Məhkəmə qərarları › İş №2-1(116)-273/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-273/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-273/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21/2-1-13xx-xx/2023/3543 saylı qərarının ləğv edilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarın ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2156/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının ləğvi ilə bərabər, həm də 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehlər qismində Dövlət Vergi Xidmətinin və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qeyd edilməsini, Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı tam araşdırılmadan, birtərəfli, vergi ödəyicisinin sübutları əsasında deyil, proqnozlar və fərziyyələr əsasında çıxarılmış, prosesin səthi araşdırılmış, araşdırmada vergi məcəlləsinin müddəalarına istinad edilməmiş, vergi ödəyicisinin vəziyyətinə deyil qarşı tərəfə üstünlük verilməklə qəbul edilmişdir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi" olduğu müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu ildə 193791,0 manat dəyərində və 2020-ci ildə 84755,0 manat dəyərində elektron qaimə-faktura təqdim edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə bəyannamələrin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021 -ci il tarixli **********840500 nömrəli və xx.xx.2021-ci il tarixli **********611600 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 6459,7 manat və 2020-ci il üçün 4226,5 manat analoji qaydada gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********093900 nömrəli və xx.xx.2021-ci il tarixli **********695700 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan fərdi sahibkar tərəfindən 2019-cu və 2020-ci illər üçün dəqiqləşmiş gəlir vergisi bəyannamələri təqdim edilmiş, yaranmış kənarlaşmalara əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 4844,65 manat və 2020-ci il üzrə 1612,0 manat gəlir vergisi hesablanmış və vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********624600 nömrəli və xx.xx.2022-ci il tarixli **********623900 nömrəli qərarlar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən həmin dövrlər üzrə kameral vergi yoxlaması ilə dəqiqləşmə aparılmış və 2019-cu il üzrə 9689,55 manat və 2020-ci il üzrə 3477,75 manat vergi məbləğləri hesablanmış və bu barədə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********306900 nömrəli və **********307600 nömrəli qərarlar göndərilmişdir. 'inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********885800 nömrəli, xx.xx.2023-cü il tarixli **********767000 nömrəli və 10.01,2023-cü il tarixli **********991300 nömrəli məktublarlarla məlumat verilmişdir, Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” 10.01 2023-cü il tarixli **********030800 nömrəli məktub göndərilərək, fərdi sahibkar 12.01 2023-cü il tarixdə, saat 15:00 üçün şəxsən (və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuşdur. Şikayətçi xx.xx.2023-cü il tarixdə inzibati binada olmuş və araşdırmaya uyğun sualları cavablandırmışdır. Vergi ödəyicisi izahatında tərəfindən tikinti materialı olan qumun X2 adlı şəxsə məxsus qum karxanasından əldə etdiyini, ödənişin nağd qaydada həyata keçirildiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, təqdim edilmiş quma görə elektron qaimə fakturanın fiziki şəxs tərəfindən təqdim edilmədiyini bildirərək hesablanmış vergi məbləğlərinin azalmasını xahiş etmişdir. Araşdırma zamanı fərdi sahibkarın vergi ödəyicisi X1 (VÖEN **********) işçisi olduğu və əmək müqavilələrinə əsasən elektromexanik və mühasib vəzifəsində işlədiyi müəyyən edilmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir. Belə ki, uçot baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən elektron- qaimə fakturalar əsasında 2019-cu ildə 193791,0 manat və 2020-ci ildə 69555,0 manat dəyərində tikinti materialı olan qumun müxtəlif vergi ödəyicilərinə təqdim edildiyi, malların əldə edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənədlərin (elektron qaimə faktura və ya elektron alış aktı) olmadığı, fəaliyyətinin tikinti materiallarının satışı olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin uçota alınmadığı, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Fərdi sahibkar 24.11 2022-ci ildə 2020-ci il üçün və xx.xx.2022-ci ildə 2019-cu il üçün dəqiqləşmiş gəlir vergisi bəyannamələrini təqdim edərək bəyannamənin “hesabat dövrünün gəlirləri” hissəsində 2019-cu il üçün 193791,0 manat və 2020-ci il üçün 69555,0 manat gəlir məbləği, bəyannamənin “hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsində Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən gəlir məbləğlərinə uyğun olaraq 2019-cu il üçün 161490,0 manat və 2020-ci il üçün 70625,0 manat xərc məbləği qeyd edərək 2019-cu il üzrə 1615,05 manat və 2020-ci il üzrə 706,5 manat gəlir vergisi bəyan etmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ildə təqdim edilmiş 193791,0 manat və 2020-ci ildə təqdim edilmiş 69555,0 manat dəyərində elektron qaimə fakturalar gəlir kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2019-cu il üçün 9689,55 manat və 2020-ci il üçün 3477,75 manat əlavə gəlir vergisi məbləğləri hesablanmışdır. Müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə alınmış mallarla bağlı alqı-satqı müqavilələrinin, təhvil-təslim aktlarının, debitorkreditor borcları barədə təsdiqedici sənədlərin, xərc sənədlərin açıqlanması barədə sənədlərin, malların hərəkət cədvəlinin, bank hesablarından çıxarışın (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarının (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin xx.xx.2022ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi fərdi sahibkara bildirilsə də, hər hansı sənəd təqdim edilməmişdir. Bu da fərdi sahibkar İddiaçı malları satan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmadığı üçün həmin şəxslərin vergidən yayınmasına şərait yaratmasına əsas verir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ildə malların əldə edilməsi ilə bağlı xərclərinin olmamasına baxmayaraq, gəlir vergisi bəyannamələrində Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərclərin bəyan edilməsi vergi ödəyicisi tərəfindən süni şəkildə xərclərini artıraraq vergi tutulan gəlirlərinin azaldılmasına və bununla da büdcəyə ödənilməsi olan vergi məbləğinin yayındırılmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır, iqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarf’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (gəlirin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı- vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi gəliri (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş MDSS-digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - kənd yerlərində (0734) bəyannaməsi üzrə 185,0 manat və 2020-ci il üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 225,0 manat sığorta haqqı məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir. Beləliklə, fərdi sahibkar tərəfindən elektron-qaimə fakturalar əsasında 2019-cu ildə 193791,0 manat və 2020-ci ildə 69555,0 manat dəyərində malların təqdim edildiyini, malların əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərinin (elektron qaimə faktura və elektron alış aktı) araşdırmaya təqdim edilmədiyini, vergi ödəyicisinin fəaliyyətinin tikinti materiallarının satışı olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin uçota alınmadığını, vergi ödəyicisi tərəfindən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən vergilərin hesablanması vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını və fərdi sahibkar tərəfindən 2019-cu və 2020-ci illərdə ödənilmiş sığorta haqqı məbləğləri nəzərə alaraq inzibati şikayət qismən təmin edilmiş və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********306900 nömrəli qərarla hesablanan verginin 9,25 manat hissədə azaldılması, 9680,3 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması və xx.xx.2023-cü il tarixli **********307600 nömrəli qərarla hesablanan verginin 11,25 manat hissədə azaldılması, 3466,5 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə vergi ödəyicisi barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərar qəbul edilmişdir. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli qərarın icrası ilə bağlı 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən fərdi sahibkarın 2019cu il fəaliyyət dövrünə görə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023- cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1 1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1 ,2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir, 24.1- 1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 24.2- ci maddəsinə əsasən Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 37.1- ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2- ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.3- cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4- maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. 37.5- i maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (gəlirin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən iddiaçının iddiası iki səbəbdən mümkün sayılmamalıdır. Belə ki, birincisi 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair1' Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 3.1-3.3-cü bəndinə əsasən İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş müddəalarla işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan hallan aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. X8 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Plenum Qərarının 3.4-cü bəndində diqqət yetirilməli vacib məqam mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və həmin idda mümkün sayılmamalıdır. İnzibati orqanının yəni, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi barədə 2019- cu ilin gəlir vergisi üzrə qüvvədə olan xx.xx.2023-cü İİ tarixli **********860700 nömrəli 'Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" və 2020-ci ilin gəlir vergisi üzrə qüvvədə olan xx.xx.2023-cü il tarixli **********860700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının olmasını nəzərə alaraq “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmamalıdır. İkincisi isə hazırkı iddia tələbi yuxarıda qeyd olunanlara əsasən əsassız və mümkün iddia olmamaqla yanaşı, həm də vergi ödəyicisi tərəfindən 11 saylı Ərazi Vergilər Baş idarəsinin vergi ödəyicisi barədə qəbul etdiyi sonuncu ilkin inzibati akt olan xx.xx.2023-cü il tarixli **********860700 və **********860700 nömrəli qərarların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, vergi ödəyicisi onun barəsində qəbul edilmiş qərarlardan elektron qaydada yuxarı inzibati orqana inzibati şikayətlər vermiş, həmin şikayətlərə baxılaraq “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan 06 fevral 2023-cü il tarixli qərarın icrası ilə bağlı 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən fərdi sahibkarın 2019-cu il fəaliyyət dövrünə görə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlar qəbul edilmişdir. Sözügedən hər üç qərar vergi ödəyicisinə elektron qaydada göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə oxunmuşdur. Yəni vergi ödəyicisi vergi orqanının “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərarını, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlarını həmin qərarların almasından qanunvericiliklə müəyyən edilmiş 30 gün keçdikdən sonra sözügedən qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1,3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-cı maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci və 24.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. insan Hüquqları üzrə Avropa Məhkəməsi də Miragall Eskolano və digərlərinin İspaniyaya qarşı işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsi əsassız, qanunvericiliyin tələblərinə tam zidd olduğundan və qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırılmadığından iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 28 nömrəli qərarı, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********199400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərar (həmin qərara əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci və 09.12 2022-ci İİ tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsinə tapşırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********306900 nömrəli qərar 9,25 manat hissədə azaldılsın, 9680,3 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın və xx.xx.2023-cü il tarixli **********307600 nömrəli qərar 11,25 manat hissədə azaldılsın, 3466,5 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın; 2.2. Bu qərarın 2.1-ci bəndinin icrası ilə bağlı fiziki şəxs İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etsin), xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********859300 və **********860700 nömrəli qərarlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İş materiallarından görünür ki, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi iddiaçı barəsində ilkin olaraq vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********093900 nömrəli və xx.xx.2021-ci il tarixli, **********695700 nömrəli qərarlar qəbul etmişdir. İddiaçı tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinə şikayət ünvanlanmış və həmin şikayətə baxılaraq “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən DVX-nin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı əsasında xx.xx.2023-ci il tarixli, **********860700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-ci il tarixli, **********860700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********199400 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına şikayət verilmiş, sonuncunun xx.xx.2023-cü il tarixli 3-21/2- 1-13xx-xx/2023/3543 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İnzibati Prossesual Məcəllənin İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı ilə iddiaçının şikayəti qismən təmin edildiyindən sözügedən qərar hazırki iş üzrə mübahisələndirmə haqqında iddia tələbinin predmetidir. Həmin qərar əsasında sonradan 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-ci il tarixdə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul etməsinə lüzum olmasa da, qəbul edilmiş həmin qərarlar iddiaçı üçün əlverişsiz hüquqi nəticələr yaratdığından həmin qərarların da, hazırkı iddia tələbi çərçivəsində mübahisələndirilməsi yolveriləndir (həmin qərarlar faktiki olaraq DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı ilə eyni məzmunludur). İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərarlar xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına şikayət verilmişdir. Sonuncunun qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilməklə, xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilmişdir. İPM-nin 38.3-cü maddəsinin tələbinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli 177 nömrəli Fərmanı: “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: 2.1-2. həmin Məcəllənin 38.3-cü maddəsinin birinci abzasında, 38.3.1-ci (birinci halda) və 38.3.2-ci (birinci halda) maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuraları nəzərdə tutulur; "xxxx" MMC Milli Operatorun xx.xx.2023-cü il tarixli məktubunda İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubun xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırılması qeyd edilmişdir. Hazırkı iddia tələbi isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Odur ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh orqan gəlirdən çıxılan xərcləri müəyyən etmədən, yəni, vergitutma obyektini müəyyən etmədən gəlir vergisini hesablamışdır. İş materiallarına əsasən iddiaçı barəsində qəbul edilmiş ilkin vergi məsuliyyəti barədə qərarlar xx.xx.2021 və xx.xx.2021-ci il tarixli olmuşdur. Həmin vaxt qüvvədə olmuş VM-nin 102.1.30-cu maddəsinə əsasən (1 yanvar 2019-cu ildən) mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilmişdir. Sonradan həmin maddəyə xx.xx.2021-ci il tarixli, 406-VİQD №-li qanunla dəyişiklik edilərək (xx.xx.2022-ci ildə qüvvəyə minmişdir) "mikro" sözündən əvvəl "bu məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan" sözləri əlavə edilsə də, cavabdeh orqanların qəbul etdikləri xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlar xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarların yoxlanılması ilə bağlı olduğundan mübahisəyə VM-nin 102.1.30-cu maddəsinin xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyası tətbiq edilməlidir (xx.xx.2023-cü ildən sonra sözügedən norma yeni redaksiyada verilmişdir). Hazırkı mübahisəyə münasibətdə qanunvericiliyin tələbinə görə mikrosahibkarlıq subyekti olan fərdi sahibkar əldə etdiyi gəlirlərindən xərclər çıxıldıqdan sonra ona qalan gəlirdən 5 faiz vergi ödəyir (məsələn 100 min manat gəliri olan mikrosahibkarın 30 min xərci olarsa vergitutma obyekti 70 min olacaqdır. Həmin məbləğdən 75 faiz azadolma çıxıldıqdan (52500) sonra alınan 17500 manatın 20 faizi 3500 manat olacaqdır ki, bu da vergitutma obyekti olan 70 min manatın 5 faizini təşkil edir). İddiaçı VM-nin 13.2.5.1-ci maddəsinə əsasən rezident fiziki şəxsdir. VM-nin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət vergiyə cəlb edilən gəlirdir. VM-nin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ müəyyən edilmişdir. Vergitutma obyektinin müəyyən edilməsi üçün gəlirin əldə edilməsi üçün çəkilən xərclər mütləq qaydada müəyyən edilməlidir (67.1.3). VM-nin 67.2-ci maddəsinə 5 dekabr 2023-cü il tarxili 10336QD nömrəli qanunla dəyişiklik edilənədək qüvvədə olan redaksiyasında ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi tələb olunan meyarlar öz əksini tapmışdır. VM-nin 67.14-cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisinin bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanması müəyyən edilmişdir. Həmin normada nəzərdə tutulan hüquqlar cavabdeh orqanın diskresion səlahiyyətidir. Odur ki, VM-nin 67.14-cü maddəsinə uyğun əlaqəli məlumatları yoxlamaq birbaşa diskresion səlahiyyətə müdaxilə hesab oluna bilər (cavabdeh orqan lazım olan metodu özü seçməli idi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə Qaydalarının 6-cı bəndi vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin müəyyən edilməsi qaydalarını tənzimləyir. Hər bir halda xərc müəyyən edilmədən vergiyə cəlb olunan gəlir (vergitutma obyekti) müəyyən edilə bilməz və bunun üçün mütləq qaydada VM-nin 67-ci maddəsinə uyğun araşdırma aparılmalı idi. Cavabdeh orqan tərəfindən təqdim edilmiş əlaqəli məlumatlarda da, qum-çınqıl fəaliyyətinə münasibətdə çəkilən xərclərin mövcudluğu aşkar görünür. Həmçinin qeyd olunan sahənin xərcsiz fəaliyyət göstərməsi sahənin xarakterinə uyğun deyil və ağlabatan hesab edilə bilməz. Odur ki, xərc olmadan gəlirin əldə edilməsi hazırkı işə münasibətdə istisna edilir. İddiaçı, xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun müəyyən edilməsini tələb etsə də, nəzərə alınmalıdır ki, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli inzibati aktlar qəbul edilərkən qüvvədə olan VM-nin 67-ci maddəsinə əsasən həmin qaydada hesablama aparmaq cavabdehin vəzifəsi yox, hüququ olmuşdur. Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı da, həmin məqsədlərə xidmət edir. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Buna görə də vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən xərc sənədi verilməsə belə cavabdeh orqan sadalanan ardıcıllığı gözləməklə araşdırma aparmalı idi (3 dekabr 2021-ci il tarixədək mübahisələrdə). Hazırkı işdə isə bu ümumiyyətlə baş verməmişdir. Məhkəmə tərəfindən iddiaçıya hesablanmış vergi borcunun düzgünlüyü ilə bağlı mühasibatlıq ekspertizasının təyin edilməsinə lüzum görülməmişdir. Belə ki, hər bir halda cavabdeh orqan vergitutma obyektini müəyyən etmədən vergi hesablamışdır. Xərc sənədləri yoxdur və məhz buna görə də, iddiaçı NK-nin müvafiq qərarının qərarının tətbiqi yolu ilə vergitutma obyektinin müəyyən edilməsində israrlıdır. Bununla belə hazırkı məhkəmə araşdırmasında ilkin inzibati icraatda aparılmayan araşdırmanın aparılması və məhkəmənin cavabdeh orqanın yerinə keçərək vergitutma obyektini müəyyən etməsi mümkün deyil. Məhkəmənin vəzifəsi cavabdeh orqanın apardığı icraat çərçivəsində qəbul edilmiş inzibati aktın yoxlanılmasıdır ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi cavabdeh orqanlar VM-nin tələblərini pozmaqla iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati aktlar qəbul etdiyindən iddiaçı, həmin qərarların ləğvini tələb etməkdə haqlı olmuşdur. 11 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarını təkrarlamaqla qəbul edilmişdir. X9 Xidmətinin xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının 2.2-ci bəndində Bu qərarın 2.1-ci bəndinin icrası ilə bağlı fiziki şəxs İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi 11 saylı Ərazi Vergilər Baş idarəsinə tapşırılmışdır. 11 saylı Ərazi Vergilər Baş idarəsi müvafiq düzəlişi icra etmək əvəzinə lüzümsuz olaraq eyni məzmunlu qərarlar qəbul etmişdir. Buna görə də, işin yuxarıda sadalanan bütün halları həmin qərarlara da, aid edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı ləğv edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə qəbul etdiyi **********860700 və **********859300 №-li qərarları ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar