Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-28/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X7 qızının katibliyi ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdehnə qarşı“Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamının ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərancamının ləğv edilməsi”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X11 xx.xx.2005-ci ildə "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" X1 (bundan sonra-MMC) təsis etmişdir. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Başçısının xx.xx.1997-ci il tarixli, 59 saylı sərəncamı ilə Yevlax rayonunun ərazisində, Kür çayının sahilində 25 saylı "orta yataq" adlanan qış otlaq sahəsindən 80 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Bu icarə müqaviləsinin müddəti 2012-ci ilin may ayında qurtarmışdır. Həmin torpaq sahəsinin bir hissəsi onun öz razılığı ilə başqa şəxsə icarəyə verilmişdir. Cavabdeh Başçısı Q.Ç.Səmədovun xx.xx.2014-cü il tarixli, 166 saylı sərəncamı ilə yuxarıda göstərdiyi həmin sahədən 15 il müddətinə 65 ha torpaq sahəsi üzərində icarə hüququnun və torpaq icarəsi müqaviləsinin müddətinin uzadılması qərara alınmış və onunla Cavabdeh Başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri X8 arasında xx.xx.2014-cü il tarixli, 110 saylı "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" imzalanmışdır. Müqavilənin müddəti 15 ildir və xx.xx.2029-cu ildə bitir. Bu müqavilə əsasında o, bu günə qədər sahibkarlıq fəaliyyətini maneəsiz davam etdirir. Cavabdeh Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edən Allahverdi Quliyevin imzaladığı xx.xx.2018-ci il tarixli, 663 saylı məktubla ona bildirilmişdir ki, 65 ha torpaq sahəsinin 15 il müddətinə ona icarəyə verilməsi barədə xx.xx.2014-cü il tarixli, 110 saylı icarə müqaviləsi Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamı ilə ləğv edilmişdir. Məktuba həmin sərəncamın və sərəncama əsas verən sənədlərin surətləri əlavə edilmişdir. Ona görə də o, xx.xx.2018-ci ildə həmin sənədlərin təsdiq olunmuş kserosurətlərinin ona verilməsi xahişi ilə Cavabdeh Başçısı Q.Səmədova müraciət etmişdir. Lakin bu günə qədər həmin sənədlərin təsdiq olunmuş kserosurətləri ona verilməmişdir. O, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərəncamını tamamilə qanunsuz inzibati akt hesab edir. Çünki, Cavabdeh Başçısı bu sərəncamı verərkən Azərbaycan Respublikasının "İcarə haqqında" Qanununun 13-cü maddəsinin tələblərini və onunla bağlanmış xx.xx.2014-cü il tarixli, 110 saylı icarə müqaviləsinin 2.14. maddəsinin tələblərini kobud surətdə pozaraq ona heç bir məlumat verməmiş və onu xəbərdar etmədən gizli olaraq 1 il 5 ay əvvəlki tarixə qanunsuz sərəncam vermişdir. Azərbaycan Respublikasının "İcarə haqqında" Qanununun 13.1. maddəsinə əsasən "İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər". Onunla bağlanmış xx.xx.2014-cü il tarixli, 110 saylı icarə müqaviləsinin 2.14. maddəsinə əsasən "Tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda, o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır". Cavabdeh etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh Başçısı X4 xx.xx.2014-cü il tarixli, 166 saylı Sərəncamı ilə 25 saylı “orta yataq” adlanan qış otlaq sahəsindən 65,0 hektar torpaq sahəsi 15 (on beş) il müddətinə iddiaçıya icarəyə verilmiş, onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 110 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” imzalanmışdır. Cavabdeh Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edən Allahverdi Quliyevin imzaladığı xx.xx.2018-ci il tarixli, 663 saylı məktubla mənə bildirilmişdir ki, 65,0 hektar torpaq sahəsinin 15 il müddətinə mənə icarəyə verilməsi barədə xx.xx.2014-cü il tarixli, 110 saylı icarə müqaviləsi Cavabdeh Başçısının ci il tarixli, 56 saylı Sərəncamı ilə ləğv edilmişdir. Məktuba həmin sərəncamın və sərəncama əsas verən sənədlərin surətləri əlavə edilmişdir. İddiaçı iddasında göstərir ki, “Mən Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı Sərəncamını tamamilə qanunsuz inzibati akt lıesab edirəm. Çünki, Cavabdeh Başçısı bu Sərəncamı verərkən Azərbaycan Respublikasının “İcarə haqqında” Qanunun 13-cü maddəsinin tələblərini və mənimlə bağlanmış xx.xx.2014-cü il tarixli, 110 saylı icarə müqaviləsinin 2.14-cü maddəsinin tələblərini pozaraq mənə heç bir məlumat verməmiş və məni xəbərdar etmədən gizli olaraq 1 il 5 ay əvvəlki tarixə qanunsuz Sərəncam vermişdir”. İddiaçı Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı Sərəncamının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 712-ci maddəsinə əsasən; - İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin”. İddiaçı yaxşı bilir ki, o, icarəyə götürdüyü torpaqdan 2015-2017-ci illərdə özü istifadə etməmişdir. Onun razılığı ilə həmin torpaq sahəsindən Qaraməmmədli kənd sakini X3 istifadə etmişdir. O, həmin torpaq sahəsində özünə məxsus 85 (səksən beş) baş davar saxlamışdır. Bu barədə Şəhər İcra Hakimiyyətinin mütəxəssisləri tərəfindən X6 və X2 iştirakı ilə xx xxxxxx 2017-ci il tarixli akt tərtib olunmuş, ancaq X11 və X3 aktı imzalamaqdan imtina etmişdir. Yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icarəçi Musa Nəsibov bir neçə dəfə Şəhər İcra Hakimiyyətinə dəvət olunmuş, onunla söhbət aparılmış, qanunun müddəalərı ona izah edilmişdir. Ancaq o, bundan bir nəticə çıxarmamışdır. Cavabdeh tərəfindən onun yaşadığı ünvana poçt vasitəsilə xx xxxxxx 2017-ci il tarixli, 68 nömrəli bildiriş məktubu göndərilmişdir. Ancaq icarəçinin özü və ailə üzvüləri məktubu götürməkdən imtina etmişdir. Cavabdeh ilə X11 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 110 №-li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin (Torpaq icarəsi müqaviləsi) 1.3 bəndində göstərilir ki, “Torpaq sahəsi heyvandarlıq məqsədi ilə verilir. Göstərilmiş məqsəd üçün torpaq sahəsinin istifadə olunması qətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən; - “Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunla müəyyən edilmiş qaydada yenidən baxılır. Cavabdeh Başçısının Qoyunbinəsi kənd X10 üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 49 №-li və Yevlax şəhər 1 saylı sahə X10 üzrə nümayəndəliyinin xx xxxxxx 2017-ci il tarixli, 03 nömrəli arayışlarından məlum olur ki, iddiaçı X6 adına hər iki nümayəndəlikdə iri buynuzlu və xırda buynuzlu heyvan (mal-qara) qeydə alınmamışdır və yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş tikinti, qurğu və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Cavabdeh ilə X11 arasında bağlanmış Torpaq icarəsi müqaviləsi’nin 2.12-ci bəndinin 3-cü abzasında göstərilir ki, iarəçi, icarəyə verənin razılığı ilə icarəyə götürülmüş torpaq sahəsində torpaqdan təyinatı üzrə istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdıra bilər. İddiaçı (icarəçi) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və müqavilənin bu tələblərinə əməl etməmiş “icarəyəverən”in razılığı olmadan, torpaq sahəsində qanunsuz, özbaşına çoban evləri, tövlələr və kaşarlar tikmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində göstərilir ki, Dövlət mülkiyyətində olan torpaqların istifadəyə, icarəyə verilməsi ilə bağlı yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, X6 65,0 hektar torpaq sahəsi üzərində icarə hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmamışdır və həmin torpaq sahəsi reyestrdən çıxarışla rəsmiləşdirilməmişdir. Buna görədə məhkəmədə onun iddiasına baxılması mümkün sayılmamalıdır. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində Qanuni inzibati aktın ləğv olunması qanunvericilikdə təsbit olunmuşdur. Həmin Qanunun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Yuxarıda qeyd olunan hüquqi və faktiki hallara görə iddiaçının hərəkətləri dövlət maraqlarına ziyan vuran hal kimi qiymətləndirilir. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki və Torpaq qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuşdur. O, iri və xırda buynuzlu heyvanı olmadığı halda 65,0 hektar qış otlaq sahəsini icarəyə götürərək özü istifadə etməmiş, asan yolla qazanc əldə etmək üçün pul alaraq həmin torpaq sahəsini başqa şəxsin istifadəsinə vermiş, “İcarəyəverən”in yəni Cavabdeh razılığı olmadan həmin torpaq sahəsində qanunsuz olaraq çoban evi, tövlələr və kaşarlar tikmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 166 №-li Sərəncamına və Cavabdeh ilə X11 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 110 №-li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən baxılmış, X16 cğlunun mülkiyyətində iri və xırda buynuzlu malqaranın və davarların olmamasını, “İcarəyəverən”in razılığı olmadan icarəyə verilmiş torpaq sahəsində qanunsuz çoban evi, tövlə və kaşarlar tikdiyini, torpaq sahəsindən düzgün və səmərəli istifadə etməyərək otlaq sahəsinin bitki örtüyünü və humus qatını məhv edərək çox hissəsini yararsız vəziyyətə saldığını, iddiçının icarəyə götürdüyü torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı və reyestrdən çıxarışla rəsmiləşdirilmədiyi əsas götürülərək "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin bu kimi hərəkətlərini dövlət maraqlarına ziyan vuran hal kimi qiymətləndirilmiş, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 712-ci, Torpaq Məcəlləsinin 16-cı, 67-ci maddələrinə və 73-cü maddənin 1-ci bəndinin 6-cı və 9-cu abzaslarına əsasən Cavabdeh Başçısının xx xxx 2017-ci il tarixli, 56 №-li Sərəncamı ilə, Cavabdeh Başçısının xx.xx.2014-cü il tarixli, 166 nömrəli Sərəncamı ilə Yevlax şəhər sakini X6 icarəsinə verilmiş Kür çayının sahilində yerləşən 65 hektar qış otlaq sahəsi üzərində icarə hüququna xitam verilmiş, Cavabdeh ilə onun arasında bağlanılmış 110 №-li torpaq icarəsi müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Bu barədə iddiaçıya şəxsən məlumat verilmiş, Sərəncamın və digər sənədlərin surəti ona təqdim olunmuşdur. İkinci dəfə Sərəncamın və həmin Sərəncamın qəbul edilməsinə səbəb olmuş sənədlərin surəti yaşadığı ünvana poçt vasitəsilə göndərilmişdir. Bunu iddiaçı iddia ərizəsində də yazılı şəkildə təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi Cavabdeh Başçısının xx xxx 2017-ci il tarixli, 56 №-li Sərəncamı tamamilə qanunidir. Buna görə də iddiaçı X6 iddia tələbinin heç bir əsası yoxdur. Cavabdehnə qarşı iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən irəli sürülmüş iddia tələbi mümkün sayılmamalı və rədd edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 nömrəli Sərəncamının ləğv edilməsi barədə” iddia ərizəsinin rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflər və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında olan məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(84)-469/2019 nömrəli Qərardadında qeyd edilir ki, iş üzrə qanuni və obyektiv qərar qəbul edilməsi üçün iş materiallarında olan xx.xx.2014-cü il tarixli 110 nömrəli müqavilənin “icarəçi” qrafasının, Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 56 nömrəli sərəncamının göndərildiyi təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin siyahısının kim tərəfindən imzalanması müəyyən edilməlidir. Həmin Qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Məhkəmə-xətşünaslıq ekspertizasının rəyində qedy edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 23-27-ci vərəqələrində olan x xxxxxx 2014-cü il tarixli 110 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında “Müqavilə”nin 5-ci vərəqəsində “Tərəflərin imzası” hissəsində “İcarəçi” qrafasında olan imza; mülki işin 135-ci vərəqəsində olan xx xxx 2017-ci il tarixli 56 saylı “Azərbaycan Respublikası Cavabdeh başçısının sərəncamının göndərdiyi təşkilatların, müəssisələrin və ayrı-ayrı şəxslərin siyahısı”nın 5-ci sətrində “Reyestrin” qrafasında olan imza - eyni şəxs X11 tərəfindən icra olunmuşdur. Mübahisələndirilən inzibati akt xx.xx.2018-ci il tarixli, 663 saylı məktubla iddiaçıya göndərilmişdir. İddiaçı isə cavabdeh orqana xx.xx.2018-ci il tarixli müraciət məktubunda mübahisələndirilən inzibati akt və ona əlavə edilmiş sənədlərin kserosurətlərini aldığını və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Həmçinin yuxarıda qeyd olunan ekspert rəyindən də müəyyən edilir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli 56 nömrəli inzibati akt xx xxx 2017-ci il tarixində iddiaçı MMC-nin təsisçisi və direktoru X11 tərəfindən şəxsən imzalanmaqla alınmışdır. Göründüyü kimi iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, şəxsən qəbul etmiş, lakin qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində inzibati aktı mübahisələndirməmiş və sərəncamı aldığı gündən 1 il 7 ay 14 gün müddət keçəndən sonra xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə iddia ərizəsini məhkəməyə göndərməklə həmin aktı mübahisələndirmə imkanını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 56 saylı sərancamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Ekspertiza xərcləri iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 124 (yüz iyirmi dörd) manat iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-28/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-28/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver