Məhkəmə qərarları › İş №2-1(116)-2725/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2725/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2725/2023 24.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional Cavabdehyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində yazılmış ata adının “Habil”dən “Qabil” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2005-ci il tarixli 48 nömrəli doğum haqqında akt qeydində yazılmış ata adının “Habil”dən “Qabil” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının xx.xx.1973-cü il təvəllüdlü atası X14 ilə xx.xx.1983-cü il təvəllüdlü X1 xx.xx.2004-cü il tarixli rəsmi nikahlarından İddiaçı xx.xx.2005-ci il tarixdə, bacısı X15 xx.xx.2007-ci il tarixdə Şəki Rayonu Baş Göynük kəndində anadan olmuşlar. Lakin iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə atasının adı “Qabil” yazılmalı olduğu halda, texniki səhv olaraq “Habil” yazılmış və “Habil” adı “Qabil” adına düzəliş edilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə aidiyyəti orqanlara müraciət edərək atasının adının “Habil” deyil, “Qabil” olmasını bildirsə də, 05 sentyabr 2005-ci tarixli doğum haqqında akt qeydində onun ata adının “Habil”dən “Qabil” adına düzəliş etdirməsi mümkün olmamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-M-15-734/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı 05 09.2005-ci il tarixdə adına yazılmış AZ-İ seriyalı 659216 nömrəli ilkin doğum haqqında şəhadətnamədən görünür ki, o, artıq yetkinlik yaşına çatmış, lakin ərizəyə əlavə edilən Şəki şəhər (rayon) polis şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi şəkilsiz olduğundan (etibarlılıq müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir) ona aid edilməsi, yetkinlik yaşına çatdığına görə isə valideynlərindən akt qeydində dəyişiklik edilməsi barədə ərizə götürülməsi mümkün deyildir. Bundan başqa Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan Şəki şəhər İHB-nın Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2005-ci il tarixli 55 nömrəli doğum haqqında akt qeydində uşaq və ata haqqında məlumat qrafalarında atasının adı “Habil” kimi qeyd edilmişdir. Lakin İddiaçı xx.xx.2005-ci il tarixdə adına yazılmış AZ-İ seriyalı 659216 nömrəli ilkin doğum haqqında şəhadətnamədə uşaq və ata haqqında məlumat qrafalarında müvafiq olaraq ata adı və adı qaralama edilərək “Qabil” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-864/23 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddiaya qarşı yazılı münasibətini bildirmiş və qeyd olunanları nəzərə alınaraq qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı doğum haqqında akt qeydində uşaq və ata haqqında məlumat qrafasında ata adının “Habil”-dən “Qabil”ə dəyişiklik edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına və cavabdehin xx.xx.2023-cü il tarixli məktubunun məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Şəki ŞİH başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1169 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Şəki rayonu Baş Göynük kəndində yaşayır, Fin kodu xxxxxxx-dır. Arayışa İddiaçı fotoşəkili əlavə edilmiş, möhür və imza ilə təsdiq edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. X26, anası Məmmədova Rəsmiyyədir. Şəxsiyyət vəsiqəsi xx.xx.2015-ci il tarixdə Şəki ŞRPŞ tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixədək etibarlıldır. Şəxsiyyət vəsiqəsinə əsasən fərdi identifikasiya nömrəsi xxxxxxx-dır. AZE seriyalı 18014707 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1983-cü il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur, həmin kənddə qeydiyyatdadır, evlidir. AA0671521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1973-cü ildə anadan olmuşdur. Fərdi identifikasiya nömrəsi 498FCV6-dır. Şəki ŞİH başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 924 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı ailə üzvləri atası xx.xx.1973-cü il təvəllüdlü X14, anası xx.xx.1983-cü il təvəllüdlü X6 və bacısı xx.xx.2007-ci il təvəllüdlü X5 ibarətdir. 143070 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X14 ilə xx.xx.1983-cü il təvəllüdlü X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Arvada nikahdan sonra Məmmədova soyadı verilmişdir. xx.xx.2004-cü il tarixli 62 nömrəli “Nikah haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X16 ilə xx.xx.1983-cü il təvəllüdlü X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Aktda kişi qrafasında adına dəyişiklik edilərək Qabil qeyd olunmuş, aktın üzərində qeyd aparılmaqla dəyişikliyin X27 Xidmət Mərkəzində QŞ-nin xx.xx.2023-cü il tarixli3-16- 5/2-11-1758/2023 saylı rəyinə əsasən edildiyi qeyd edilmiş, imza və möhürlə təsdiq olunmuşdur. (Qeyd aparılan sənədin surəti cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim olunmuşdur.) 029362 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur, atası X14, anası X2r. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-165/8-13-1986/2023 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2005-ci il tarixli 55 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. “Ata haqqında məlumat” qrafasında “X24”, təvəllüdü xx.xx.1973-cü il göstərilmişdir. “Ana haqqında məlumat” qrafasında “X11”, təvəllüdü xx.xx.1983-cü il göstərilmişdir. Akt qeydində yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla) başlıqlı 9-cu qrafada İ qeydi yazılmışdır. xx.xx.2007-ci il tarixli 136 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. “Ata haqqında məlumat” qrafasında “X21”, təvəllüdü xx.xx.1973-cü il göstərilmişdir. “Ana haqqında məlumat” qrafasında “X11”, təvəllüdü xx.xx.1983-cü il göstərilmişdir. Akt qeydində yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla) başlıqlı 9-cu qrafada İİ qeydi yazılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2228/23 nömrəli məktubuna əlavə olunmuş: 39 nömrəli xx.xx.1973-cü il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1973-cü ildə anadan olmuşdur. Ata haqqında məlumat qrafasında “X13”, ana haqqında məlumat qrafasında “İddiaçı Şaban” yazılmışdır. Akt qeydində yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla) başlıqlı 9-cu qrafada üçüncü qeydi yazılmışdır. 48 nömrəli xx.xx.1983-cü il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Baş Göynük icra nümayəndəliyinin **********6021973 nömrəli “Doğum haqqında” akt qeydindən görünür ki, X14 xx.xx.1973-cü il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. “Diri və ya ölü doğulmuşdur” qrafasında “diri” yazılmışdır. Baş Göynük icra nümayəndəliyinin **********1071968 nömrəli “Doğum haqqında” akt qeydindən görünür ki, X8 X17 adlı qardaşı xx.xx.1968-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. “Diri və ya ölü doğulmuşdur” qrafasında “ölü” yazılmışdır. Akt qeydində yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla) başlıqlı 9-cu qrafada 2 qeydi yazılmışdır. Baş Göynük icra nümayəndəliyinin **********4031970 nömrəli “Ölüm haqqında” akt qeydindən görünür ki, X17 xx.xx.1968-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. xx.xx.1970-ci ildə ölmüşdür. Baş Göynük icra nümayəndəliyinin **********6021973 nömrəli “Doğum haqqında” akt qeydindən görünür ki, X8 X17 adlı digər qardaşı xx.xx.1973-cü il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. “Diri və ya ölü doğulmuşdur” qrafasında “diri” yazılmışdır. Akt qeydində yeni doğulan uşaq daxil olmaqla ananın say üzrə neçə uşağı doğulub (ölü doğulan yox, ölənlər daxil olmaqla) başlıqlı 9-cu qrafada 2 qeydi yazılmışdır. Baş Göynük icra nümayəndəliyinin **********1041974 nömrəli “Ölüm haqqında” akt qeydindən görünür ki, X17 xx.xx.1973-cü il tarixdə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. xx.xx.1974-cü ildə ölmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1773/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə daxil edilmiş məlumatlarına əsasən bildirilir ki, fərdi identifikasiya nömrəsi xxxxxxx, doğulduğu tarix xx.xx.2005, doğulduğu yer Şəki rayonu, Baş Göynük kəndi, cinsi qadın, vətəndaşlığı Azərbaycan Respublikası, ailə vəziyyəti subay, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi AZE №********, verilmə tarixi xx.xx.2015, atasının soyadı, adı, ata adı X17, doğum tarixi xx.xx.1973, ölüm tarixi xx.xx.1974, anasının soyadı, adı, ata adı X3, doğum tarixi xx.xx.1983, fərdi identifikasiya nömrəsi 1W33NQD kimi qeyd edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması, şəxsiyyəti təsdiq edən sənədin etibarlılıq müddəti, eyni zamanda atası X9 fərdi identifikası nömrəsi haqqında məlumatlar Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülməmişdir. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 2.1-c bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2-ci bəndinə görə valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 3.1-ci bəndinə görə uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. 6-cı hissəsinə əsasən: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir... 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ata adı ona münasibətdə tərtib edilmiş doğum akt qeydində və şəxsiyyət vəsiqəsində “Habil” olaraq göstərilmiş, doğum haqqında şəhadətnaməsində isə “Habil” adının üzərində qaralama edilməklə “Qabil” adına düzəliş edilmişdir. Cavabdeh tərəfindən təqdim edimiş iddiaçı barədə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri məlumatlarına daxil edilmiş məlumatlara əsasən bildirilmişdir ki, iddiaçının ata adı olaraq X17, onun doğum tarixi xx.xx.1973-cü il, ölüm tarixi isə xx.xx.1974-cü il göstərilmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, X8 X17 adlı əkiz qardaşı olmuş, o, uşaq yaşlarında vəfat etmişdir. Amma hər iki uşağa münasibətdə icra nümayəndəliyi tərəfindən doğum akt qeydində 7-ci qrafada 1 uşaq doğulmuşdur qeydi yazılmışdır. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə həm doğum akt qeydi, həm də doğum haqqında şəhadətnamə Baş Göynük icra nümayəndəsi tərəfindən tərtib edilmişdir . Beləliklə məhkəmə araşdırması ilə aşkar olunmuşdur ki, iddiaçının anası xx.xx.1983-cü il təvəllüdlü X4 ilə xx.xx.1973-cü il təvəllüdlü X14 arasında nikah xx.xx.2004-cü il tarixdə bağlanmışdır. İddiaçı xx.xx.2005-ci il tarixdə dünyaya gəlmiş və birinci övlad qismində barəsində akt qeydi tərtib edilmişdir. Əhalinin Dövlət Reyestri Məlumatlarında iddiaçıya münasibətdə ata adı qismində qeyd edilmiş X17 isə xx.xx.1973xx.xx.1974-cü il tarixlərdə yaşamış və vəfat etmiş şəxs olduğundan iddiaçının valideyni qismində göstərilə bilməzdi. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə tərtib edilmiş doğum akt qeydi məlumatlarında yol verilmiş yalnışlıq aradan qaldırılmalı, onun ata adında “Habil”dən Qabil”ə düzəliş edilməlidir. Belə ki, iddiaçının atasının adı “Qabil” olduğu halda doğum akt qeydində “Habil” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı münasibətdə tərtib edilmiş xx.xx.2005-ci il tarixli 55 nömrəli doğum haqqında akt qeydinin uşaq və ata haqqında məlumat hissəsinin müvafiq olaraq atasının adı və adı qrafasında yazılmış adın “Habil”dən “Qabil” adına düzəliş edilməsi öhdəliyi cavabdeh Şəki Regional Cavabdehyyat şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar