Məhkəmə qərarları › İş №2-1(116)-2694/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2694/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2694/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi borcunun silinməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə görə məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. İddiaçı 1961-ci ildə Yevlax rayonunda doğulmuşdur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1164/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi təmin edilmiş və xx.xx.1961-ci il tarixdə Yevlax rayonunda doğulmuş İddiaçı ölkədən getmək hüququ "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi üzrə 54,73 manat, Dövlət Sosial Müdafiə Fonduna 8.579,14 manat, İşsizlikdən Sığorta Fonduna 602,79 manat, İcbari Tibbi Sığorta Fonduna 27,04 manat məbləğində borcu ödənilənədək müvəqqəti dayandırılmışdır. 3 iyul 2024-cü il tarixdə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı üzərinə yazılmış 11.090,61 manat əsassız vergi məbləğinin silinməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), "xxxx" MMC-nin 54,73 manat vergi, 8.579,14 manat Dövlət Sosial Müdafiə Fonduna, 602,79 manat İşsizlikdən Sığorta Fonduna, 27,04 manat İcbari Tibbi Sığorta Fonduna borcuna görə onun ölkədən getmək hüququ Şəki Kommersiya Məhkəməsinin qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. Müəssisənin rəhbəri kimi həmin borcun öz üzərinə yazılmasını rədd edir. Məsələ ilə bağlı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və ona ümumilikdə 11.090,61 manat borcun olduğu bildirilmişdir. Lakin bu hal reallığı əks etdirmir. Onun rəhbərlik etdiyi 20 aprel 2022-ci il tarixdən sonrakı dövrdə MMC-nin borcları vaxtında ödənilmişdir. 11.090,61 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh iddiaya etiraz edir (iddiaya qarşı yazılı münasibətə əsasən). Cavabdeh mövqeyini belə əsaslandırır ki, iddiaçının silinməsini tələb etdiyi borc onun rəhbərlik etdiyi "xxxx" MMC-yə aiddir. Bu səbəbdən iddia subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. İddia ərizəsi MMC tərəfindən qaldırılmamış, qurumun möhürü ilə təsdiqlənməmişdir. İddiada silinməsi tələb olunan 11.090,61 manat borc məbləği ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmamışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 1 avqust 2024-cü il tarixə MDSS haqları üzrə 7.236,11 manat, işsizlikdən sığorta haqqı üzrə 582,99 manat borcu mövcuddur. Həmin MDSS haqqı üzrə 7.236,11 manat borcun 2.279,03 manat vergi ödəyicisinin özünün hesablayaraq təqdim etdiyi bəyannamələrə və təqdim etdiyi bəyannamə məlumatlarındakı hesablamaların sonradan əsassız olaraq araşdırılması nəticəsində kameral vergi yoxlaması ilə bərpa edilmiş məbləğlərdən, 2.097,27 manatı sözügedən məbləğin vaxtında ödənilməməsinə görə hesablanmış faiz məbləğindən, yerdə qalan hissəsi 2.859,81 manatı isə vergi ödəyicisinin özü tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr əsasında yaranmış borclardan ibarətdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin işsizlikdən sığorta üzrə 582,99 manat məbləğində borcunun 146,20 manatı vergi ödəyicisinin özünün hesablayaraq təqdim etdiyi bəyannamələrə və təqdim etdiyi bəyannamə məlumatlarındakı hesablamaların sonradan əsassız olaraq azaldılması nəticəsində kameral vergi yoxlaması ilə bərpa edilmiş məbləğlərdən, 436,79 manatı isə vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamələr əsasında yaranmış borclardan ibarətdir. İddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə tərəflərə məlumat verilmiş və tərəflər həmin məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri və Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidləridir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia “öhdəliyin icrası haqqında” iddia növünə aid olsa da, istər bu formada saxlanıldıqda, istərsə də “mübahisələndirmə haqqında” iddiaya dəyişdirildikdə iş üzrə səlahiyyətli məhkəmə İPM-in 8.1.2-ci maddəsinin ikinci cümləsinə görə iddiaçının yaşayış yeri (yerləşdiyi yer) üzrə müvafiq məhkəməyə aiddir. Nəzərə alınmalıdır ki, iddia üzrə cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 21, mənzil 12, rəhbəri olduğu "xxxx" MMC-nin hüquqi ünvanı isə, Yevlax şəhəri, Heydər Əliyev prospekti 100 ünvanlarıdır. Odur ki, mümkünlük şərtləri ödənildiyi təqdirdə, işin ərazi aidiyyəti Şəki İnzibati Məhkəməsinə düşür. Lakin məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı özü vergi ödəyicisi deyil, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsa da, bu tədbirin tətbiqi onun rəhbəri olduğu "xxxx" MMC-nin vergi və digər ödənişlər üzrə borcu ilə əlaqədar olmuşdur. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən əks olunan borcun hesablanma əsasını da bir hissədə özünün bəyannamələri, digər hissədə isə kameral vergi yoxlaması üzrə qərarlar (inzibati aktlar) təşkil etdiyi məlum olur. Bu baxımdan İddiaçı özünün həmin hüquqi şəxsin şəxsi hesab vərəqəsində olan sözügedən borcların mübahisələndirilməsi, onların silinməsi tələbini irəli sürmək üzrə subyektiv hüququ yoxdur. O, adıçəkilən hüquqi şəxsin rəhbəri olsa da, iddianı öz adından qaldırmışdır. İşdə olan məhkəmə iclas protokollarından görünür ki, iş üzrə keçirilmiş məhkəmə iclasında məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutaraq İddiaçının və iddia tələbinin dəyişdirilməsini tövsiyə etmişdir. Lakin iddiaçı tərəf bununla bağlı müvafiq tədbirlər görməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Nəzərə alınmalıdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1164/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməməsi, həmin qətnamənin 30 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməsi (məhkəmənin 15 iyul 2024-cü il tarixli məktubundan görünür) və qətnamənin icrası qaydasında onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması belə qənaət yaradır ki, hazırkı İddiaçı bu iddiada mübahisələndirdiyi (silinməsini tələb etdiyi) borc barədə qətnamənin qəbul olunduğu tarixdən sonra qısa dövr ərzində məlumatı olmuşdur. Həmçinin məhkəmə vurğulayır ki, hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçının rəhbəri olduğu "xxxx" MMC-yə 2020-ci ilin İ – İV rüblərinə münasibətdə 12 oktyabr 2022-ci il tarixli **********393100 nömrəli, 25 oktyabr 2022-ci il tarixli **********485600, **********503300 və **********488700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarla müvafiq vergi və digər ödəniş məbləğləri hesablanmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, hazırkı iddianın əsaslandırılması üzrə İddiaçı MMC-nin şəxsi hesabındakı borcların əsassız hesablanmasını deyil, borcun onun rəhbər kimi fəaliyyəti dövrünə aid olmasını mübahisələndirir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı hazırda onun qaldırdığı iddiası onun çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilmir. Bu səbəbdən də iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «vergi borcunun silinməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar