Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2681/2023 20.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu şəhər sakini X2 adına səhv çap edilmiş JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “JN-407A nömrəli şəhadətnamənin arxivdəki nüsxəsinin Ağsu şəhər sakini X2 adına çap edilmişdir alğı-satqının ləğv edilməsi, JN-407A daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, ərizədə iddia tələbi dəqiq ifadə olunmamışdır. Nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdehə qarşı konkret hansı tələblə məhkəməyə müraciət etdiyi dəqiq qeyd olunmalıdır. İddiaçının tələbi isə iki hissədən ibarət olmaqla: “1. JN-407A nömrəli şəhadətnamənin arxivdəki nüsxəsinin Ağsu şəhər sakini X2 adına çap edilmişdir alqı-satqının ləğv edilməsi; 2. JN-407A daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmasına dair qərar qəbul etməyinizi xahiş edirəm” şəklində qeyri-dəqiq və anlaşılmaz ifadə edilmişdir. Əgər tələb “X2 adına hazırlanmış JN-407A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və JN-407A nömrəli şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin üzərinə qoyulmasından ibarətdirsə, iddiaçı iddia tələbinin müvafiq şəkildə dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçının nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İş materiallarına əsasən iddiaçının hazırkı tələblə iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etməsi və ya ərazi idarəsinin onun müraciətinə münasibəti müəyyən olunmur. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə eyni məzmunlu ərizə ilə müraciət etməsini təsdiq edən poçt qəbzini və ya müraciətinin təmin olunmasından imtina edilmişdirsə, müvafiq imtina məktubunun əslini Şəki İnzibati Məhkəməsinə təqdim etməsi təklif olunmuşdur. Məhkəmə zəruri qaydada tələb etmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddianın mümkünlük şərtlərinə cavab verməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixindən əvvələ aid olmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsinin məzmununda müvafiq şəhadətnamənin alğı-satqı müqaviləsi əsasında verildiyini bildirir, iddia tələbinin xahiş etdi hissəsində də müqavilənin ləğvi ilə bağlı tələb irəli sürmüşdür. Əgər onun hüquqi marağı alğı-satqı müqaviləsinin ləğvinə nail olmaqdan ibarətdirsə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Həmçinin iddia ərizəsi İddiaçı Abbas oğlunun adından iddiaçı qismində qeyd edilməklə irəli sürülmüşdür ki, iddiaçının hazırkı iddia üzrə sübyektiv hüquqa malik olması iş materialları ilə öz təsdiqini tapmır. Hüquqi yardım məktubunda qeyd olunan nöqsanların aradan qaldırılması və yuxarıda göstərilənlərə yazılı münasibət bildirməsi üçün iddiaçıya müddət təyin edilmişdir. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna iddianın dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq “Ağsu şəhər sakini X2 adına səhv çap edilmiş JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2681/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçıya yenidən xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Onun İddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli **********09 nömrəli imtina məktubundan müəyyən olunmuşdur ki, iddiaçının müraciəti X3 məxsus fərdi yaşayış evinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı olmuşdur. İddianın dəqiqləşdirilməsinə dair məhkəmənin elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə iddiaçının göndərdiyi ərizədə cavabdehin imtina məktubunu qoşma olaraq qeyd etsə də, sözügedən məktub ərizəyə əlavə olunmamışdır. Bu səbəblə cavabdehin JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi ilə bağlı iddiaçının qaldırdığı iddia üzrə münasibəti məlum deyildir. Məhkəməyardım məktubunda xüsusi olaraq qeyd etmişdir ki, imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixdən əvvələ aid olmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya həmçinin bildirilmişdir ki, iddia tələbində qeyd etdiyi X2 adına tərtib olunmuş JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı əsasında verilmişdir ki, həmin qərarın mübahisələndirilməsi tələbinə iddia müddəti şamil olunur. Məktubda iddiaçıya iddia müddəti ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçıya cavabdehə hazırkı iddia tələbi ilə müraciət etməsini təsdiq edən sənədin və ya cavabdehin imtinasının əslini Şəki İnzibati Məhkəməsinə təqdim etməsi və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********09 nömrəli imtina məktubu bir nüsxədə olunmuş və əsli iddia ərizəsinə əlavə edilərək Şəki İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixində göndərilmişdir. İddianın dəqiqləşdirilməsinə dair ərizəsində qoşmada imtina məktubunu səhv olaraq təkrar göstərmişdir. Ərizəyə əlavə olunmuş cavabdehin xx.xx.2023-cü il tarixli **********69 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehə mərhum X3 məxsus 0,0672 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. İddiaçı ərizəsində iddia tələbini müdafiə etdiyini bildirmiş və Ağsu şəhər sakini X2 adına səhv çap edilmiş JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, həmçinin iddiaçının ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə, yəni “Ağsu şəhər sakini X2 adına səhv çap edilmiş JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbi ilə cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu mərhum X3 məxsus 0,0672 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi, xx.xx.2023-cü il tarixli imtina məktubu isə mərhum X3 məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı hazırkı tələblə məhkəməyə öz adından müraciət etmək üçün subyektiv hüquqa da malik deyildir. Bu barədə iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli yardım məktubunda da ona müvafiq izah verilmiş, lakin iddiaçı tərəfindən göstərilən məsələyə münasibət bildirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində ləğv olunması tələb olunan X2 adına tərtib olunmuş JN-407A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 01 saylı qərarı əsasında verilmişdir. X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Ağsu rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu şəhər sakini X2 adına səhv çap edilmiş JN-407A nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2681/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2681/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver