Məhkəmə qərarları › İş №2-1(116)-278/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-278/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-278/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı “xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Qax X1, 1977-1978-ci illərdə Qax rayonunun “Nizami” adına kolxozunda və 1996, 1997 və 1998-ci ilin sonunadək Qax rayonunun Alatəmir birgə təsərrüfatında işlədiyi dövrlərin əmək stajının hesablanması zamanı nəzərə alınması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Qax X1, 1977-1978-ci illərdə Qax rayonunun “Nizami” adına kolxozunda və 1996, 1997 və 1998-ci ilin sonunadək Qax rayonunun Alatəmir birgə təsərrüfatında işlədiyi dövrlərin əmək stajının hesablanması zamanı nəzərə alınması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1955-ci il tarixdə Qax rayonunda anadan olmuşdur. xx.xx.1973-cü ildən hərbi xidmətə gedənədək, yəni xx.xx.1975-ci il tarixədək Qax rayon X1 işləmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək X3 Məktəbində təhsil almışdır. xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək Şəki Məişət Xidməti Kombinatında radiomexanik vəzifəsində, orada işlədiyi müddətdə xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X4 Birliyinin Alatəmir kənd kino qurğusunda kinomexanik vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək Qax rayonunun Alatəmir kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləmişdir. İddiaçı hüququ yarandığı xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 16 saylı regional ərazi filialına qarşı “xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Qax X1, 1977-1978-ci illərdə Qax rayonunun “Nizami” adına kolxozunda və 1996, 1997 və 1998-ci ilin sonunadək Qax rayonunun Alatəmir birgə təsərrüfatında işlədiyi dövrlərin əmək stajının hesablanması zamanı nəzərə alınması və pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar