Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-273/2023 14.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının atası X17 ilə anası X34 19 aprel 1979-cu il tarixdə Cavabdehndə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. xx xxxxxx 1979cu ildə iddiaçı anadan olmuşdur. xx.xx.1983-cü ildə valideynlərinin qarşılıqlı razılığı əsasında nikahları pozulmuşdur. Həmin vaxtdan iddiaçının atası X17 Özbəkistan Respublikasına getmiş və orada yaşamışdır. İddiaçının atası 26 iyun 2021-ci il tarixdə Özbəkistan Respublikası Nəvai vilayətinin Nəvai şəhərində 81 yaşında ölmüşdür. O, ölməmişdən əvvəl 12 mart 2015-ci il tarixdə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnaməyə əsasən mərhum atası özünə məxsus Özbəkistan Respublikası Nəvai vilayəti, Nəvai şəhəri, Yujnaya küçəsi, ev 1-də yerləşən 19 nömrəli mənzili və ev 1-də yerləşən 20 nömrəli mənzilin 5/8 hissəsini vəsiyyət etmişdir. İddiaçı Özbəkistan Respublikası X37 Notariat Kontoruna ərizə ilə müraciət edərək atasından qalmış miras əmlakla bağlı Özbəkistanda vərəsəlik işi açılması üçün tələb olunan sənədlərin siyahısının göndərilməsini xahiş etmişdir. Özbəkistan Respublikası Ədliyyə Nazirliyi Nəvai Vilayət Ədliyyə İdarəsinin cavab məktubu ilə vərəsəlik işi açılması üçün tələb olunan sənədlərin siyahısı göndərilmişdir. Həmin siyahıda vərəsəlik işi açılması üçün tələb olunan sənədlərdən biri də miras verənin doğum haqqında şəhadətnaməsi olması göstərilmişdir. Lakin iddiaçı həmin sənədi əldə etməkdə çətinlik çəkir. Belə ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli akt qeydi ziddiyyətli tərtib edilmişdir. Həmin akt qeydi atası X12 adına deyil, X2 adına tərtib edilmişdir. Atası X1, ana isə X21 qeyd edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/76-362/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli akt qeydində iddiaçının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəməd”dən “Məhəmmədə”, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək şəhadətnamə verilməsi mümkün deyildir. Belə ki, Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum akt qeydi ziddiyyətli tərtib edilmişdir. Həmin akt qeydi X12 adına deyil, X4 adına tərtib edilmişdir. X5, ana isə X21 qeyd edilmişdir. Cavabdeh imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, xx/xx-1086/13 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, kifayət qədər əsas olmadıqda qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Cavabdeh məktubunda işə mahiyyəti üzrə baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və xx.xx.2023-cü il tarixli, 3-16-518-13/139/2023 nömrəli məktubunda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, xx/xx-1086/13 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.1939-cu il tarixli, 64 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Paltarışlar Məhəməd xx.xx.1939-cu ildə anadan olmuşdur. Sənəddə uşaq haqqında məlumatlar bölməsinin soyad qrafasında “Paltarışlar” soyadının üzərindən xətt çəkilərək “Süleymənof” olaraq düzəliş edilmişdir. Akt qeydinin ata və ana haqqında məlumat qrafasında ata “X8”, ana “X21” olaraq qeyd edilmişdir. Nikahın bağlanması haqqında xx.xx.1979-cu il tarixli, 15 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X34 arasında nikah bağlanmışdır. Boşanma haqqında xx.xx.1983-cü il tarixli, 39 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X34 arasında bağlanmış nikah pozulmuşdur. Ölüm haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X34 xx.xx.2017ci ildə vəfat etmişdir. Doğum haqqında xx.xx.1979-cu il tarixli, 43 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. X7, anası X28r. Doğum haqqında xx.xx.1942-ci il tarixli, 27 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, Şirinova Zülfida xx.xx.1942-ci ildə anadan olmuşdur. X23, anası X19r. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(019)-780/2022 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib edilmiş 64 nömrəli doğum aktında qeyd edilmiş X3 atası X17, X6 atasının atası X22 və X11 atasının anası X20 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305-ci maddəsinə edilən dəyişikliklərə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmənin xüsusi icraat qaydasında baxmasına dair maddə Mülki Prosessual Məcəllədən çıxarılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayon icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda həmin məsələyə xüsusi icraat qaydasında baxıla bilməz. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.10-cu bəndinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. İddia tələbini əsaslarına görə ümumiləşdirərək qeyd edilməlidir ki, iddia tələbi iddiaçının atasının doğum akt qeydində müvafiq düzəlişlər edilərək atasının adının, soyadının və ata adının X17, atasının ata adının və soyadının Süleymanov Məhəmməd, anasının soyadının isə Süleymanova kimi düzəldilməsindən ibarətdir. Yəni iddiaçı faktiki olaraq doğum akt qeydində atasının ad, soyad və ata adının, babasının adı və soyadının, nənəsinin isə soyadının dəyişdirilməsini tələb edir. Qeyd edilməlidir ki, doğum akt qeydində uşağın valideynləri barədə məlumatlar “atası-anası haqqında məlumat” qrafasında göstərilir. Odur ki, iddiaçının tələbinə uyğun olaraq atasının ata adının əlavə olaraq Məhəmmədoviç kimi göstərilməsi, ata haqqında məlumatlar qrafasında isə əlavə olaraq ata adının Məhəmmədova düzəldilməsi yolverilməzdir. Həmçinin məhkəmə araşdırması nəticəsində doğum akt qeydləri üzərində düzəliş edildiyi aşkar edilsə də, həmin qeydlərin aparılmasının hüquqi əsasları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Balakən rayon Tülü kənd İcra nümayəndəliyində 07 noyabr 1939-cu il tarixdə tərtib olunmuş mərhum atası X14 məxsus 64 nömrəli doğum haqqında akt qeydində qeydlərin düzgün olmamasının müəyyən edilməsi, həmin doğum haqqında akt qeydində atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının adının “Məhəməd”dən “Məhəmməd”ə və ata adının Məhəmmədoviçə, atasının atasının soyadının “Paltarışlar”dan “Süleymanov”a, atasının atasının adının “Soltanməhəmmət”dən “Məhəmməd”ə, atasının anasının soyadının “Paltarışlar”dan “Süleymanova”ya düzəliş edilərək dəyişdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-273/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-273/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver