaçı ilk olaraq sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün müraciət etməli, sənədin ona məxsus olması faktının tanınmasına nail oldundan sonra qeyd olunan torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etməlidir. Belə ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə işlərə mülki mühakimə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Ona görə də iddiaçı müvafiq iddia tələbini müəyyən etməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə tələb edərək arzuladığı məqsədə nail ola bilər. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, qanunvericiliyin tələbləri izah olunaraq dinlənilmə hüququ təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin qərarın 3.4-cü bəndinə görə birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda qiymət verərək hesab edir ki, iddianın “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda övladları X2, X3 və X1 ata adında düzəlişin edilməsi” hissədə mümkünlüyü məsələsinə hüquqi qiymət verilməli və tələbin ikinci hissəsi birbaşa olaraq birinci hissə ilə bağlı olduğundan iddia tələbi bütövlükdə mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə sənədin torpaq sahəsinin ayrıldığını iddia etdiyi şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ümumi məhkəməyə müraciət etməli, sənədin onlara məxsus olması faktının tanınmasına nail olduqdan sonra qeyd olunan torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, ilk öncə Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 307.2.5-ci maddəsinə əsasən sənədin dövlət aktında məlumatları fərqli qeyd olunmuş şəxslərə məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar rayon (şəhər) məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli, iddia təmin olunduğu halda, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı əsasında torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun deydə alınması ilə cavabdehə müraciət etməlidir. Göstərilən prosedur qaydalarına əməl edildikdən sonra iddiaçı zərurət yaranarsa hüquqi marağına uyğun iddia tələbi ilə yenidən Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq dinlənilmə hüququ təmin edilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin yardım məktubuna münasibət bildirilməmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ona və ailə üzvlərinə məxsus Dövlət aktında övladlarının ata adının düzgün yazılaraq, yeni sənədin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2680/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2680/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver