Məhkəmə qərarları › İş №2-1(116)-278/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-278/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-278/2020 20.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17rşı "JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın Qax rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə, JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın isə bütövlükdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qax Rayon X14nın (bundan sonra - AİK) xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına istinadən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 adına Qax rayonu Güllük kəndində yerləşən 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan başqa, həmin qərara istinadən, X6 və X4 adına Qax rayonu Güllük kəndində yerləşən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Bundan başqa, həmin qərara istinadən, İddiaçı6, X9, X2 və X3 adına Qax rayonu Güllük kəndində yerləşən 2,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Məhkəmə tərəfindən görülmüş zəruri tədbirlərə, o cümlədən edilmiş sorğulara baxmayaraq, sadalanan "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının əslini əldə etmək mümkün olmasa da, cavabdehdən alınmış Dövlət aktlarının qeydiyyatı kitabından çıxarışla təsdiq edildi ki, JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 2,58 ha torpaq sahəsi ilə bağlı İddiaçı1, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 0,73 ha torpaq sahəsi ilə bağlı X10, JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" 2,43 ha torpaq sahəsi ilə bağlı İddiaçı6 verilmişdir. Qax Rayon AİK-in xx.xx.2000-ci il tarixli 6 nömrəli qərarı ilə Qax Rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli iclas qərarının təsdiq olunması, torpaq paylarından qismən və ya tamamilə imtina etmiş 38 nəfər, artıq torpaq payı verilmiş 9 nəfər Güllük kənd sakinlərindən torpaq payı alınaraq Güllük Bələdiyyəsinə təhvil verilməsinin yerli AİK-in sədrinə tapşırılması və s. qərara alınmışdır. Məhkəmə tərəfindən Qax Rayon Dövlət Arxivinə sorğu edilərək alınmış xx.xx.2020ci il tarixli 09/2 nömrəli arayışla müəyyən edildi ki, Qax Rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli protokolu arxivdə saxlanılmır. Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 nömrəli qərarı ilə Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli iclas qərarını nəzərə alaraq, Güllük kənd sakini İddiaçı1 torpaq payının "Piyalqala" çölündən vətəndaşın razılığı əsasında kənd sakinlərinin geri qaytardıqları torpaq sahəsinə dəyişdirilməsi qərara alınmışdır. İddiaçı1 və ailə üzvləri Qax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onların iddiasıtəmin edilərək, X6 və ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və ailə üzvlərinin adına işlənmiş JN-161kod 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 Qax rayon Güllük kəndində "Piyalqala" çölündə faktiki istifadələrində olan 2,58 ha torpaq sahəsinə dair dövlət aktının verilməsi, qətnamənin icrasının DT və XK Qax rayon şöbəsinə tapşırılması qət edilmişdir. Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarı ilə İddiaçı1 ailəsinə Bələdiyyənin ehtiyat fondundan 2,58 ha pay torpağının dəyişdirilməsi barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsi və bu barədə DT və XK Qax rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli məktubunun nəzərə alınması, X6və İddiaçı6 imtina ərizəsi ilə geri qaytarılaraq Bələdiyyənin ehtiyat fonduna birləşdirilmiş pay torpaqları hesabına İddiaçı1 ailəsinə 2,58 ha torpaq sahəsinin verilməsi, həmin torpaq sahəsinə plan-ölçü (kadastr planı) sənədinin işlənilməsinin DT və XK Qax rayon şöbəsindən xahiş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 adına 25800 kv.m torpaq sahəsi ilə bağlı A-430224 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş, həmin sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü ildə 1982 nömrəsi ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Qax Rayon Güllük kəndində yerləşən 2,58 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X23 tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən, İddiaçı1 adına 2,58 ha torpaq sahəsi ilə bağlı xx.xx.2019-cu il tarixli A-392866 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2535/2019 nömrəii qərardadı ilə Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 həmin tələblə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı inzibati məhkəməyə müraciət edə biləcəkləri izah edilmişdir. İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X20 ərizə ilə müraciət edərək, JN- 161, JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının ləğv olunmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, JN-474, JN-475 və JN-161 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları ləğv edilmiş, iddiaçıların faktiki istifadəsində olan 2,58 ha torpaq sahəsinə görə onlara xx.xx.2013-cü il tarixli 1982 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onlar iddianı belə əsaslandırmışlar ki, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2,43 ha torpaq sahəsi İddiaçı6 və ailə üzvlərinin, 0,73 ha torpaq sahəsi isə X4 və mərhum əri X6 mülkiyyətinə verilmişdir. Həmin şəxslər, habelə kəndin bir neçə digər sakini islahat zamanı ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmamasını bildirərək yerli AİK-ə müraciət etmiş, Qax rayonu Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli qərarı ilə onların mülkiyyətinə verilmiş torpaq sahələri geri alınaraq Güllük Bələdiyyəsinə birləşdirilmiş, yerli AİK-in həmin qərarı Qax Rayon AİK-in xx.xx.2000ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Üçüncü şəxslər həmin qərarla razılaşmış, qərarı mübahisələndirməmişlər. İddiaçıların mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə üçüncü şəxslərdən alınmış torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Həmin torpaq sahəsi hazırda da iddiaçıların istifadəsindədir. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1998-ci il tarixli JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, xx.xx.1998-ci il tarixli JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən, X6 və X4 mülkiyyətinə 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan, xx.xx.1998-ci il tarixli JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən, İddiaçı6, X16, X2 və X3 mülkiyyətinə 2,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İşdə olan Qax Rayon AİK-in xx.xx.2000-ci il tarixli 6 nömrəli qərarından görünür ki, həmin qərarla Qax Rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli iclas qərarının təsdiq olunması, torpaq paylarından qismən və ya tamamilə imtina etmiş 38 nəfər, artıq torpaq payı verilmiş 9 nəfər Güllük kənd sakinlərindən torpaq payı alınaraq Güllük Bələdiyyəsinə təhvil verilməsinin yerli AİK-in sədrinə tapşırılması və s. qərara alınmışdır. - İşdə olan, Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 nömrəli qərarından görünür ki, Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli iclas qərarı nəzərə alınaraq, İddiaçı1 torpaq payının "Piyalqala" çölündən vətəndaşın razılığı əsasında kənd sakinlərinin geri qaytardıqları torpaq sahəsinə dəyişdirilməsi qərara alınmışdır. - İşdə olan, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, X6 və onun ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və onun ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli, İddiaçı1 və onun ailə üzvlərinin adına işlənmiş JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 Qax rayon Güllük kəndində "Piyalqala" çölündə faktiki istifadələrində olan 2,58 ha torpaq sahəsinə dair dövlət aktının verilməsi, qətnamənin icrasının DT və XK Qax rayon şöbəsinə tapşırılması qət edilmişdir. - İşdə olan, Qax Rayon Güllük Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 01 nömrəli qərarından görünür ki, İddiaçı1 ailəsinə Bələdiyyənin ehtiyat fondundan 2,58 ha pay torpağının dəyişdirilməsi barəsində Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsi və bu barədə DT və XK Qax rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 07 nömrəli məktubunun nəzərə alınması, X15 və İddiaçı6 imtina ərizəsi ilə geri qaytarılaraq Bələdiyyənin ehtiyat fonduna birləşdirilmiş pay torpaqları hesabına İddiaçı1 ailəsinə 2,58 ha torpaq sahəsinin verilməsi, həmin torpaq sahəsinə plan-ölçü (kadastr planı) sənədinin işlənilməsinin DT və XK Qax rayon şöbəsindən xahiş edilməsi qərara alınmışdır. - İşdə olan, A-430224 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 adına 25800 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü ildə 1982 nömrəsi ilə uçota alınmışdır. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri"ndən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Qax Rayon Güllük kəndində yerləşən 2,58 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 ümumi birgə mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X23 tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-387 nömrəli qətnaməsinə istinadən verilmiş xx.xx.2019-cu il tarixli A-392866 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd İddiaçı1 adına 2,58 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2535/2019 nömrəii qərardadından görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı3 həmin tələblə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı inzibati məhkəməyə müraciət edə biləcəkləri izah edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Qeyd olunan Qanunun 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək olmuşdur. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsinin əsasları müəyyən edilərək 11-ci maddənin 1-ci bəndi ilə müəyyən olunmuşdur ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fondunaayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X14, Naxçıvan Muxtar Respublikası X14, rayon və yerli aqrar islahat komissiyaları aparır. Qanunun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X14nın qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X8 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X8 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X14 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. İşdən görünür ki, Qax Rayon AİK-in xx.xx.1998-cı il tarixli 05 nömrəli protokol qərarına əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,73 ha torpaq sahəsi X6 və X4, 2,43 ha torpaq sahəsi isə İddiaçı6, X16, X2 və X3 birgə mülkiyyətinə verilmiş, lakin Qax rayon Güllük kənd yerli AİK-in xx.xx.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə qeyd olunan torpaq sahələri geri alınaraq Güllük Bələdiyyəsinin torpaqlarına birləşdirilmiş, yerli X14nın həmin qərarı Qax Rayon AİK-nın xx.xx.2000-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Adları sadalanan şəxslər həmin qərarla razılaşmış, yuxarıda göstərilən hüquqlarından istifadə etməməklə qeyd olunan qərarları mübahisələndirməmişlər. Yerli və rayon X14nın qeyd olunan qərarları qüvvədə olduğuna görə həmin torpaq sahələrinə dair JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları adları sadalanan şəxslərə münasibətdə artıq hər hansı hüquqi əhəmiyyətə malik deyillər. Qax Rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 2,58 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş, torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhkəmə tərəfindən sorğu edilərək cavabdehdən alınmış xx.xx.2020-ci il tarixli arayışdan və sxemlərdən müəyyən edildi ki, X6 və X4 adına olan JN-474 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi iddiaçıların adına olan xx.xx.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsi ilə 0,34 ha hissədə aşağıdakı koordinatlarda üst-üstə düşür: 0 648059,564 4592707,196 1 648065,447 4592692,414 2 648070,638 4592670,585 3 648001,921 4592597,196 4 647986,490 4592627,630 Həmin arayışdan və sxemdən görünür ki, İddiaçı6, X9, X2 və X3 adına olan JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi iddiaçıların adına olan xx.xx.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsi ilə 2,034 ha hissədə aşağıdakı koordinatlarda üst-üstə düşür: 0 648088,906 4592426,341 1 648001,921 4592597,196 2 648070,638 4592670,585 3 648073,286 4592659,482 4 648080,229 4592636,985 5 648083,415 4592626,657 6 648093,325 4592609,828 7 648107,551 4592598,782 8 648141,334 4592574,392 9 648166,761 4592553,700 10 648184,913 4592540,045 11 648189,672 4592533,081 Məhkəmə hesab edir ki, X10 və X5, eləcə də İddiaçı6 və ailə üzvlərinə verilmiş torpaq sahələri yerli X14nın qərarı ilə geri alındığına və həmin qərar rayon X14nın qərarı ilə təsdiq edildiyinə görə, cavabdeh üst-üstə düşən hissədə JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larını ləğv etməməkdə və həmin hissədə iddiaçıların mülkiyyət hüququnu dövlət qeydiyyatına almamaqda haqlı olmamışdır. Həmçinin, məhkəmə bunu da qeyd edir ki, AİK-in sonrakı qərarları artıq əvvəlki qərarla həll edilmiş məsələlərdə, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi məsələsində dəyişikliklərə səbəb olmuşdur. Müvafiq olaraq, Qax Rayon AİK-in xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına istinadla JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ları da mübahisəli torpaq sahəsi üzərində hüquq subyektliliyini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin dövlət aktlarının əsaslandığı hüquq müəyyənedici sənədin (Qax Rayon AİK-in xx.xx.1998ci il tarixli 05 nömrəli qərarının) artıq özündə dəyişiklik baş vermişdir. Məhz rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin qərarları torpaq sahəsinə dair hüquq müəyyən edən əsas inzibati aktlardır. Torpaq sahəsinə dair hüququ müəyyən edən həmin inzibati aktlara istinadla dövlət reyestrində aparılmış qeydiyyat isə daha sonra baş verən passiv legitimləşdirməyə yönəlmiş hərəkətdir və qeydiyyat yalnız sözügedən hüquq müəyyənedici inzibati aktların mövcudluğunda aparıla bilər. Eyni hüquqi mövqe başqa bir oxşar inzibati iş üzrə (№ 2-1(102)-2317/2019) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. İşdə olan X15 və X11 tərəfindən Qax rayon Güllük kənd yerli AİK-ə yazılmış ərizədən görünür ki, onlar JN-474 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 0,73 ha torpaq sahəsindən istifadə edə bilmədiklərinə və torpaq vergisini ödəyə bilmədiklərinə görə həmin torpaq sahəsinin qeyd-şərtsiz geri götürülməsini xahiş etmişlər. Eyni zamanda, İddiaçı6 və X16 tərəfindən Qax rayon Güllük kənd yerli AİKə yazılmış ərizədən görünür ki, onlar JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 2,43 ha torpaq sahəsindən istifadə edə bilmədiklərinə və torpaq vergisini ödəyə bilmədiklərinə görə həmin torpaq sahəsinin qeydşərtsiz geri götürülməsini xahiş etmişlər. İddiaçı6 məhkəməyə vəsatət verərək, həmin ərizəni yazmadığını, imzalamadığını bildirmiş və məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, yuxarıda da göstərildiyi kimi, İddiaçı6 və ailə üzvlərinin adına olan JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinə onların hüququnu aradan qaldıran hüquqi akt onların ərizəsi deyil, X14nın qərarı olmuşdur. Həmin qərar mübahisələndirilmədiyi, hal-hazıradək qüvvədə olduğu vəziyyətdə, ərizədəki imzanın İddiaçı6 məxsus olmaması müəyyən edilərsə belə, bu, məhkəməyə hazırkı icraat çərçivəsində X14nın sözügedən qərarını ləğv etmək imkanı verməyəcək. Bu səbəbdən də ekspertiza keçirilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçılar JN-474 və JN-475 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larının öz adlarına verilmiş xx.xx.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə, eləcə də öz adlarına olan JN-161 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın bütövlükdə ləğv olunmasını tələb etməkdə haqlıdırlar. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 və X4 adına olan JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın, İddiaçı6, X9, X2 və X3 adına olan JN-4xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın Qax rayon AİK-in xx.xx.2001-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş 2,58 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə, iddiaçıların adına olan JN-1xx xxx 40306018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın isə bütövlükdə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X19 üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar