Məhkəmə qərarları › İş №2-1(116)-28/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-28/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-28/2021 21.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 iyul 2018-ci il tarixli **********264500 saylı, 09 avqust 2019-cu il tarixli **********646400 saylı və 20 avqust 2019-cu il tarixli **********189600 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı” MMC-nin direktoru X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 iyul 2018-ci il tarixli **********264500 saylı, 09 avqust 2019-cu il tarixli **********646400 saylı və 20 avqust 2019-cu il tarixli **********189600 saylı qərarlarının ləğv edilməsi" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 17.09.2019-cu il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti X2 Dövlət Qeydiyyatı İdarəsində 10.05.2018-ci il tarixdə qeydə alınmaqla fəaliyyət göstərir (Vöen: **********). Cəmiyyətin fəaliyyəti əsasən xaricdən gətirilən mal-materialların yerli bazarda satışından ibarətdir. Vergilər Nazirliyi yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müəsssisəyə 30.06.2018-ci il tarixli **********264500 saylı, 09.08.2019-cu il tarixli **********646400 saylı və 20.08.2019-cu il tarixli **********189600 saylı qərarlarına əsasən müəsssisədə komeral vergi yoxlaması keçirilib. Cəmiyyət ƏDV vergi ödəyicisidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəsssisənin mənfəət vergisi üzrə 43419.53 manat, ƏDV üzrə 35945.67 manat, 2019-cu il üzrə 21709.76 manat cari mənfəət vergisi hesablanmışdır. İddiaçı yuxarıda göstərilən qərarları qanunsuz və əsassız hesab etdiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 26.10.2019-cu il tarixli, **********161700 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “İddiaçı" MMC (VÖEN: **********) 10.05.2018ci il tarixdə vergi ödəyicisi kimi, eyni zamanda həmin tarixdən ƏDV qeydiyyatı qüvvəyə minməklə ƏDV qeydiyyatına alınmışdır. Cəmiyyətin 01.05.2019-cu il tarixdən 31.05.2019-cu il tarixədək vergi ödəyicisinin ƏDV depozit hesabına 36300,94 manat dəyərində ƏDV-nin daxil olmasına baxmayaraq 2018-ci ilin may ayının təqdim edilmiş ƏDV bəyannaməsində dövriyyə göstərilmədiyinə görə 201671,89 manat (ƏDV-siz) dövriyyə bərpa edilməklə 36300,94 manat əlavə vergi məbləği hesablanmışdır. Gömrük idxal məlumatlarına əsasən “İddiaçı" MMC-nin 01.05.2018-ci il tarixdən 30.06.2018-ci il tarixədək cəmi idxal əməliyyatının məbləği 855370,68 (ƏDV-siz) manat olduğu müəyyən edilmişdir. Cəmiyyətin təqdim edilmiş bəyannamə məlumatlarına əsasən 2018-ci ilin may ayında təqdim edilmiş mallar üzrə dövriyyənin 201671,89 manat (ƏDV-siz), ƏDV-si 36300,94 manat, nəticədə kənarlaşmanın olmadığı, 2018-ci ilin iyun ayının 17.10.2018-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində təqdim edilmiş mallar üzrə dövriyyənin 799924,84 manat (ƏDV-siz), ƏDV-si 143985,93 manat, azad olunan mallar üzrə dövriyyənin 86519,12 manat, cəmi dövriyyənin 7886440,86 manat, həmin dövr üzrə aparılmış idxal əməliyyatlarına görə əvəzləşdirilən ƏDV-nin 138448,01 manat olmaqla, büdcədən ödəniləcək ƏDV 5537,92 manat olmuşdur. Cəmiyyətin vergi orqanına təqdim etdiyi 17.11.2018-ci il tarixli 2018-ci ilin iyul ayının dəqiqləşdirilmiş ƏDV bəyannaməsində azalma səbəbi göstərilmədən ƏDV-yə cəlb edilən dövriyyə 158368,67 manat, hesblanmış ƏDV məbləği 28506,36 manat azaldılmışdır. Qeyd olunan dövrün ƏDV bəyannaməsində 27.11.2018-ci il tarixdə aparılmış kameral yoxlama nəticəsində təqdim edilmiş mallar üzrə dövriyyənin 799924,84 manat (ƏDV-siz), ƏDV-si 143985,93 manat, azad olunan mallar üzrə dövriyyənin 92109,59 manat, cəmi dövriyyənin 892031,43 manat, həmin dövr üzrə aparılmış idxal əməliyyatlarına görə əvəzləşdirilən ƏDV-nin 138448,01 manat olmaqla, büdcədən ödəniləcək ƏDV 5537,92 manat olmaqla bərpa edilmişdir. Həmçinin bildirilir ki, vergi ödəyicisinin mübahisələndirdiyi 2018-ci ilin may ayı üçün ƏDV bəyannaməsinin kameral vergi yoxlaması qərarında hesablanmış 35958.07 manat vergi məbləği onun özü tərəfindən 20.09.2019-cu il tarixdə verdiyi dəqiqləşmiş ƏDV bəyannaməsi ilə təsdiqlənmiş və həmin hesablama vergi orqanı tərəfindən qəbul edilmişdir. Odur ki, həmin dövr üzrə mübahisə predmeti artıq mövcud deyil. 2018-ci ilin iyun ayı üçün isə - mübahisələndirilən 30 iyul 2018-ci il tarixli **********264500 nömrəli kameral vergi yoxlaması qərarının qəbul edilməsindən sonra həmin hesabat dövrü üçün vergi ödəyicisi tərəfindən sonuncu dəqiqləşmiş ƏDV bəyannaməsi 20.09.2019-cu il tarixdə təqdim edilmiş və bəyannamənin kameral yoxlanması nəticəsi barədə 04.10.2019-cu il tarixli **********995500 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsində uçot metodu hesablama metodu olmaqla malların işlərin, xidmətlərin təqdim edilməsindən gəlirin 1430144.68 manat, 2018-ci ilin təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən gəlirin 1632649.24 manat olduğu, nəticədə gəlirin 202504,56 manat az göstərildiyi, mövcud baza məlumatlarına əsasən təsdiq edilməyən gəlirdən çıxılan xərclərin 14598,03 manat olduğu müəyyən edilməklə 43419.53 manat əlavə vergi məbləği hesablanmışdır. 2018-ci ilin mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən sonuncu dəqiqləşmiş bəyannamə 20.09.2019-cu il tarixdə təqdim edilmiş və həmin bəyannamənin kameral yoxlanmasının nəticələri barədə 04.10.2019-cu il tarixli **********994800 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən mübahisələndirilən qərarlar üzrə hesablamalar aparılmış vergi dövrü və növləri üzrə yeni qərarlar mövcuddur. Məhkəmənin 10.02.2020-ci il tarixli, 2-1(116)-138/2020 nömrəli qərardadı ilə iddiaçı məhkəmənin icraatında 30 (otuz) gündən artıq yayındığı üçün iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2020-ci il tarixli, 2-1(107)- 141/2020 nömrəli qərardadı ilə təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2-1(116)-138/2020 nömrəli qərardadı ləğv edilmişdir. Cavabdeh orqan tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2020-ci il tarixli, 2-1(102)-1558/20 nömrəli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. X7 Məhkəməsinə 19.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixli sərəncamla işin icraatı yenidən başlanmışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 16.12.2020-ci il tarxli, **********599800 nömrəli vəsatətində qeyd etmişdir ki, mübahisələndirilən 30 iyul 2018-ci il tarixli **********264500 nömrəli, 09 avqust 2019-cu il tarixli **********646400 nömrəli və 20 avqust 2019-cu il tarixli **********189600 nömrəli qərarlar hal-hazırda öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bu hüququndan istifadən edən iddiaçı "İddiaçı" MMC 18.08.2020-ci il tarixdə 2018ci ilin may və iyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, 19.08.2020-ci il tarixdə isə 2018-ci il üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Vergi orqanı vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamələri kameral qaydada yoxlayaraq həmin dövrlər üzrə 31.08.2020ci il tarixli **********866100 nömrəli, 04.09.2020-ci il tarixli **********840800 nömrəli və **********913500 nömrəli yeni qərarlar qəbul etmişdir. Qeyd edilənlərdəndən göründüyü kimi iddiaçı tərəfindən öz hüquqi qüvvəsini itirmiş və ləğv edilmiş qərarın yenidən məhkəmə qaydasında ləğv olunmasını xahiş etməsi mümkünsüzdür. Həmçinin nəzərə almaq lazımdır ki, vergi orqanın 31.08.2020-ci il və 04.09.2020-ci il tarixlərdə qəbul etdiyi yeni qərarların "İddiaçı" MMC tərəfindən məhkəmə qaydasında ləğv olunması üçün iddia qaldırması istisna olunmadığından hazırkı iddia ilə məhkəmə mübahisəsinin davam etdirilməsi əsasızdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 24.05.2021-ci il tarixli, **********493100 nömrəli etirazında qeyd etmişdir ki, mübahisələndirilən 30 iyul 2018-ci il tarixli **********264500 nömrəli, 09 avqust 2019-cu il tarixli **********646400 nömrəli və 20 avqust 2019-cu il tarixli **********189600 nömrəli qərarlar hal-hazırda öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bu hüququndan istifadən edən iddiaçı "İddiaçı" MMC 18.08.2020-ci il tarixdə 2018ci ilin may və iyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, 19.08.2020-ci il tarixdə isə 2018-ci il üzrə dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Vergi orqanı vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamələri kameral qaydada yoxlayaraq həmin dövrlər üzrə 31.08.2020ci il tarixli **********866100 nömrəli, 04.09.2020-ci il tarixli **********840800 nömrəli və **********913500 nömrəli yeni qərarlar qəbul etmişdir. Göründüyü kimi iddiaçının iddiasının predmetini 2018-ci ilin may və iyun ayları üzrə əlavə dəyər vergisi üzrə və 2018-ci ilin mənfəət vergisi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə aparılmış hesablamalar təşkil edir. 2018-ci ilin may və iyun ayları üçün ƏDV hesabatları üzrə sonuncu dəqiqləşmiş vergi bəyannamələri müvafiq olaraq 18.08.2020-ci il və 19.08.2020-ci il tarixlərdə vergi orqanına təqdim edilmişdir. 2018-ci ilin may ayı üçün ƏDV bəyannaməsində vergi ödəyicisi tərəfindən ƏDV tutulan dövriyyəsinin olmadığı, ƏDV əvəzləşdirilən dövriyyənin 1973.72 manat (büdcədən qaytarılan ƏDV 1973.72*18%=355.27 manat), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləği 12.40 manat olmaqla yekun olaraq büdcədən qaytarılmalı olan məbləğin 355.27-12.40=342.87 manat olduğu bəyan edilmişdir. Bəyannamə yoxlanılan zaman bəyannamədə göstərlənlərlə vergi ödəyicisinin 2018-ci il üçün Yük gömrük bəyannamələri və 2018-ci ilin may ayı ərzində elektron qaimə ilə təqdim etdiyi malların dəyəri arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, 2018-ci ilin may ayı ərzində vergi ödəyicisi tərəfindən ƏDV nəzərə alınmadan 201672.10 manat məbləğində elektron qaimə təqdim edildiyindən əslində 2018-ci ilin may ayı üçün 201672.10 manat (ƏDV-siz) ƏDV tutulan dövriyyənin göstərilməli olduğu və idxalda ödənilmiş 355.27 manat ƏDV məbləği əvəzləşdirilməklə büdcəyə ödənilməli ƏDV məbləğinin 201672.10*18%-355.27=35945.71 manat olduğu müəyyən edilərək kameral vergi yoxlaması ilə bərpa edilmişdir. 2018-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsində vergi ödəyicisi tərəfindən ƏDV tutulan dövriyyəsinin olmadığı, ƏDV əvəzləşdirilən dövriyyənin 769155.62 manat (büdcədən qaytarılan ƏDV 769155.62*18%=138448.01 manat), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləği 12.40 manat olmaqla yekun olaraq büdcədən qaytarılmalı olan məbləğin 138448.01-12.40=138435.61 manat olduğu bəyan edilmişdir. İddaçının bəyannaməsində göstərilənlərin əsaslı olması üçün iyun ayında idxal olunmuş malların təqdim edilməməsi, mal qalığı şəklində qalması tələb olunduğu halda həmin malların vergi ödəyicisi tərəfindən təqdim olunduğu müəyyən edilmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən 19.08.2020-ci il tarixdə təqdim edilmiş 2018-ci ilin mənfəət vergisi bəyannaməsi kameral qaydada yoxlanan zaman mövcud baza məlumatlarına əsasən sənədlə təsdiqlənən gəlirdən çıxılan xərclərin (daxil olmuş malların dəyəri) 1329041,67 manat müəyyən edilmişdir. Dövr ərzində daxil olmuş bütün mallar silinərək hesabat dövrünün sonuna mal qalığı 0.00 manat göstərilmişdir. Lakin, elektron qaimə-faktura məlumatlarına əsasən vergi ödəyicisinin təqdim etdiyi malların ümumi dəyəri (ƏDV-siz) 742598.08 manat təşkil etmişdir. Odur ki, vergi ödəyicisinin xərcləri məlum olduğundan, gəlirlərini isə müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 37, 67 və 83.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən 2018-ci il üçün mənfəətinin manat deyil, M=1329041.67/100*20=265808.33 manat, mənfəət vergisinin isə 265808.33*20%=53161.66 manat olduğu müəyyən edilmişdir. Odur ki, 2018-ci il üzrə vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 51510.66-1651=51510.66 manat əlavə mənfəət vergisi hesablanmışdır. X5 Bəyannamələrinə əsasən vergi ödəyicisi tərəfindən mallar idxal olunan zaman ödənilmiş ƏDV məbləği ilə (219629.26 manat) vergi ödəyicisinə vergi orqanı tərəfindən hesablanmış büdcəyə ödənilməli ƏDV məbləği (219629.52 manat) eyni olduğundan və vergi ödəyicisinin özünün təqdim etdiyi 2018-ci ilin mənfəət vergisi bəyannamələrinə əsasən idxal etdiyi malların hamısı təqdim olunduğundan və mal qalığı 0 olduğundan, həmçinin iddiaçı tərəfindən təqdim olunan ƏDV bəyannamələrində idxalda ödənilmiş ƏDV-nin büdcədən istənilməsi yanlış olmaqla iddiaçının iddiası tamamilə əsasızdır. 2018-ci ilin may-sentyabr ayları üzrə idxalda ödənilmiş ƏDV məbləğləri ilə bəyannamə məlumatlarına əsasən büdcəyə hesablanmış ƏDV məbləğinin müqayisəli cədvəli: Aylar Yük-gömrük bəyannaməsinə Bəyannamə məlumatlarına əsasən Fərq əsasən idxalda ödənilmiş ƏDV büdcəyə hesablanmış ƏDV (manatla) (manatla) May 355,27 36300,81 35945,54 İyun 138448,02 99954,51 -38493,51 İyul 54010,19 56170,59 2160,40 Avqust 9695,52 10083,34 387,82 Sentyabr 17120,26 17120,27 0,01 Cəmi: 219629,26 219629,52 0,26 Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 153-cü maddəsinə görə əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV- nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Göründüyü kimi, istər 2018-ci ilin may və iyun aylarının ƏDV bəyannamələrinin, istərsə də 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin kameral yoxlanılması nəticəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarların əsassız olması barədə iddiaçının iddiası tamamilə əsassız, işin faktiki hallarına və qanunvericiliyə ziddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin verdiyi vəsatətdən və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iddia üzrə mübahisələndirilən 30 iyul 2018-ci il tarixli **********264500 nömrəli, 09 avqust 2019-cu il tarixli **********646400 nömrəli və 20 avqust 2019-cu il tarixli **********189600 nömrəli qərarlar hal-hazırda öz hüquqi qüvvəsini itirmişdir. Vergi orqanı vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamələri kameral qaydada yoxlayaraq həmin dövrlər üzrə 31.08.2020-ci il tarixli **********866100 nömrəli, 04.09.2020-ci il tarixli **********840800 nömrəli və **********913500 nömrəli yeni qərarlar qəbul etmişdir. İddiaçıya bununla bağlı 09.03.2021-ci il tarixli yardım məktubu, cavabdeh 11 saylı Ərazi Vergilər İdarəsinin 16.12.2020-ci il tarixdə məhkəməyə göndərdiyi iddia tələbinə dair vəsatəti və ona əlavə olunmuş sənədləri münasibət bildirilməsi üçün göndərilmiş, nəzərinə çatdırılmışdır ki, ləğvini tələb etdiyi qərarlar cavabdeh tərəfindən ləğv edilmiş və yeni qərarlar qəbul olunmuşdur. Hüquqi marağı nəzərə alınmaqla cavabdehin sonuncu qərarlarını mübahisələndirmək ona təklif olunmuş, iddia tələbini dəqiqləşdirməyi və müvafiq tələblə məhkəməyə ərizə göndərməyi üçün 20 gün vaxt təyin edilmişdir. Yardım məktubu 18.03.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin vəsatətə münasibət bildirilməmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə göndərilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-ci bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, şərh olunan halların hər biri iddianın mümkünlüyünə dair tələblərə aid olmaqla onların birinin mövcudluğu iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmənin bununla bağlı iddiaçıya müraciəti nəticəsiz qaldığından məhkəmə hesab edir ki, ləğvi tələb olunan qərarlar cavabdeh tərəfindən ləğv edildiyi üçün iddia mümkün sayılmamalı, iddiaçıya şərh olunan halları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 iyul 2018-ci il tarixli **********264500 saylı, 09 avqust 2019-cu il tarixli **********646400 saylı və 20 avqust 2019-cu il tarixli **********189600 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar