Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-27/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu və 12 il 8 ay əmək şəraiti xüsusilə zərərli olan işlərdə işlədiyi üçün ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “60 yaşının tamam olduğu və 12 il 8 ay əmək şəraiti xüsusilə zərərli olan işlərdə işlədiyi üçün ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.1962-ci ildə Əli Bayramlı, indiki Şirvan şəhərində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra 1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək ƏliBayramlı DRES-də təmirçi-çilingər işləmişdir. Daha sonra. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Bakı İEM-də qazan turbin sexində-qazançı maşinist işləmişdir. xx.xx.1989-cu il tarixdən 26.11,1989-cu il tarixədək “Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə (öyrənən) turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmışdır. xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək AZ DRES- də qazan turbin sexində maşinist işləməklə işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Belə ki, İddiaçı işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz ,titrəmə, səs-küy, nəmlik, faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən iddiaçının əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. xx.xx.1991-ci ildə xx.xx.1994-cü ilə kimi Azərenerji İstehsalat Təmiri Müəssisəsində usta işləmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə Azərenerjinin Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində köməkçi avadanlıqların təmiri və quraşdırılması üzrə xx.xx.1997-ci ilə qədər usta işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilə qədər həmin müəssisənin həmin sexində Vİ dərəcəli çilingər işləmişdir. xx.xx.2016-cı ildə xx.xx.2017-ci ilə qədər Şəki rayonu X10 kompleksində qazanxanın mütəxəssisi işləmişdir. xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilə qədər həmin müəssisədə operator işləmişdir. Bütün bu gördüyü işlər 12 il 8 ay olmaqla güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ qanunvericiliklə nəzərdə tutulub və iddiaçı bu qanun tətbiq edilməklə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. “Azərenerji “ ASC-nin 25,04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı onu da qeyd edir ki, xx.xx.1984 -xx.xx.1989-cu ilə qədər Azərbaycan Dövlət Neft Kimya institutunda əyani şöbədə təhsil almışdır. Beləliklə iddiaçının ümumi iş stajı 28 il təşkil edir. xx.xx.1991ci ildə Azenerji” X2-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsinə "Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasından 2 -ci qrup usta vəzifəsinə keçirilmişdir. xx.xx.1994cü ildə həmin sahədə İ kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.1996-cı ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 6-ci maddəsinin 5-ci bəndinə (digər müəssisəyə keçməsi ilə əlaqədar) əsasən işdən azad edilmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li Qərarının “Elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmirində işləyən “b” “rəhbər və mütəxəssislər” bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Məlumat üçün bildirirəm ki, “Azbaşenerji” nin xx.xx.1978-ci il tarixli 401 Ns-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "Azərenerji”ASC-nin xx.xx.2002-ci il tarixli 13N9-İİ əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 N°li əmrinə əsasən "xxxx" MMC Azərenerjixüsusitəmirsazlama” MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. xx.xx.1999-xx.xx.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə mühəndis-texnik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə həmin sexdə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1997- ci il tarixdə AR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə fərdi əmək müqaviləsi yolu ilə Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1999- cü il tarixdə həmin sexdə usta vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdə baş usta vəzifəsinə keçirilmişəm. xx.xx.2001-ci il tarixdə AR ƏMN-nin 75-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olmuşdur. Məlumat üçün bildirirəm ki, “Azərenerji ASC”- nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. 'Azərenerji" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Azərenerji” ASC-nin AÜ/002 saylı 05.01,2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar ‘Azərbaycan DRES” MMC- Azərbaycan İstilik Elektrik X5 Cəmiyyət adlandırılmışdır. Arayış "xxxx" MMC-nin Arxivində saxlanılan XTQM-nin kadr sənədlərinə əsasən yazılmışdır. Daha sonra mən, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Marxal Müalicə-İstirahət Kompleksi MMC-Texniki şöbədə qazanxana mütəxəssisi işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həmin yerdə operator işləyir. Eyni zamanda bildirirəm ki, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək Azərbaycan Neft Kimya institutunda təhsil almışdır. Bununla bağlı mən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03 mart 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrində işlədiyim istehsalat sahələrinin İJQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələri olması ilə bağlı heç bir qeydin olmadığı, bu səbəbdən də mənim güzəştli iş stajının olmadığı göstərilmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin, qeyd olunan imtina ilə qəti olaraq razı deyil. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirilir ki, iş materiallarına əsasən, iddiaçı Mirzəyev X4 regional “ASAN" xidmət mərkəzinə xx.xx.2023-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X8 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yanmbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda geyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı İ.X7 təqdim etdiyi “Azenco" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 01-VƏ/14 nömrəli arayışında xx.xx.1991-03.01,1994-cü il tarixləri arasındakı dövr ərzində İstehsalat- Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə tozhazırlama sexlərində istehsalat sahələrinə aid deyil. Həmçinin “Azərenerji’’ ASC "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022ci il tarixli 05-36 nömrəli arayışında xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1998- xx.xx.2001ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə usta, baş usta, çilingər vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyqun olması barədə məlumat qeyd olunmamışdır. Bu səbəbdəndə də iddiaçının işlədiyi həmin vəzifələrin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 ii 6 aydan az (1 il 6 ay 1 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşki edir. Eyni zamanda iddiaçı İ.X7 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 İldən az (23 il 3 ay 28 gün (xx.xx.1977xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci İl, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1996-cıil, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər və 2016-2022-ci illər üzrə cəmi 5 il 8 ay)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə ahnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28707,82 manat təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır. • xx.xx.2022-ci il tarixli 07-124 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış, • xx.xx.2022-ci il tarixli 05-36 nömrəli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış, • Bakı İstilik Elektrik Mərkəzi MMC-nın xx.xx.2025-ci İ tarixli 105/1 nömrəli məktubunun surəti. • AZENCO” ASC-nin xx.xx.2023-ci il tarixli 01-VƏ/14 nömrəli işin xarakteri haqqında arxiv arayışı; • "xxxx" MMC-nın xx.xx.2022-cİ il tarixli 07-123 nömrəli İşin xarakteri haqqında arayışın surəti. • "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli 05-35 nömrəli arxiv arayışı • İddiaçıya məxsus PB 038693 seriya nömrəli diplomun surəti. • İddiaçıya məxsus ГP seriyalı 045021 nömrəli Hərbi biletin təsdiqlənmiş surəti • İddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surəti. • “Marxal” X1 xx.xx.2023-cü il tarixli 1-2-xx/xx/2023-cü il tarixli məktubunun surəti. • "xxxx" MMC-nın xx.xx.2023-cü il tarixli məktubu • 13.16.2023-cü il tarixli Sığortaolunanın hesabı. • ƏƏSMN-nın yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-45866/2024 nömrəli məktubu. • “Marxal” X1 xx.xx.2025-ci il tarixli 1-2-32/2-26/2025-cü il tarixli məktubunun surəti. • Cavabdehin etiraz məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu və 12 il 8 ay əmək şəraiti xüsusilə zərərli olan işlərdə işlədiyi üçün ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İşdə olan “Azenco" ASC-nin iddiaçıya təqdim etdiyi 09.01,2023-cü il tarixli 01-VƏ/14 nömrəli arayışında xx.xx.1991-03.01,1994-cü il tarixləri arasındakı dövr ərzində İstehsalat- Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda İstehsalat-Təmir müəssisəsinin Mingəçevir daimi təmir sahəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə tozhazırlama sexlərində istehsalat sahələrinə aid edilməsi müəyyən edilmir. Həmçinin “Azərenerji’’ ASC "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 05- 36 nömrəli arayışında iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il və xx.xx.1998- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə usta, baş usta, çilingər vəzifələrində işlədiyi qeyd olunsa da, arayışda işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyqun olması barədə məlumat göstərilməmişdir. Buda öz növbəsində iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün güzəştli siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olmasını müəyyən etməyə imkan vermir. Bununla yanaşı iddiaçı tələbində xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək Azərbaycan Neft Kimya institutunda təhsil aldığını qeyd etsədə, işdə olan əmək kitabçasının sürətindən belə müəyyən olunur ki, iddiaçı 1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək ƏliBayramlı DRES-də təmirçi-çilingər, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Bakı İEM-də qazan turbin sexində-qazançı maşinist, xx.xx.1989-cu il tarixdən 26.11,1989-cu il tarixədək “Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə (öyrənən) turbin avadanlıqları üzrə nəzarətçi maşinisti, xx.xx.1989-cu il tarixdən turbin avadanlıqları üzrə nəzarətçi maşinisti, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının təhsil aldığı müddətlə əmək fəaliyyəti ilə məşğul olduğu müddət (xx.xx.1984-xx.xx.1989-cu illər üzrə) üst-üstə düşür. Eyni zamanda iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Marxal Müalicə-İstirahət Kompleksi MMC-Texniki şöbədə qazanxana mütəxəssisi vəzifəsində işlədiyi illərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə əldə edilmiş “Marxal” Müalicə-İstirahət Kompleksinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı əmək şəraiti zərərli və ağır olan istehsalatlar üzrə qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmadığından, “Marxal" Müalicə-istirahət Kompleksində iş yerlərinin attestasiyası keçirilməmişdir. “Marxal" Müalicə-İstirahət Kompleksində iş yerlərinin zərərli olubolmaması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən hər hansı rəy və ya təsdiqedıcı sənəd daxil olmamışdır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsində zərərli əmək şəraiti müəyyən olunmadığından, "Marxal" Müalicə-İstirahət Kompleksi ilə əmək münasibətlərində olduğu dövrdə əmək şəraitinə görə hər hansı güzəşt, o cümlədən qısaldılmış iş vaxtı, əiavə məzuniyyət, əmək haqqına əiavə nəzərdə tutulmamış, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan normasına əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçıya münasibətdə azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması, bundan əlavə və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunur. Lakin işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş ilə bağlı şərt ödənilməmişdir. Buna görədə cavabdehin imtinası qanunsuz sayıla bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 ay iş stajı olmadığından iddia təmin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu və 12 il 8 ay əmək şəraiti xüsusilə zərərli olan işlərdə işlədiyi üçün ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-27/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-27/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver