Məhkəmə qərarları › İş №2-1(116)-2797/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2797/2022

28.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2797/2022 28.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Qəbələ rayon X1 Rəyasət heyətinin 19 yanvar 1993-cü il tarixli №107 saylı çıxarışına əsasən ünvan 1 ünvanında 30 kv.m torpaq sahəsinin və 18 iyun 1999-cu il Cavabdeh başçısı Əlibala Məmmədovun № 114 saylı sərəncamına əsasən ünvan 3 ünvanında mağaza tikilişi üçün 30 kv.m torpaq sahəsinin tam yararlı vəziyyətdə geri qaytarılması və həmin torpaq sahələrinin üzərində hüquqlarının pozulub sökülənə kimi mövcud olmuş ərzaq mağazalarının geri qaytarılması və dəyən maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Qəbələ rayon X1 Rəyasət heyətinin 19 yanvar 1993-cü il tarixli №107 saylı çıxarışına əsasən ünvan 1 ünvanında 30 kv.m torpaq sahəsinin və 18 iyun 1999-cu il Cavabdeh başçısı Əlibala Məmmədovun № 114 saylı sərəncamına əsasən ünvan 3 ünvanında mağaza tikilişi üçün 30 kv.m torpaq sahəsinin tam yararlı vəziyyətdə geri qaytarılması və həmin torpaq sahələrinin üzərində hüquqlarının pozulub sökülənə kimi mövcud olmuş ərzaq mağazalarının geri qaytarılması və dəyən maddi və mənəvi ziyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizənizə əlavə edilmiş sənədlərə iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması müəyyən edilmir. Yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılması və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 5 gün vaxt təyin edilmişdir. Lakin, ötən müddət ərzində iddiaçı tərəfindən nöqsan aradan qaldırılmamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə telefon əlaqəsi saxlanılmış (mob **********) iddiaçı, bildirmişdir ki, cavabdeh orqanın onun müraciətinin təmin edilməsindən yazılı imtina cavabı mövcud deyil. Cavabdeh orqan tərəfindən ona sadəcə şifahi qaydada imtina edilmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Qəbələ rayon X1 Rəyasət heyətinin 19 yanvar 1993-cü il tarixli №107 saylı çıxarışına əsasən ünvan 1 ünvanında 30 kv.m torpaq sahəsinin və 18 iyun 1999-cu il Cavabdeh başçısı Əlibala Məmmədovun № 114 saylı sərəncamına əsasən ünvan 3 ünvanında mağaza tikilişi üçün 30 kv.m torpaq sahəsinin tam yararlı vəziyyətdə geri qaytarılması və həmin torpaq sahələrinin üzərində hüquqlarının pozulub sökülənə kimi mövcud olmuş ərzaq mağazalarının geri qaytarılması və dəyən maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 5legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar