Məhkəmə qərarları › İş №2-1(116)-278/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-278/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-278/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X1 06 yanvar 2022-ci il tarixdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə islahat xəritələrində mülkiyyətlərində olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, Yuxarı Tala bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 06 yanvar 2022-ci il tarixdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə - islahat xəritələrində mülkiyyətlərində olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, Yuxarı Tala bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X1 06 yanvar 2022-ci il tarixdə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə islahat xəritələrində mülkiyyətlərində olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, Yuxarı Tala bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar