Məhkəmə qərarları › İş №2-1(116)-279/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-279/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-279/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “Cavabdeh mülkiyyətində olan 25 sentyabr 2006-cı il tarixli 13 saylı qərar əsasında X2 icarəsinə verilmiş 3 ha torpaq sahəsinin 1.038315 ha hissəsi və 42.9887 ha torpaq sahəsinin isə 2.528944 ha hissəsi avtomobil yolunun tikintisi altına düşdüyündən həmin hissələrin üzərindəki icarə hüquqlarına xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “Cavabdeh mülkiyyətində olan 25 sentyabr 2006-cı il tarixli 13 saylı qərar əsasında X2 icarəsinə verilmiş 3 ha torpaq sahəsinin 1.038315 ha hissəsi və 42.9887 ha torpaq sahəsinin isə 2.528944 ha hissəsi avtomobil yolunun tikintisi altına düşdüyündən həmin hissələrin üzərindəki icarə hüquqlarına xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin geri götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın geri götürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16, 55, 80ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilir. İddiaçı Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “Cavabdeh mülkiyyətində olan 25 sentyabr 2006-cı il tarixli 13 saylı qərar əsasında X2 icarəsinə verilmiş 3 ha torpaq sahəsinin 1.038315 ha hissəsi və 42.9887 ha torpaq sahəsinin isə 2.528944 ha hissəsi avtomobil yolunun tikintisi altına düşdüyündən həmin hissələrin üzərindəki icarə hüquqlarına xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılır və inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar