Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-277/2021 21.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı “sığortaedən “X2 Təchizat” MMC tərəfindən 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adınının sığorta olunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların **********736 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmaması ilə əlaqədar üçüncü şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsinə və yaşa görə əmək pensiyanısının 2006-2008-ci ilin əmək haqqısı əsasında 53 yaşının tamam olduğu xx.xx.2009-cu ildə qüvvədə olan qanunvericilik əsasında yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC Şimal-Qərb RETSİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “sığortaedən “X2 Təchizat” MMC tərəfindən 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adınının sığorta olunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların **********736 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmaması ilə əlaqədar üçüncü şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsinə və yaşa görə əmək pensiyanısının 2006-2008-ci ilin əmək haqqısı əsasında 53 yaşının tamam olduğu xx.xx.2009-cu ildə qüvvədə olan qanunvericilik əsasında yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə Qəbələ rayonu Bum kəndində anadan olmuşdur. xx.xx.2001-ci ildən Qəbələ “Aqrar tikinti” filialına fəhlə işinə qəbul olunmuşdur və xx.xx.2005-ci ildə həmin işdən azad olmuşdur. xx.xx.2006-cı ildə X2 satış şöbəsinə fərdi abonentlər üzrə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə işdən azad olmuşdur. xx.xx.2020-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini DSMF Qəbələ rayon filialına təqdim etmişdir. Lakin pensiya sənədlərinə baxılarkən “xxxx” MMC tərəfindən 2006-2008-ci illər üzrə DSMF-na təqdim edilən B3 hesabatının tələblərinə uyğun olaraq sosial sığorta kartının nömrəsi (**********736) və təvəllüdü göstərilmədiyindən, yəni B3 forma üzrə rekvizitlər doldurulmadığı üçün, ona DSMF-na ayrılıb köçürülmüş vəsait hesabatda öz əksini tapmamışdır. Bu məsələ ilə bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubunda bildirmişdir ki, müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, sığortaedən “X2 Təchizat” MMC (SUN: **********3) tərəfindən 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) iddiaçının adı sığorta olunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********736 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan iddiaçının qaldırdığı məsələ ilə bağlı sığortaedənə müraciət etməyi bildirilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx xxxxxxx 2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, cavabdeh kimi qeyd etdiyi “xxxx” ASC Şimal-Qərb RETSİ inzibati orqan deyil. İnzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir və maraqlı şəxs olmur. Həmçinin, tələbinin aydın olmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanla bağlı münasibət bildirməsi üçün üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxxx 2020-ci il tarixdə imzalanaraq alınmışdır. Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş iddia ərizəsində iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialını, 3-cü şəxs qismində “xxxx” ASC Şimal-Qərb RETSİ qeyd etmişdir. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdə Qəbələ “Aqrar tikinti” filialına fəhlə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə ərizəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdə “X2 Təchizat” MMC Qəbələ PSŞ-nın Enerji satış şöbəsinə 1 ay sınaq müddəti ilə nəzarətçi (fərdi abonentlər üzrə) vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Qəbələ şəhər şəbəkə sahəsi üzrə 3-cü dərəcəli nəzarətçi (Bum qəsəbəsi) keçirilmişdir. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Qəbələ rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı pensiya təyin olunması tələbi ilə filiala rəsmi müraciət etməmiş və ona pensiya təyin olunmasından imtina olunmamışdır. Odur ki, iddiaçı barəsində filialda hər hansı sənəd mövcud deyil. İş materiallarında olan X1 Təchizatı və Satışı İdarəsinin xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olan məktubunda qeyd olunmuşdur ki, iddiaçının 3-cü şəxs qismində Şimal-Qərb RETSİ göstərməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının əmək kitabçasından göründüyü kimi o, xx.xx.2006-cı il tarixdən, xx.xx.2008-ci il tarixə qədər “xxxx” ASC-nin struktur vahidi olan xxxx MMC-də işləmişdir. Həmin dövrdə “xxxx” ASC fəaliyyət göstərmirdi. “xxxx” ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə yaradılmış və Şimal-Qərb RETSİ “xxxx” ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərmişdir. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə “xxxx” ASC-nə məxsusdur. İddiaçı ilə bağlı “xxxx” ASC-nin və onun struktur vahidi olan 3-cü şəxs qismində göstərilmiş Şimal-Qərb RETSİ-nin bazasında İddiaçı haqqında heç bir məlumat yoxdur. Bu səbəbdən də “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin 3-cü şəxs kimi qeyd olunması əsassızdır. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə məktub göndərilərək nəzərinə çatdırılmışdır ki, məhkəmədə qaldırdığı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubdan məlum olur ki, sözügedən tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etməmişdir. Qeyd olunan çatışmazlığın aradan qaldırılması üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi iddiaçı məktubu xx.xx.2020ci il tarixdə şəxsən imzalayaraq almışdır. Lakin tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Belə ki, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə edilən cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubdan müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon filialına qarşı “sığortaedən “X2 Təchizat” MMC tərəfindən 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adınızın sığorta olunan kimi qeyd edilmədiyi üçün məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların **********736 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmaması ilə əlaqədar üçüncü şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsinə və yaşa görə əmək pensiyanızın 2006-2008-ci ilin əmək haqqısı əsasında 53 yaşınız tamam olduğu xx.xx.2009-cu ildə qüvvədə olan qanunvericilik əsasında yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-277/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-277/2021
21.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver