Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-278/2022 31.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı “azyaşlı oğlu İsmayılov Elmir Samir oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Forma № 88-in tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə məhkəmənin binasında, açıq, məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “azyaşlı oğlu İsmayılov Elmir Samir oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Forma № 88-in tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdiaçı tələbində qeyd etmişdir ki, oğlu İsmayılov Elmir Samir oğlu 02 may 2011-ci il tarixdə Oğuz rayon Muxas kəndində anadan olmuşdur. Bir müddətdən sonra ona məlum olmuşdur ki, Elmirin anadangəlmə ürək qüsuru var. O, dərhal həkimə müraciət etmişdir. Maddi imkanları olmadığı üçün xeyriyyəçi insanların yardımı və mənəvi dəstəyi ilə 2014-cü ildə X1 əməliyyat olmuşdur. Oğlu Elmir bir müddət müavinət almışdır. Lakin 2020-ci ilin iyul ayından həmin müavinətin verilməsi dayandırmışdır. Bundan sonra iddiaçı dəfələrlə müraciət etsə də, həmin müavinətin bərpa olunmasına nail ola bilməmişdir. 2021-ci ilin may ayının 18-dən may ayının 27-dək Elmir Respublika Klinik Uşaq Xəstəxanasında stasionar müalicə almışdır. Bütün bunlara baxmayaraq cavabdeh heç bir araşdırma aparmadan, təqdim etdiyi sənədləri qəbul etmədən oğlu barəsində əsas diaqnozun AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarın meyarlarına uyğun olmaması əsası ilə Forma № 88-in tərtib edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərdi ki, iddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 20.08.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən cavabdeh orqan imtina etmişdir. - 09.03.2022-ci il tarixli 020003AAKAW nömrəli göndərişdən görünür ki, cavabdeh tərəfindən İsmayılov Elmir Samir oğlu barəsində “Fallo tetradası, ürək boşluqlarının genişlənməsi (Q21.3), durğunluq ürək çatışmazlığı Qan dövranı çatmamazlığı (İİ) ikinci dərəcə (150.0), Mitral (qapağın) çatmamazlıq (ğı) Mitral çatmamazlıq İİ dərəcə (134.0), digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. fallo tetradasının total korreksiyası (pulmonar klapan monokusp rekonstruksiyası) (Z98.8), üçtaylı qapağın qeyrirevmatik çatmamazlığı Trikuspidol çatmamazlığı ikinci, üçüncü dərəcə (136.1) diaqnozu ilə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. - Tibbi Sosial Ekspert Komissiyasının 19.03.2022-ci il tarixli müayinə cavabından görünür ki, Diagnoz: Fallo tetradası, Ürək boşluqlarının genişlənməsi, Qan dövranı çatmamazlığı (İİ) ikinci dərəcə, Mitral çatmamazlıq (İİ) ikinci dərəcə. Fallo tetradasının total korreksiya. (pulmonar klapan monokuso rekonstruksiyası) diaqnozu ilə İsmayılov Elmir Samir oğlu sağlamlıq imkanı məhdud olan uşaq müəyyən edilmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində məhkəmə hazırlıq iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən azyaşlı oğlu İsmayılov Elmir Samir oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Forma № 88-in tərtib edilməsidir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına 020003AAKAW nömrəli göndəriş göndərilmiş və sonuncu tərəfindən iddiaçının oğlu, sağlamlıq imkanı məhdud olan uşaq olaraq qiymətləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Qəbələ rayon Mərkəzi Xəstəxanasına qarşı “azyaşlı oğlu İsmayılov Elmir Samir oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün Forma № 88-in tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-278/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-278/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver