Məhkəmə qərarları › İş №2-1(116)-2807/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2807/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2807/2024 14.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavvabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, X3 ilə 2001-ci ildə nişanlanmış, bundan sonra Cavabdehnə nikaha daxil olmaq üçün ərizə versə də, xasiyyətləri uyğun olmadığına görə nişan pozulmuş, nikahın dövlət qeydiyyatına alınması günü Cavabdehnə getməmişdir. Lakin, hazırda ona nikahın bağlanması məlum olmuşdur. İddiaçı, xx.xx.2006cı ildə başqa şəxslə ailə qurmuşdur. Hesab edir ki, nikahı var idisə yeni nikah bağalana bilməzdi. O, nikaha daxil olmaq üçün Cavabdehnə ərizə versə də, sonradan ailə qurmaq niyyəti olmamışdır. Bu nikahın dövlət qeydiyyatına alınması zamanı iştirak etməmişdir. Həmin nikahın necə bağlandığını bilmir və hesab edir ki, sözügedən nikah akt qeydi ləğv edilməlidir. Cavabdeh orqan imtina cavabında qeyd etmişdir ki, Cavabdehndə xx.xx.2001-ci il tarixdə xx.xx.1972-ci il təvəllüdlü X3 ilə nikaha daxil olması barədə 205 nömrəli nikah haqqında ilkin akt qeydi tərtib olunmuş, lakin, şöbənin arxivində həmin nikahın pozulması və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Odur ki, nikah haqqında ilkin akt qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etdiyini və ilkin akt qeydinin tərtibində cavabdeh orqanın səhvə yol verdiyini bildirərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçının tələbi ilə razılaşdığı və iddia tələbini qəbul etdiyi halda ilkin imtina cavabının nə məqsədlə verilməsi aydın deyil. Bir halda ki, cavabdehin nümayəndəsi ilkin nikah haqqında akt qeydinin səhv olması qənaətindədir, bunu “İnzibati icraat haqqında” Qanunun və sahəvi qanunvericiliyin tələblərinə uyğun yeni icraat başlatmaqla məhkəmədən kənar qaydada həll etmək iqtidarında olmuşdur (ehtimal olunur ki, cavabdehin nümayəndəsinin şəxsi mövqeyi inzibati orqanın mövqeyi ilə uzlaşmır). Hazırkı işin halları ilə müəyyən edilir ki, iddiaçı, ilə xx.xx.1972-ci il təvəllüdlü X3 arasında nikahın bağlanmasına dair Cavabdehndə xx.xx.2001-ci il tarixdə 205 nömrəli nikah haqqında ilkin akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydinin ləğv edilməsi və nikahın pozulması baş verməmişdir. Daha sonra xx.xx.2006-cı il tarixdə iddiaçı ilə X4 arasında Cavabdehndə 40 saylı nikah akt qeydi bağlanmışdır. Həmin nikah sonradan pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 156 №-ilə qeyd aparılmışdır. Hazırda iddiaçının tələbi ilkin nikah haqqında akt qeydinin ləğv edilməsinə yönəlmişdir. Belə ki, iddiaçı, nikaha daxil olmaq üçün Cavabdehnə ərizə versə də, sonradan ailə qurmaq niyyəti olmamasını, nikahın dövlət qeydiyyatına alınması günü Cavabdehnə getməməsini, nikahın dövlət qeydiyyatına alınması zamanı iştirak etməməsini və xx.xx.2006-cı ildə başqa şəxslə ailə qurmasını bildirərək, xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah akt qeydinin ləğv edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 10. Nikahın yaşı 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Maddə 11. Nikahın bağlanma şərtləri 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;https://e-qanun.az/framework/46946 (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir.) 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;https://e-qanun.az/framework/46946 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;https://e-qanun.az/framework/46946 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi ... 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.https://eqanun.az/framework/46946 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın etibarsız sayılması ilə bağlı xüsusi qaydalar və şərtlər müəyyən edilmişdir. Odur ki, nikah bağlanması üçün ərizə vermiş şəxsin sonradan ailə qurmaq niyyətinin olub-olmaması və bağlanmış nikahın saxta olub-olmaması məsələsi mülki məhkəmə icraatı qaydasında qiymətləndirilməlidir. Belə ki, iddiaçı, nikaha daxil olmaq üçün ərizə vermiş olsa da, nikah dövlət qeydiyyatına alınarkən iştirak etmədiyini və ailə qurmaq niyyətinin olmadığını bəyan edir. Bu şərtlərin pozulması nikahın etibarsız sayılması üçün əsas yaradır və bu səbəblərdən mübahisə mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. İnzibati məhkəmə icraatı qaydasında nikahın bağlanması zamanı tərəflərin ailə qurmaq niyyətinin olub-olmamasına hüquqi qiymət verilməsi və xüsusi hüququn tənzimetmə predmetinə aid olan məsələlər üzrə araşdırmanın aparılması mümkün deyildir. Yəni, yaranmış mübahisənin nikahın bağlanma şəraiti, tərəflərin niyyəti və digər hüquqi tələblər nəzərə alınmadan - bəsit şəkildə - yalnız cavabdeh orqanın yol verdiyi icraat pozuntuları kontekstində qiymətləndirilməsi yolverilməzdir. Tədqiq edilməsi mühüm olan hal - nikahın bağlanma şəraiti və tərəflərin əsl niyyətlərinin müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, texniki səhv yalnız nikah aktının düzgün tərtib edilməməsi ilə bağlıdır və bəzən bu səhvlər sadəcə qeyri-dəqiqliklər və ya prosedurlarda yaranan kiçik uyğunsuzluqlar nəticəsində baş verir. Lakin, nikahın etibarsız sayılması halları əsasən tərəflərin niyyəti, xəbərsizliyi, hüquqi prosedurların düzgün yerinə yetirilməməsi və saxta niyyətlərlə nikaha daxil olma kimi daha ciddi məsələlərlə bağlıdır. Məhkəmə nikahın etibarsız sayılması və nikahın pozulması hallarının xüsusilə hüquqi və sosial təsir baxımından ciddi nəticələr doğurmasını nəzərə alaraq qeyd edir ki, nikah, yalnız şəxsi münasibətlər çərçivəsində deyil, həm də cəmiyyət və dövlətin tənzimlənməsi baxımından mühüm bir sosial institutdur. Ailə Məcəlləsində nikahın etibarsızlığı ilə bağlı xüsusi tənzimləmənin mövcudluğu nikahın bağlanması zamanı tərəflərin niyyəti, şəraiti və qaydaların düzgünlüyü baxımından mübahisələri araşdırmaq və həll etmək məqsədini daşıyır. Bu qayda, dövlətin nikahın sosial əhəmiyyətini nəzərə alaraq, tərəflərin hüquqlarını tam şəkildə qorumaq və tənzimləmək məqsədindən irəli gəlir. Mövcud tənzimləmə nikahın saxta olması, tərəflərin xəbərsiz olması və ya niyyətlərinin olmaması kimi hallarda nikahın etibarsız sayılmasına dair mülki məhkəmə icraatı qaydasında araşdırmanın aparılmasını tələb edir. Əgər nikahın bağlanması zamanı hüquqi tələblərə əməl edilməyibsə və ya tərəflərdən biri və ya hər ikisi xəbərsiz və ya niyyətsiz idisə, bu, yalnız mülki məhkəmə tərəfindən qiymətləndirilməli olan məsələdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, irəli sürülmüş tələb xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz (mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi rayon məhkəməsində baxılmalıdır). Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 9.2. bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan oqranlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2001-ci il tarixli 205 nömrəli nikah haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar