Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-277/2025 28.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X6, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə X6 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı, xx.xx.2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi, həmin həyətyanı torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, Oğuz rayon Xaçmaz kəndində fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.12 hektar həyətyanı torpaq sahəsi var.X2 xx.xx.1973-cü il tarixdə, anası X5 isə xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Oğuz rayonunun Xaçmaz kəndində islahat aparılan zaman onun istifadəsində olan torpaq sahələri çıxılmaqla əkin sahəsindən 1,19 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə hazırlanmış Dövlət Aktında X1, iddiaçı və ailə üzvlərinin adı qeyd olunmuşdur. X1 arvadı Xalxal kəndindən pay torpağı aldığı üçün və uşaqları islahatdan sonra anadan olduqları üçün (xx.xx.1996) onlara pay torpaq sahəsi verilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, qanuni istifadəsində olan 1,0 ha torpaq sahəsinin çox hissəsinə qardaşının və ailə üzvlərinin adına şəhadətnamə hazırlanmış və o da həmin şəhadətnamə əsasında çıxarış almışdır.İddiaçının adına isə cəmi 0,12 ha torpaq sahəsinə şəhadətnamə hazırlanmışdır. Ona görə də X1 adına olan JN-155F saylı Şəhadətnamənin və çıxarışın ləğv edilməsini, torpaq sahəsi üzərində qardaşı və onun adına çıxarışın hazırlanmasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağının ifadə olunduğu iddia tələbi 3 hissədən ibarətdir:
1. Oğuz rayonunun Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə X6 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı, xx.xx.2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ləğv edilməsi;
2. Həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi;
3. həmin həyətyanı torpaq sahəsinin istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi; Məhkəmə qeyd edir ki, iddia tələbinin birinci hissəsinin mümkünsüzlüyü digər iki tələbin də mümkünsüzlüyünə gətirib çıxardır. Çünki sözügedən çıxarışların verilməsinin hüquqi əsası həmin şəhadətnamələrdir və çıxarışları mübahisələndirmək üçün ilk növbədə qeydiyyatın əsası mübahisələndirilməlidir. Həmin torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin qeydiyyatının aparılması üçün isə yenə də, həmin torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcud olmamalıdır. Yəni hər bir halda digər iki tələb birinci tələbin mümkünlük və əsaslılıq məsələsindən asılıdır. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilir ki, məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanmasına dair inzibati orqanın faktiki hərəkətlərinə dair iddia müddət baxımından mümkün iddia deyildir. Belə ki, Oğuz rayonunun Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair X6 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı, xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr Oğuz Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı əsasında verilmişdir.Hazırda həmin mübahisələndirilən Şəhadətnamələrin həmin qərar əsasında verildiyi öz təsdiqini tapmışdır. Belə ki,iş materiallarında olan, Aqrar İslahat Komissiyasının qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında görünür ki, X6 və ailə üzvlərinin adları qeyd edilməklə mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü göstərilmişdir.Həmin Qərar əsasında isə JN- 155A saylı və JN-155F saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələr tərtib edilmişdir. Hazırkı iddia tələbinə cavabdehin faktiki xarakterli hərəkəti qismində baxılması zamanı da müddətin ötürülməsi müəyyən edilir.İddiaçının 20 ildən atıq müddət ərzində mübahisələndirilən sənədlərdən məlumatsız olması ağlabatan deyildir. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Aqrar islahat dövrü tərtib olunan inzibati aktlar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan İPM-nin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X15 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində X15 Komissiyasına şikayət edə bilərlər. X15 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. X15 Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, həmin qərar hazırda da qüvvədə olduğundan, onun əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə dair Şəhadətnamələrin mübahisələndirilməsi də mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayonunun Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə X6 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı xx.xx.2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi, həmin həyətyanı torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə