Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-27/2023 13.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, üçüncü şəxslər X29 və X3, Nikoil Bank ASC-nin (Yelo-Bank ASC-nin) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən anası X6 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən anası X6 adına verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1-(116)-301/2022 nömrəli qərardadı ilə Nikoil Bank ASC (Yelo-Bank ASC) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi, xx.xx.2023-cü il tarixli 2-1-(116)-27/2023 nömrəli qərardadı ilə X12, X30 və X29 məhkəmə icraatına zəruri, xx.xx.2023-cü il tarixli 2-1-(116)-27/2023 qəradadı ilə isə X4 zəruri cəlb edilmişlər. Şəki İnizbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-27/2023 nömrəli qərardadı ilə iddia tələbinin “texniki pasportun ləğv edilməsi” hissəsi mümkün sayılmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə iddiaçının, X2, qardaşı X19, qardaşı X20 mülkiyyətinə 0,36 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,71 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahəsi olan evə MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış verilmiş, bu barədə xx.xx.2008-ci il tarixdə ********* sayla, əmlak 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeyd aparılmışdır. İddiaçı bu barədə məlumatsız olmuşdur. Sonradan evin sənədləri ilə maraqlandıqda məlum olmuşdur ki, Qəbələ rayon Məhkəməsinin 2(025)- 424/10 saylı mülki iş üzrə xx.xx.2010-cu il tarixli icra vərəqəsi əsasında X21 "Nikoyl" İK bankı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ipoteka ilə yüklü edilmiş əmlak olaraq fərdi yaşayış evi satışa çıxarılmış, "xxxx" MMC-nin Y-310 saylı, xx.xx.2013cü il tarixli "Hərracın yekunları barədə" protokoluna əsasən "Nikoyl" İK bankının mülkiyyətinə verilmişdir. Anası X1 əsasında xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,71 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evinə MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeudyiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış"ın veriləsi üçiin təqdim edilmiş sənədlərin surətləri göndərilmiş, sənədlərlə tanışlıq zamanı məlum olmuşdur ki, adından yazılmış ərizədəki imza saxtadır və iddiaçı tərəfindən icra edilməmişdir, bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Cavabdehə müraciət edərək MH seriyalı, ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış"ın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia etdiyi X5 adına verilmiş verilmiş 13 may 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli verilmiş reyestrdən çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Qəbələ rayonu Zarağan kəndində yerləşən 0.36 ha torpaq sahəsi və həmin torpaq səhəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçı X20 Zarağan kənd İnzibati Ərazi Nümayəndəsi tərəfindən təsdiq edilmiş ərizəsi əsasında X7 adına rəsmiləşdirilmişdir. X5 adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak “Nikoyl” İKB-nin ipotekanın tutmaya dair bildirişi dövlət qeydiyyatına alınmışdır və “Nikoyl” İKB-nin adına dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Məhkəmə iclasında üçüncü şəxs X29 izahat verərək iddia tələbinin təmin edilməsini, digər üçüncü şəxslər X4 və Yelo-Bank ASC-nin nümayəndəsi izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - MH seriyalı 007592 nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində mülkiyyətində olan 0,36 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində qeydiyyata alınmışdır. - JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə X10 və ailə üzlərinə (X24, X30, X29) 0,36 ha torpaq sahəsi ayrılmışdır. - RX seriyalı ******* nömrəli (**********28-10301 reyestr nömrəli) çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində, 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində “Nikoyl” İKB Qəbələ filialının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli (**********28-10301 reyestr nömrəli) çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndində, 0,36 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində “Nikoyl” İKB Qəbələ filialının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(025)-524/2010 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X31 ilə «Nikoyl» X18 arasında xx.xx.2008-ci il tarixli 1851/3584/01 (G) №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 13.118 (on üç min yüz on səkkiz) manat əsas borc, 12.600 (on iki min altı yüz) manat faiz borcu, gecikdirməyə görə hesablanmış 2999 (iki min doqquz yüz doxsan doqquz) manat dəbbə pulu borcu və həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 10 manat xidmət haqqı, ipotekaya qoyulmuş cavabdeh X11 məxsus Qəbələ rayonu, Zarağan kəndində, 0,36 ha torpaq sahəsində yerləşən 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (0, 36 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyənləşdirilməsi, əldə olunan vəsait borcun həcmi məbləğində «Nikoyl» X13 xeyrinə ödənilməsi, həmin əmlakın satışından əldə olunan vəsait yetərli olmadıqda tələb borclunun digər əmlaklarına yönəldilməsi hesabına ödənilməsi, 01 avqust 2008-ci il tarixli 266 saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş yaşayış evində qeydiyyatda olanlar və yaşayanlar evdən çıxarılması və həmin mənzilin boşaldılması qərarı alınmışdır. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubuna əlavə olunmuş 347 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X22, təsərrüfat üzvləri X12, X25, X30 və X29 qeyd edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktuba əlavə olunmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qəbələ rayonu Zarağan kəndi T.İsmayılov adına kolxozun ərazisində aparılan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAİK-in xx.xx.1997-ci il tarixli 15 saylı qərarı təsdiq edilmişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayonun Zarağan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X14, X22, X25, X30 və X20 adının qarşısında qanuni istifadəsində olan həyətyanı sahə qrafasında 0,12 ha qeyd olunmuşdur. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 104 nömrəli məktubuna əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, təsərrüfat başçısı X15 üstündən xətt çəkilərək X12 qeyd edilmiş, təsərrüfat üzvləri isə X25, X30 və X29 göstərilmişdir. - xx.xx.1999-cu il tarixli 15 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X22 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxslər, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və digər üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən çıxarışda qeyd edilmiş 0.36 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçının ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Mübahisələndirilən çıxarış xx.xx.2008-ci il tarixdə tərtib edilmişdir. Lakin, iddiaçının mübahisələndirilən çıxarışın məzmunundan hansı tarixdə məlumatlı olması iş materialları ilə müəyyən edilmir. Sözügedən çıxarışın verildiyi vaxt qüvvə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinin tələbinə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Normanın məzmunundan göründüyü kimi, məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş prosessual müddətin axımı şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən başlanır. Hazırkı iş üzrə iddiaçının öz hüququnun pozulduğunun ona hansı vaxtdan məlum olması müəyyən edilmir. Beləliklə, hazırkı məzmunda iddiaya əvvəlki qanunun müddətlə bağlı tələbi o halda tətbiq oluna bilərdi ki, müddətin axımı məhz həmin qanunun qüvvədə olduğu vaxtda başlanmış və həmin müddət bu şərti aradan qaldıran (bu məzmunda iddianın verilməsi üçün müddət müəyyən etməyən) yeni qanunun qüvvəyə mindiyi vaxtadək başa çatmış, bununla da, bu məzmunda iddianın verilməsi imkanı aradan qalxmış olsun. Hazırkı halda, bunun baş verdiyi müəyyən edilmədiyindən, müddətlə bağlı şərt iddiaçıya münasibətdə tətbiq oluna bilməz (İPM-ə qüvvəyə minənədək əvvəlki qanunvericiliklə müddət müəyyən edilmiş oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe) Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayonu Zarağan kəndində 0,36 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı 007592 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, sözügedən çıxarışın adından yazılmış saxta ərizə əsasında verildiyini bildirərək cavabdeh orqandan ləğvini tələb etmiş, lakin müraciəti təmin olunmamışdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışda qeyd edilmiş 0.36 ha torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə cavabdeh orqan tərəfindən aparılmış qeydiyyat ayrı-ayrılıqda yoxlanılaraq hüquqi qiymət verilmişdir. MH seriyalı 007592 nömrəli çıxarışda 0.36 ha torpaq sahəsi üzərində X8 tam mülkiyyət hüququnun qeydə alınması yoxlanılarkən müəyyən edilmişdir ki, müvafiq qeydiyyatın aparılmasına heç bir hüquqi əsas olmamışdır. Belə ki, işdə olan JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə müəyyən edilir ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə sözügedən torpaq sahəsi X16 ilə birlikdə digər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmişdir. Belə olan halda cavabdeh orqan MH seriyalı 007592 nömrəli çıxarışda 0.36 ha torpaq sahəsinin X9 tam mülkiyyətində olması ilə bağlı qeydiyyatın aparılmasında haqlı olmamışdır. Müvafiq qeydiyyatın aparılmasına əsas olaraq Kənan Çələbiyev, Samir Çələbiyev və Samirə Çələbiyevanın adından yazılmış ərizələr təqdim edilsə də, Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyində yazılaraq təsdiq edilmiş həmin ərizələrin həmin vaxt Zarağan kənd icra nümayəndəsi işləmiş X26 tərəfindən adları qeyd edilmiş şəxslərin iştirakı olmadan təsdiq etməsi və sonuncunun CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi işdə olan xx.xx.2020-ci il tarixli Qəbələ rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən edilir (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə rədd edilib). Digər tərəfdən həmin ərizələr saxtalaşdırılmasa belə cavabdeh orqan tərəfindən 0.36 ha torpaq sahəsi üzərində Elmira Çələbiyevanın tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas ola bilməzdi. Ərizələrin məzmununda “Qəbələ rayon Zarağan kəndində yerləşən anam X8 adına olan mülkü onun adına sənədləşdirilməsinə razıyam” qeyd edilmişdir. Yəni, həmin ərizələr doğru qəbul edilsə belə, sözügedən şəxslərin özlərinə məxsus daşınmaz əmlaklarının Elmira Çələbiyevanın adına sənədləşdirilməsinə razılıqları istinad olunan ərizələrdə öz əksini tapmamışdır. Elmira Çələbiyevanın adına olan daşınmaz əmlakın isə onun öz adına sənədləşdirilməsi üçün ümumiyyətlə həmin ərizələrə ehtiyac da olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, JN- 249F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməni nəzərə almadan, bütövlükdə 0.36 ha torpaq sahəsi üzərində Elmira Çələbiyevanın tam mülkiyyət hüququnun mövcudluğunu MH seriyalı 007592 nömrəli çıxarışda qeyd etməkdə cavabdeh orqan səhvə yol vermişdir. Odur ki, iddiaçı, sözügedən çıxarışın torpaq sahəsinə aid hissədə ləğvini tələb etməkdə haqlıdır. Mübahisələndirilən MH seriyalı 007592 nömrəli çıxarışda 2 mərtəbəli, 3 otaqlı, 71,72 kv.m yaşayış, 83,88 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması isə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 347 nömrəli şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, sözügedən təsərrüfat üzrə təsərrüfat başçısı X22, təsərrüfat üzvləri X12, X25, X30 və X29 qeyd edilmişdir. X22 xx.xx.1999-cu il tarixdə vəfat etdikdən sonra təsərrüfatın şəxsi hesab vərəqəsində təsərrüfat başçısı X15 üstündən xətt çəkilərək X12 qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının tələbləri baxımından sözügedən fərdi yaşayış evi üzərində təsərrüfat başçısı X5 tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X34 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X6 adına verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış 0.36 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi qoyulur. İddia tələbinin “MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-27/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-27/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver