Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-281/2020 19.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 120 nömrəli qərarı ilə X3, İddiaçı və X4 mülkiyyətinə 0,21 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-1258A kod 40719028 nömrəli şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamədə anası X3 adı səhvən X2 yazılmışdır. Anası xx.xx.2007-ci ildə vəfat etmiş və o, xx.xx.2013-cü ildə ona 0,21 ha torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. O, cavabdehə müraciət edərək həyətyanı torpaq sahəsinin qeydiyyata alınaraq onun adına çıxarış verilməsini xahiş etmiş, lakin cavabdehimtina edərək bildirmişdir ki, torpaq sahəsi sənəd üzrə 0,21 ha olsa da, faktiki 0,1460 ha təşkil edir. Cavabda həmçinin, bu da qeyd edilmişdir ki, mərhum anasına məxsus həyətyanı torpaq sahəsinin bir hissəsi satılmışdır. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdən göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"yə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində onun və Babayev (Məmmədov) Allahverdi Rasim oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2015-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(84)-516/2015 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2013-cü il tarixli 2v-1/438 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1258A nömrəli şəhadətnaməyə uyğun olaraq 0,21 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və Babayev (Məmmədov) Allahverdi Rasim oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1(107)-15/2016 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının 0,21 ha hissəsi dəyişdirilərək 0,13 ha kimi müəyyən edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1214/2016 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, iddiaçı hazırda qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı əvvələr də məhkəmədə iddia qaldırmış və mübahisə məhkəmə tərəfindən artıq həll edilmişdir. İddiaçının həmin həlldən narazı qalması hazırda eyni məsələ ilə bağlı ona yenidən iddia vermək hüququ yaratmır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-1258A nömrəli şəhadətnamə üzrə 0,21 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alaraq çıxarışın verilməsi, şəhadətnamədə soyadlarda düzəlişlərin aparılması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-281/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-281/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver