Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-27/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına dair xx.xx.2022-ci il tarixli, **********549400 nömrəli qərarın ləğv olunmasına və hesablanmış 11.067.21 manat vergi borcunun silinməsi" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına dair xx.xx.2022-ci il tarixli, **********549400 nömrəli qərarın ləğv olunmasına və hesablanmış 11.067.21 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********549400 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 11.067,21 manat vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********549400 saylı qərarını belə əsaslandırmışdır ki, uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfinizdən 64767.25 manat məbləğində mallar idxal edilməsinə, e-qaimələr əsasında 103088.25 manat məbləğində mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur xanalanndakı göstəricilərin cəmi (163545.01 manat) vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 4310.49 manat az əks etdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, **********549400 nömrəli qərarın ləğv olunmasına və hesablanmış 11.067.21 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz aşağıdakı kimi əsaslandırmışdır: Mübahisələndirilən vergi məbləğinin hesablanmasının mahiyyəti ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək elektron qaiməfaktura əldə etməklə 4709,46 manat (ƏDV-siz) məbləğində mallar (iş və xidmətlər) alınmış, YGB məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 69497,45 manat (ƏDV-siz) məbləğində mallar (kartof) idxal edilmiş, elektron alış aktı əsasında 01 07.2021-ci il tarixdən 31,12.2021-ci il tarixədək olan dövr ərzində 98813,25 mana, məbləğində mallar (ərik, soğan, süpürgə) əldə edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində onlayn nəzarətkassa aparatı ilə 113648,6 manat (ƏDV-siz), elektron qaimə-faktura təqdim edilməklə 3072 manat (ƏDV-siz) məbləğində mallar təqdim edilmiş, YGB məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixəcək olan dövr ərzində 95969 25 manat dəyərində kənd təsərrüfatı məhsulları (ərik, soğan) isə ixrac edilmişdir. Lakin vergi ödəyicisi 2021-ci il üzrə vergi orqanına xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edərək ümumi gəlirinin 206348,18 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə 203097,65 manat olmaqla, ödənilməli gəlir vergisi məbləğinin 650,11 manat olduğunu bəyan etmişdir. Bəyannamə kameral qaydada yoxlanan zaman vergi ödəyicisinin 2021-ci il ərzində ixrac edilmiş 95969,25 manat dəyərində malların (ərik, soğan) alınmasına görə təsdiqedici sənədlərinin olmaması ilə bağlı ixracdan əldə edilmiş gəlirləri əsas götürülərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı haida vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) fəaliyyəti ilə əlaqədar gəlirir, əldə edilməsi ilə bağlı xərclər 79974,38 manat (95969,25/6*5) müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixdən 31,12.2021-ci il tarixədək olan dövr ərzində malların təqdim edilməsindən gəlirin 212689,85 manat (nəzarət-kassa aparatı məlumatına əsasən 113648,6 manat elektron, qaimə-faktura təqdim edilməsindən 3072,0 manat kənd təsərrüfatı məhsullarının ixracından 95969,25 manat), gəlirin əldə edilməsi ilə bağlı xərclərin 157353,79 manat (elektron qaimə-faktura əldə edilməsindən 4709,46 manat mallar (kartof) idxal edilməsinə görə 69497,45 manat kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə görə 79974,38 manat sosial sığorta haqlarının ödənilməsinə görə 332,5 manat) olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları ilə vergi orqanı tərəfindən müəyyən edilmiş məbləğlər arasında fərq yarandığına görə vergi ödəyicisinə 26 05.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında' **********455900 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Göründüyü kimi vergi ödəyicisinin gəlirləri sənədlər əsasında 212689,85 manat olduğu halda gəlir vergisi bəyannaməsində gəlirlərinin 206348,18 manat olduğunu göstərmiş, həmçinin vergi öcəyicisi tərəfindən 2021-ci ilin may-iyun aylarında kənd təsərrüfatı malları ixrac edilməsinə baxmayaraq sonradan, yəni mallar ixrac edildikdən 7 (yeddi) ay sonra Vergi Məcəlləsinin 71- 2.1-ci maddəsinin tələbi pozularaq həmin ilin dekabr ayında guya ərik və soğan alınması kimi süni xərc sənədi yaratmaq məqsədi ilə vergi orqanına əmtəəsi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər təqdim etməklə faktiki xərcləri 157353,79 manat olduğu halda gəlir vergisi bəyannaməsində xərclərinin 203097,65 manat olduğunu göstərməsinə və qeyd olunan uyğurısuzluğun aradan qaldırılmamasına görə onun barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********549400 nömrəli qərar qəbul edilmişdir. Mübahisələndirilən qərarla vergi ödəyicisinə 10417,10 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Ancaq iddiçının iddıa tələbinin maraqlı tərəfi ondan ibarətdir ki, vergi orqanının qəbul etdiyi qərarının nə üçün əsassız olmasını iddia ərizəsində əsaslandıra bilməməsi ilə yanaşı mübahisələndirilən qərarla ona 10417,10 manat məbləğində vergilər hesablanmasına baxmayaraq, özünün vergi orqanına təqdim etdiyi bəyannamə ilə hesabladığı 650,11 manat məbləğlə birlikdə ümumilikdə 11067,21 manat vergi məbləğinin silmməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlarla yanaşı iddiaçı iddia ərizəsində qəbul edilmiş qərardan məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********549400 nömrəli qərar;
2. 13.02.2023-cü il tarixli vəsatət
3. İddiaçıya məxsus ********** nömrəli Fiziki şəxslərin Sahibkarlıq uçotu haqqında şəhadətnaməsi.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyi;
5. İş materiallarında olan ƏDV Bəyannamələri və elektron qaimələr.
Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair xx.xx.2022-ci il tarixli, **********549400 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixində verildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmamışdır.İddia mümkün iddiadır.Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə qismən əsaslıdır. Vergi ödəyicisi vergi orqanına Gəlir vergisi bəyannaməsi təqdim edərək ümumi gəlirinin 206348,18 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin isə 203097,65 manat olmaqla, ödənilməli gəlir vergisi məbləğinin 650,11 manat olduğunu bəyan etmişdir. İnzibati orqan tərəfindən iddiaçının faktiki xərclərinin 157353,79 manat olduğunu,lakin gəlir vergisi bəyannaməsində xərclərinin 203097,65 manat göstərməsini əsas götürməklə onun barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********549400 nömrəli qərarı qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və inzibati iş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.Təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/4098 nömrəli ekspert rəyində qeyd edilir : Təqdim edilmiş iş materiallarında olan sənədlərdən göründüyü kimi, Vergi ödəyicisinin 2021-ci il üzrə gəlirləri 212.689,85 manat ( nəzarət kassa aparatı məlumatına əsasən 113.648,6 manat, elektron qaimə faktura təqdim edilməsindən 3072,0 manat və kənd təsərrüfatı mallarının ixracından 95.969,25 manat) məbləğində müəyyən edilir. Bundan başqa Vergi ödəyicisinin 2021-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərcləri 203.097,65 manat (elektron qaimə faktura əldə edilməsindən 4709,46 manat, yük-gömrük məlumatlarına əsasən 149.471,83 manat, 342,5 manat sosial sığorta haqları və 48.574,32 manat alış aktlarına əsasən) məbləğində müəyyən edilir. Beləliklə təqdim edilmiş iş materiallarından göründüyü kimi fərdi sahibkar İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində malların təqdim edilməsindən ümumi gəlirinin 212.689,85 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 203.097,65 manat olmaqla dövlət büdcəsinə ödənilməli olan Mənfəət Vergisi 1918,44 ((212.689,85 - 203.097,65) x 20%) manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, vergi ödəyicisi vergi orqanına təqdim etdiyi vergi ödəyicisinin bəyannamə məlumatlarına əsasən 650,11 manat vergi məbləği hesablanması göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 37.4. kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. ... 67.14. bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yuxarıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməli,hesablanan əlavə gəlir vergisi əsassız hesablanmış hissədə ləöv edilməlidir. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Mülki Prossesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanmasına” dair xx.xx.2022-ci il tarixli **********549400 nömrəli qərarı 9148,77 manat əlavə gəlir vergisi hesablanması hissəsində ləğv edilir. Ekspertiza xərci 17,33 manat hissədə iddiaçıya, 82,67 manat hissədə cavabdehə aid edilir. İddia qalan hissədə təmin olunmur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə