Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-276/2021 06.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2016-cı il mənfəət vergisi üzrə vergilərin yenidən hesablanması üçün 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə müddətin bərpasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2016-cı il mənfəət vergisi üzrə vergilərin yenidən hesablanması üçün Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə müddətin bərpasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ‘'xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 2016-cı ildəki fəaliyyəti ilə bağlı Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyi) 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində 37566.2 manat mənfəət vergisi, 3292.0 manat məbləğində ƏDV hesablanmışdır. Nümayəndəlik tərəfindən ödənilmiş vergi məbləğləri nəzərə alınmaqla hal-hazırda Nümayəndəliyin şəxsi vərəqəsində 40821.21 manat əsas borc və bu borcların vaxtında ödənilməməsinə görə hesablanmış 14983.27 manat faiz məbləği nəzərə alınmaqla ümumilikdə 55804.48 manat məbləğdə vergi borcu vardır. 13 saylı Ərazi Vergilər İdarəsi kameral yoxlama keçirən zaman müəyyən sənədlərin mövcud olmaması (xərc sənədləri) səbəbindən vergilərin hesablanması üçün şərti rentabellik tətbiq edərək əlavə vergilər hesablanmış və vergi borcu yaranmışdır. Yerli vergi orqanı tərəfindən kameral qaydada hesablanmış vergi borclarının həcmi cinayət tərkibi yaratdığından materiallar araşdırılması üçün Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyi) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (bundan sonra Departament) göndərilmişdir. Departament tərəfindən aparılan araşdırmalarla əlaqədar (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi) Nümayəndəliyin rəhbəri X1 dəfələrlə Departamentdə olmuş, tələb olunmuş bütün zəruri məlumatlar - yük gömrük deklarasiyaları, malların alış aktları, elektron qaimələr, nəqliyyat sənədləri, müqavilələr, mühasibat sənədləri, müqavilələr, izahatlar, arayışlar və tələb olunmuş digər sənədlər aidiyyəti üzrə təqdim etmişdir. Daha sonra Departamentin 12.06.2020-ci il tarixli **********805600 nömrəli məktubu ilə bildirilmişdir ki. cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinə xitam verilməsinə baxmayaraq Nümayəndəliyin vergi borcu qalmaqdadır. 2017-ci ildə kameral yoxlama zamanı təqdim olunmamış (diqqətsizlikdən) və istintaq dövründə Departamentə təqdim olunmuş sənədləri vergilərin yenidən düzgün hesablanması məqsədilə vergi orqanına təqdim etmək zərurəti yaranmışdır. Bununla bağlı 2016-cı il üçün dəqiqləşdirilmiş vergi bəyannaməsi vasitəsilə vergi orqanına təqdim olunmasına cəhd etsək də, “həmin dövrə görə bəyannamə təqdim edilə bilməz'' xəbərdarlığı ilə bəyannamənin qəbul edilməsi mümkün olmamışdır. Bəyannamənin təqdim olunması müddətinin üzrlü səbəblərdən buraxıldığından bu müddətin bərpası üçün 14.08.2020-ci il tarixində 13 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunmuş, lakin 27.08.2020-ci il tarixində imtina cavabı alınmışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli, **********45000 nömrəli etirazında qeyd etmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, müddətin buraxılması onun təqsiri olmadan üzrlü səbəblərdən və eləcə də ondan asılı olmayan maneçilik səbəbindən baş vermişdir. Məhz buna görə qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergi orqanının üzərinə müddətin bərpasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Müvafiq təsdiqedici sənədlərin araşdırmaya tam təqdim edilmədiyini nəzərə alaraq araşdırmanın davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nümayəndəliyə 22.10.2020-ci il tarixli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək, şikayətin verilməsi müddətinin buraxıldığı və müddətin buraxılmasının səbəbinin üzrlü olması ilə bağlı Dövlət Vergi Xidmətinə heç bir təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, nümayəndəlik 14.03.2013-cü il tarixli ərizə ilə müraciət edərək “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən imzalanmış müqavilənin 4.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi elektron poçtuna daxil olan sənədlərlə mütəmadi tanış olmaq vəzifəsini daşıyır. Bu səbəbdən “Vergilərin hesablanması barədə 22.05.2017-ci il tarixli, **********825400 nömrəli qərar 23 may 2017-ci il tarixdə vergi ödəyicisinin elektron ünvanına (elektron qutusuna) göndərilmiş və 25 may 2017-ci il tarixdə oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Eyni zamanda “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildıy. gündən 5 gin keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kımı vergi ödəyicisi məlumatlı olduğu və Məcəllənin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddət (3 illik müddət) buraxıldığı üçün 2016-cı ilin mənfəət vergisi üzrə vergilərin yenidən hesablanması mümkün olmamışdır. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin sərt onun mümkün olmasıdır. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Daha sonra qeyd olunur ki, məhkəmələr eyni zamanda İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdır İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəyə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə 29.04.2021ci il tarixli ərizənin geri götürülməsi barədə ərizə ünvanlayaraq (ərizə məhkəmənin dəftərxanasına 06.05.2021-ci ildə daxil olmuşdur) Bəyannamənin təqdim edilməsi üçün buraxılmış müddətin bərpası” barədə təqdim olunmuş iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə ünvanladığı ərizədən görünür ki, iddiaçı iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın baxılmamış saxlanılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 2016-cı il mənfəət vergisi üzrə vergilərin yenidən hesablanması üçün 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə müddətin bərpasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-276/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-276/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver