Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2813/2024 02.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********185006 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024-cü il tarixli, **********185006 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Şamxal-86” MMC Azərbayean Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməklə quru beton qatışığının istehsalı ilə məşğul olmuş və xx.xx.2006-ci il tarixdə ********** saylı VÖEN verilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********176714 saylı Qərarına əsasən İddiaçı MMC-də mənfəət vergisi üzrə 2020-ci il - 2022-ci il, ƏDV üzrə sentyabr 2020 - avqust 2023, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə (hesabatı) 3-cü rüb 2020 - 2-ci rüb 2023, ödəmə mənbəyində tutulan vergi üzrə 3-cü rüb 2020 - 2-ci rüb 2023, torpaq vergisi üzrə 2021-ci il - 2023-cü il, əmlak vergisi üzrə 2020-ci il - 2022-ci il olmaql, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödnişlərə dair qanunvericiliyə əməl edilməsi, (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanmas məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2024-cü il tarixli **********177242 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt əsasında, mənfəət vergisi 56569,83 manat və əlavə dəyər vergisi 82695,24 manat olmaqla ümumilikdə 142265,07 manat vergilərin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergisinin bəyannamələrdən göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə vergi ödəyicisinə azadılmış vergi məbləğinin 50 % miqdarında, yəni 71132,55 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********185006 nömrəli vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiiyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən İddiaçı MMC-nə 142265,07 manat əlavə vergilər hesablanmış və 71132,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 iyul 2024- cü il tarixli **********185006 nömrəli qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı yoxlama zamanı MBA LTD MMC tərəfındın verilmiş 23 may 2024-cü il tarixli mütəxəssis rəyinə istinad etməklə İddiaçı MMC-yə qanunsuz olaraq vergilər hesablanmışdır. Hesab edirik ki, həmən mütəxəssis rəyi ümumiyyətlə iş üzrə mötəbər sübut kimi nəzərə alınmamalıdır. Belə ki, mütəxəssis rəyi adlanan sənəddən göstərilən məlumatlar natamam olmuş, işin faktiki hallan nəzərə alınmamış, mütəxəssis adlanan şəxs tərəfindən heç bir normativ sənədlərə əsaslanmayan normalar əsasında rəy verilmişdir. İş materiallanndan göründüyü kimi mütəxəssis heç bir əsas olmadan suni sürətdə normativləri aşağı salmaqla İddiaçı MMC-nə 59569,83 manat mənfəə vergisi və 82695,24 manat ƏDV olmaqla ümumilikdə 142265,07 manat vergilərin hesablanmasına səbəb olmuşdur. Belə ki, rəydə və səyyar vergi yoxlamasında göstərilənlərlə əlaqədar bildirmək istəyirik ki, beton istehsalı zamanı Azərbaycan Respublikası FHN tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyini S.Ə.Dadaşov adına labaratoriyanın verdiyi Qost-27006-84 normativə istinad olmuşdur. Lakin mütəxəssis rəy verərkən heç bir normativə istinad etməmişdir. İddiaçı MMC-də hal-hazırki yoxlamadan əvvəlki keçirilmiş yoxlama zamanı da mütəxəssis dəvət olunmuş, həmin vaxt mütəxəssis tərəfindən beton istehsalı zamanı sərf olunan sementin norması barədə məlumatlar göstərilmiş və gələcəkdə həmin məlumatlara əməl olması tövsiyyə edilmişdir. Lakin sonuncu yoxlama zamanı mütəxəssis əvvəlki normaları bir kənara ataraq heç bir hüquqi sənədə əsaslanmadan yeni normativ müəyyən etmişdir. Belə ki, mütəxəssis tərəfindən əvvəlki yoxlama zamanı 1 kub metr beton istehsalına sərf olunan smentin norması aşağıdakı kimi göstərilmişdir. Betonun markası Smentin sərfiyyatı M100 200 kq M200 287 kq M300 384 kq M400 492 kq Sonuncu yoxlama zamanı isə mütəxəssis tərəfindən əvvəlki yoxlama zamanı 1 kub metr beton istehsalına sərf olunan smentin norması aşağıdakı kimi göstərilmişdir. Betonun markası Smentin sərfiyyatı M100 180 kq M200 240 kq МЗОО 350 kq M400 420 kq Beləliklə qeyd oluna hər iki cədvəlləri müqayisəli şəkildə təhlil etdikdə görünür ki, sonuncu cədvəldə bütün markalar üzrə sment sərfiyyatı aşağı salınmışdır. Lakin həmin aşağı saimmaliann nədən ibarət olunması, hansı səbəbdən azaldılması qeyri-müəyyən olaraq qalmışdır. Beləliklə vergi orqanının İddiaçı MMC-dən keçirilən səyyar vergi yoxlaması zamanı istinad etdiyi mütəxəssis rəyi mötəbər sayıla bilməz. Belə ki, mütəxəssis hesablamaları apararkən yalnız öz mülahizələri əsasında normativlər müəyyən etmiş, həmin normativlərin hansı əsaslarla müəyyən edilməsi qeyrimüəyyən olaraq qalmışdır. Beləliklə də vergi orqanı qeyri-mötəbər mütəxəssis rəyi əsasında iddiaçının beton istehsalı zamanı smentin sərfiyyatını bilərəkdən azaldaraq faktiki olaraq süni şəkildə bizə əlavə vergilərin hesablanması üçün vergi orqanına şərait yaratmış və bunun əsasında da əsassız olaraq vergilər hesablanmışdır. Qeyd edilən səbəblərdən mübahisələndirilən qərarın ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********176714 nömrəli qərarına əsasən İddiaçı MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli **********178342 nömrəli qərarı ilə yoxlamanın keçirilməsi müddəti 30 iş günü artırılmış, xx.xx.2024-cü il tarixli **********180028 nömrəli qərarla 24.01,2024-cü il tarixədək müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlaması 25.01,2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024- cü il tarixli **********177242 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi səyyar vergi yoxlaması aktı ilə razılaşmayaraq imzalamaqdan imtina etmiş və yoxlama aktının nüsxəsini isə əvvəl qəbul etmişdir. Odur ki, Vergi Məcəlləsinin 39.5-ci və 39.6-cı maddəsinin tələbləri nəzərə alınaraq vergi ödəyicisinə səyyar vergi yoxlaması materiallarına xx.xx.2024-cü il tarixdə baxılmasında iştirak etməsi üçün bildiriş göndərilmişdir. Səyyar vergi yoxlaması materiallarına xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin direktoru X2 iştirakı ilə baxılmış və bu, 07 mart 2024-cü il tarixli **********398000 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən 60 iş günü müddətinə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********182011 nömrəli qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri xx.xx.2024cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********177242 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi səyyar vergi yoxlaması aktı ilə razılaşmayaraq imzalamaqdan imtina etmiş və yoxlama aktının nüsxəsini isə əlbbəl qəbul etmişdir. Odur ki, Vergi Məcəlləsinin 39.5-ci və 39.6-cı maddəsinin tələbləri nəzərə alınaraq vergi ödəyicisinə səyyar vergi yoxlaması materiallarına xx.xx.2024-cü il tarixdə baxılmasında iştirak etməsi üçün bildiriş göndərilmişdir. Səyyar vergi yoxlaması materiallarına xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin direktoru X2 iştirakı ilə baxılmış və bu, xx.xx.2024-cü il tarixli **********901000 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən İddiaçı MMC barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185006 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla aparılmış hesablamaların mahiyyəti ilə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən elektron qaimələrə əsasən alınmış sementin həcmi ilə həmin sementdən istehsal olunaraq təqdim edilmiş beton məhsulunun həcmi arasında uyğunsuzluq olduğundan alınmış sement məhsulundan istehsal olunmuş betonun həcmini müəyyən etmək üçün Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********177599 nömrəli qərarı ilə mütəxəssis dəvət edilmişdir. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssis qarşısında aşağıdakı məsələ qoyulmşdur: İddiaçı MMC-də (VÖEN **********) yoxlama dövrü ərzində görülmüş işlər üzrə istifadə olunan elektrik enerjisinə və alınmış mal-materiala əsasən istehsal həcminin müəyyən edilməsi, istehsal edilmiş beton üzrə material normativinə əsasən material (hər mal-material üzrə) sərfiyyatının müəyyən edilməsi, istehsal edilmiş betonun həcminin müəyyənləşdirilməsi, görülmüş işlər üzrə əmək tutumunun müəyyən edilməsi) Mütəxəssis tərəfindən 23 may 2024-cü il tarixli MB 17-1294 nömrəli mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə faktura və nəzarət kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satışı əsasında hər bir beton markasına sərf edilən sementin miqdarının illər üzrə ümumi beton istehsalında istifadə olunan sement miqdarına nisbətdə xüsusi çəkisinə uyğun olaraq müəyyən edilmişdir. Nəticədə beton markaları üzrə satış həcmi M-100 (B 7.5) markalı beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 0,492%, 2021-ci il üzrə 1,431%, 2022-ci il üzrə 0,238%, 2023-cü il üzrə 1,921% M-150 (B 10) markalı beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 1,160%, 2021-ci il üzrə 9,370%, 2022-ci il üzrə 6,215%, 2023-cü il üzrə 0,700% M-200 markalı (B 15) beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 3,471%, 2021-ci il üzrə 0,451%, 2022-ci il üzrə 11,848%, 2023-cü il üzrə 25.095% M-250 markalı (B 20) beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 26.964%, 2021- ci il üzrə 35.843%, 2022-ci il üzrə 12.857%, 2023-cü il üzrə 1,644% M-300 (В 22,5) markalı beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 29.929%, 2021- ci il üzrə 17.734%, 2022-ci il üzrə 5,448%, 2023-cü il üzrə 1,370% M-350 (B 25) markalı beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 33,470%, 2021- ci il üzrə 35,009%, 2022-ci il üzrə 59.778%, 2023-cü ildə 41,176% M-400 (B 30) markalı beton həcmi üzrə ümumi pay bölgüsü 2020-ci il üzrə 4,515%, 2021 -ci il üzrə 0,161%, 2022-ci il üzrə 4,616%, 2023-cü ildə 28,094% kimi müəyyən edilmişdir. Eyni zamanda 1 m3 beton üzrə sement sərfiyyatı BM-100 markalı beton üzrə 190 kq, BM- 150 markalı beton üzrə 220 kq, BM-200 markalı beton üzrə 250 kq, BM-250 markalı beton üzrə 320 kq, BM-300 markalı beton üzrə 340 kq, MB-350 markalı beton üzrə 390 kq, MB-400 markalı beton üzrə 430 kq müəyyən edilmişdir. Mütəxəssis tərəfindən müəssisəyə baxış keçirilən zaman beton istehsalı zamanı betona istifadə olunan materialların keyfiyyət göstəriciləri nəzərə alınaraq istehsal həcmi hesablanmışdır. Belə ki, betona istifadə olunan materialların keyfiyyət göstəricilərinə əsasən istehsal həcmində fərqlər yarana bilir. Keyfiyyət göstəricilərinə aşağıdakılar aiddir: Qumun və Qırmadaşın irilik modulu; çirklilik əmsalı; Betonun axıcılığı (konus asatkası); Betonun qəbul etmə texnologiyası; İstehsal həcminin hesablanması Əmtəə Beton həcminin və 1.0 (bir) m3 Beton qarışığının seçilmiş tərkib normasının qüvvədə olan tikinti norma və qaydalarına uyğun (CH и П 82-02-95) aparılmışdır. Müəssisəyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, müəssisə beton istehsalında və qəlblənmə texnologiyasında aşağıdakı materiallardan istifadə etmişdir.
1. Qırmadaşın irilik modulu -5+10; 5+15mm; 1-5-20 mm;
2. Qumun irilik modulu-- 2+2.5<3 mm;
3. Betonun axıcılığı - 20+22 sm;
4. Betonun qəbulu:- Beton nasosla həyata keçirilir. Bütün göstərilənlər nəzərə alınaraq istehsal həcmi aşağıdakı kimi müəyyən edilmişdir: Hesabat İstehsal olunmuş beton həcmi, dövrü m 3
2020 9,998.81 2021 9,492.65
2022 8,048.78 2023 9,574.65 Yekun 37,114.90 Vergi orqanının uçot məlumat bazasından əldə edilən məlumatlara (elektron-qaimə və onlayn kassa əsasında) əsasən isə beton satışının həcmi 2020-ci il üzrə 6277,71 m3, 2021-ci il üzrə 8566,74 m3, 2022-ci il üzrə 7408,28 m3 və 2023-cü il 9183,20 m3 olmaqla yoxlanılan dövr üzrə cəmi 31435,90 m3 müəyyən edilmişdir. Beləliklə yoxlama zamanı mütəxəssis rəyi əsasında müəyyən edilən beton istehsalı və uçot məlumat bazası əsasında müəyyən edilən istehsal həcmi ilə uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyi əsasında 2020-ci il yoxlama ilə BM-100 marka beton üzrə dəyəri 6097,04 manat olan 89,19 m3, BM-150 marka beton üzrə dəyəri 13270,78 manat olan 181,57 m3, BM- 200 marka beton üzrə dəyəri 37421,63 manat olan 478,14 m3, BM-250 marka beton üzrə dəyəri 223250,82 manat olan 2901,67 m3, BM-300 marka beton üzrə dəyəri 255632,51 manat olan 3031,34 m3, BM-350 marka beton üzrə dəyəri 252196,64 manat olan 2955,35 m3, BM-400 marka beton üzrə dəyəri 28596,21 manat olan 361,55 m3 beton istehsalı müəyyən edilmişdir. Nəticədə 2020-ci ildə beton istehsalından 813458,44 manat, vergi orqanının baza məlumatlarına əsasən digər malların satışından 7738,93 manat və icarə haqqından 1200,00 manat olmaqla ümumilikdə 822397,37 manat (ƏDV-siz) gəlir dövriyyəsi müəyyən edilmişdir. Beləliklə, 2020-ci il üzrə vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəətinin müəyyən edilməsi üçün yoxlama ilə müəyyən edilmiş 822397,37 manat gəlirə Vergi Məcəlləsinin 67ci və 83.9-cu maddələrinin müddəalarına görə Azərbaycan Respublukasının Nazirlər Kabnetinin 01,03.2001-ci il tarixli 55 saylı qərarına əsasən 20% rentabellik tətbiq edilməklə mənfəət vergisinin miqdarı müəyyən edilmişdir. 822397.37/(100+20)/20)*20%=27413.24 Beləliklə də vergi ödəyicisinin özünün bəyan etdiyi 913,90 manat mənfəət vergisi nəzərə alınmaqla 27413.24-913.90=26499,34 manat əlavə mənffət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində, yəni 26499,34*50%=13249,67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mütəxəssis rəyi əsasında 2021-ci ildə BM-100 markalı beton üzrə dəyəri 16726,94 manat olan 233,47 m3, BM-150 marka beton üzrə dəyəri 89167,47 manat olan 1320,21 m3, BM-200 marka beton üzrə dəyəri 4358,09 manat olan 55,96 m3, BM-250 marka beton üzrə dəyəri 267180,14 manat olan 3472,04 m3, BM-300 marka beton üzrə dəyəri 129284,36 manat olan 1616,82 m3, BM-350 marka beton üzrə dəyəri 248551,66 manat olan 2782,50 m3, BM-400 marka beton üzrə dəyəri 1105,31 manat olan 11,63 m3 beton istehsalı müəyyən edilmişdir. Beləliklə, 2021-ci il üzrə vergi ödəyicisinin mütəxəssis rəyinə əsasən beton istehsalından 756373,98 manat, digər malların satışından 122430,81 manat və icarə haqqından 1200,00 manat olmaqla ümumilikdə 880004,79 manat (ƏDV-siz) gəlir dövriyyəsi müəyyən edilmişdir. Beləliklə, 2021-ci il üzrə vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəətinin müəyyən edilməsi üçün yoxlama ilə müəyyən edilmiş 880004,79 manat gəlirə Vergi Məcəlləsinin 67ci və 83.9-cu maddələrinin müddəalarına görə Azərbaycan Respublukasının Nazirlər Kabnetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən 20% rentabellik tətbiq edilməklə mənfəət vergisinin miqdarı müəyyən edilmişdir. 880004,79/((100+20)/20)*20%=29333,49 Beləliklə də vergi ödəyicisinin özünün bəyan etdiyi 12891,73 manat mənfəət vergisi nəzərə alınmaqla 29333,49-12891,73=16441,76 manat əlavə mənffət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində, yəni 16441,76*50%=8220,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mütəxəssis rəyi əsasında 2022-ci ildə isə BM-100 marka beton üzrə dəyəri 2224,52 manat olan 34,22 m3, BM-150 marka beton üzrə dəyəri 56502,87 manat olan 771,93 m3, BM-200 marka beton üzrə dəyəri 98717,08 manat olan 1295,06 m3, BM-250 marka beton üzrə dəyəri 92327,29 manat olan 1097,95 m3, BM-300 marka beton üzrə dəyəri 32745,84 manat olan 437,84 m3, BM- 350 marka beton üzrə isə dəyəri 356582,52 manat olan 4118,44 m3, BM-400 marka beton üzrə dəyəri 32935,97 manat olan 293,34 m3 istehsalı müəyyən edilmişdir. Beləliklə, 2022-ci il üzrə vergi ödəyicisinin mütəxəssis rəyinə əsasən beton istehsalından 672036,08 manat, digər malların nəzarət kassa aparatı məlumatlarına əsasən satışından 23501,78 manat, icarə haqqından 1200,00 manat, pompa xidməti və elektron qaimə əsasında satışdan 600 manat olmaqla ümumilikdə 697337,86 manat (ƏDV-siz) gəlir dövriyyəsi müəyyən edilmişdir. Beləliklə, 2022-ci il üzrə vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəətinin müəyyən edilməsi üçün yoxlama ilə müəyyən edilmiş 697337,86 manat gəlirə Vergi Məcəlləsinin 67ci və 83.9-cu maddələrinin müddəalarına görə Azərbaycan Respublukasının Nazirlər Kabnetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən 20% rentabellik tətbiq edilməklə mənfəət vergisinin miqdarı müəyyən edilmişdir. 697337,86/((100+20)/20)*20%=23244,59 Beləliklə də vergi ödəyicisinin özünün bəyan etdiyi 6615,86 manat mənfəət vergisi nəzərə alınmaqla 23244,59-6615,86=16628,73 manat əlavə mənffət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50%-i həcmində, yəni 16628,73*50%=8314,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə səyyar vergi yoxlaması ilə yoxlanan dövr üzrə vergi ödəyicisinə 59569,83 manat əlavə mənfəət vergisi hesablanmış, mənfəət vergisinin azaldılmasına görə 29784.92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa 2020-ci il üzrə 822397.37 manat gəlir (ƏDV-siz) müəyyən edildiyindən və 2020-ci iln əvvəlinə debitor borcunun olmadığı, ilin sonuna debitor borcunun 684.52 manat olduğu nəzərə alınaraq 2020-ci il üzrə (0+822397.37- 684.52)=821712.85 manat ƏDV-yə cəlb edilən dövriyyə müəyyən edilmişdir. 2020-ci ilin ƏDV-yə cəlb edilən dövriyyəsinin səyyar vergi yoxlaması ilə əhatə edilməyən hissəsi (yanvar-avqust ayları) üzrə ƏDV-yə cəlb edilən dövriyyəsinin 256148.61 manat, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr (sentyabr-dekabr ayları) üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-yə cəlb edilən dövriyyənin 264032.00 manat olduğu nəzərə alınmaqla 2020-ci ilin səyyar vergi yoxlaması ilə yoxlanan dövrü (sentyabr-dekabr ayları) üzrə azaldılmış ƏDV dövriyyəsinin (8217xx.xx-2561xx.xx-264032.00)=301532.24 olduğu müəyyən edilərək 301532.24*18%=54275,80 manat əlavə ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış ƏDV məbləğinin 50%-i həcmində, yəni 54275.80*50%=27137.90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2021-ci il üzrə 880004.79 manat gəlir (ƏDV-siz) müəyyən edildiyindən və 2021 -ci iln əvvəlinə 684.52 manat debitor borcu, ilin sonuna 3896.57 manat debitor borcu olduğundan 2021 -il üzrə ƏDV-yə cəlb edilən dövriyyənin (684.52+8800xx.xx- 3896.57)=876792.74 manat olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisinin 2021ci il üzrə bəyan etdiyi 807265.44 manat dövriyyə nəzərə alınmaqla 2021 -ci il üzrə azaldılmış ƏDV-yə cəlb edilən dövriyyənin məbləğinin (8767xx.xx-807265.44)=69536.86 manat olduğu müəyyən edilmişdir. Beləliklə də 69536.86*18%=12516.63 manat əlavə ƏDV məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış ƏDV məbləğinin 50%-i həcmində, yəni 12516.63*50%=6258.32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2022-ci il üzrə 697337.86 manat gəlir (ƏDV-siz) müəyyən edildiyindən və 2021 -ci iln əvvəlinə 3896.57 manat debitor borcu, ilin sonuna 114851.84 manat debitor borcu olduğundan 2022-il üzrə ƏDV-yə cəlb edilən dövriyyənin (3896.57+6973xx.xx- 114851,84)=586382.59 manat olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisinin 2022-ci il üzrə bəyan etdiyi 535324.15 manat dövriyyə nəzərə alınmaqla 2022-ci il üzrə azaldılmış ƏDV-yə cəlb edilən dövriyyənin məbləğinin (5863xx.xx-535324.15)=51058.44 manat olduğu müəyyən edilmişdir. Beləliklə də 51058.44*18%=9190.52 manat əlavə ƏDV məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış ƏDV məbləğinin 50%-i həcmində, yəni 9190.52*50%=4595.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2023-cü il üzrə 985504.08 manat gəlir (ƏDV-siz) müəyyən edildiyindən və 2023-cü iln əvvəlinə 114851.84 manat debitor borcu, ilin sonuna 436384.92 manat debitor borcu olduğundan 2023-cü il üzrə ƏDV-yə cəlb edilən dövriyyənin (114851.84+9855xx.xx- 436384.92)=663971.00 manat olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisinin 2023-cü il üzrə bəyan etdiyi 626680.50 manat dövriyyə nəzərə alınmaqla 2023-cü il üzrə azaldılmış ƏDV-yə cəlb edilən dövriyyənin məbləğinin (6639xx.xx-626680.50)=37290.50 manat olduğu müəyyən edilmişdir. Beləliklə də 37290.50*18%=6712.29 manat əlavə ƏDV məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış ƏDV məbləğinin 50%-i həcmində, yəni 6712.29*50%=3356.15 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ümumilikdə səyyar vergi yoxlaması ilə yoxlanan dövr üzrə vergi ödəyicisinə 82695,24 manat əlavə ƏDV hesablanmış, ƏDV-nin azaldılmasına görə 41347.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC-də hal-hazırkı yoxlamadan əvvəlki keçirilmiş yoxlama zamanı da mütəxəssis dəvət olunmuş, həmin vaxt mütəxəssis tərəfindən beton istehsalı zamanı sərf olunan sementin norması barədə məlumatlar göstərilmiş və gələcəkdə həmin məlumatlar əməl olunması tövsiyyə edilmişdir. Lakin sonuncu yoxlama zamanı mütəxəssis əvvəlki normaları bir kənara ataraq heç bir hüquqi sənədə əsaslanmadan yeni normativ müəyyən etmişdir. İddiaçının iddia ərizəsinin yanlış olan bu dəlili ilə bağlı bildiririk ki, hazırkı iş üzrə mübahisələndirilən İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması zamanı hesablamalar 23 may 2024-cü il tarixli MB 17-1294 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmiş istehsal həcmi göstəriciləri əsasında aparılmışdır. Həmin mütəxəssis rəyindəki beton markaları üzrə smenet sərfiyyatı normaları 11 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********140238 nömrəli qərarına əsasən keçirilmiş səyyar vergi yoxlaması zamanı hesablamaların aparılmasında istifadə edilmiş 09 mart 2021-ci il tarixli MB 13-251 nömrəli mütəxəssis rəyindəki beton sərfiyyatı normaları ilə eynilik təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında **********1820011 nömrəli qərar, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2024-ci il tarixli, **********177242 №-li qərarı, xx.xx.2024-cü il tarixli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********185006 nömrəli qərarı, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin mütəxəssis rəyləri.
Əsaslandırma hissəsi:
İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli **********176714 nömrəli qərarla əsasən İddiaçı MMC-də 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması keçirmiş, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə başlamış, yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli **********178342 nömrəli qərarı ilə yoxlamanın keçirilməsi müddəti 30 iş günü artırılmış, xx.xx.2024-cü il tarixli **********180028 nömrəli qərarla 24.01,2024-cü il tarixədək müvəqqəti dayandırılmışdır. Səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdə başa çatdırılaraq xx.xx.2024- cü il tarixli **********177242 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1.3- cü maddəsinə əsasən 60 iş günü müddətinə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********182011 nömrəli qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri xx.xx.2024cü il tarixdə başa çatdırılaraq xx.xx.2024-cü il tarixli **********177242 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən İddiaçı MMC barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********185006 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi tərəfindən elektron qaimələrə əsasən alınmış sementin həcmi ilə həmin sementdən istehsal olunaraq təqdim edilmiş beton məhsulunun həcmi arasında uyğunsuzluq olduğundan alınmış sement məhsulundan istehsal olunmuş betonun həcmini müəyyən etmək üçün Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********177599 nömrəli qərarı ilə mütəxəssis dəvət edilmiş, İddiaçı MMC-də (VÖEN **********) yoxlama dövrü ərzində görülmüş işlər üzrə istifadə olunan elektrik enerjisinə və alınmış mal-materiala əsasən istehsal həcminin müəyyən edilməsi, istehsal edilmiş beton üzrə material normativinə əsasən material (hər mal-material üzrə) sərfiyyatının müəyyən edilməsi, istehsal edilmiş betonun həcminin müəyyənləşdirilməsi, görülmüş işlər üzrə əmək tutumunun müəyyən edilməsi həyata keçirilmişdir. Mütəxəssis tərəfindən 23 may 2024-cü il tarixli MB 17-1294 nömrəli mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyinə əsasən vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə faktura və nəzarət kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satışı əsasında hər bir beton markasına sərf edilən sementin miqdarının illər üzrə ümumi beton istehsalında istifadə olunan sement miqdarına nisbətdə xüsusi çəkisinə uyğun olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mütəxəssis, beton markaları üzrə satış həcminə əsaslanaraq sement sərfiyyatını müəyyən etmişdir. Bu yanaşma ümumi statistik məlumatlara əsaslanır və illər üzrə sementin xüsusi çəkisinin təhlil edilməsi, istehsal edilmiş betonla bağlı uyğunsuzluqların tapılmasında göstərici kimi istifadə oluna bilər. Lakin bu metod yalnız satış məlumatları və ümumi statistikalar üzərində qurulduğundan, satılan beton məhsullarının real istehsal miqdarı ilə uyğunluğunu tam şəkildə müəyyən etməyə imkan vermir. Bunun üçün əlavə olaraq istehsal prosesinin başqa aspektləri (məsələn, texnologiya, material keyfiyyətləri və istehsal şəraiti) nəzərə alınmalıdır. Mütəxəssis rəyində keyfiyyət göstəriciləri və beton qarışığının tərkibi haqqında məlumat verilmişdir. Keyfiyyət göstəriciləri məsələn, qum və qırmadaşın irilik modulu, betonun axıcılığı və qəbulu istehsal olunan betonun fiziki xüsusiyyətlərini dəyişdirməklə, nəticədə müəyyən fərqlərin yaranmasına səbəb olur. İstehsal həcmi barədə daha dəqiq məlumatlar əldə etmək üçün mütləq şəkildə beton istehsalının texnologiyası və materialların keyfiyyət göstəriciləri təhlil edilməlidir. Belə ki, göstəricilərin real vəziyyəti daha aydın əks etdirməsi üçün istehsal həcminin hesablama metodu düzgün müəyyən edilməlidir. Materialların keyfiyyət göstəricilərinin (qırmadaşın irilik modulu, qumun irilik modulu, betonun axıcılığı və qəbul texnologiyası) nəzərə alınması betonun tərkibi və nəticədə betonun sərfiyyatı ilə bağlı məlumatların dəqiqliyinə birbaşa təsir göstərən amillərdir. Hazırkı iş üzrə bu göstəricilərin təsirinin daha ətraflı tədqiq edilməsi təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmir. Nəzərə alınmalıdır ki, beton istehsalının bütün texnoloji proseslərini əhatə etdiyi halda mütəxəssisin təqdim etdiyi rəy düzgün hesablamanın aparılmasına xidmət edəcəkdir. Tədqiq edilən mütəxəssis rəyindən görünür ki, faktiki olaraq beton markaları üzrə sement sərfiyyatı ümumi satış miqdarına əsaslanmaqla hesablanmışdır. Bu metod yalnız satış fakturası əsasında sementin sərfiyyatını hesablamağa əsaslanır, istehsal prosesindəki dəyişikliklər və keyfiyyət göstəriciləri (texnologiya, material keyfiyyətləri və istehsal şəraiti, qum və qırmadaşın irilik modulu, betonun axıcılığı, materialların nisbəti, texnoloji fərqlər, texniki səhvlər, istehsalın intensivliyi və ya istehsalın xüsusi şəraitləri və s.) nəzərə alınmamışdır. Vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə faktura və nəzarət kassa aparatı vasitəsilə pərakəndə qaydada satış əsasında hər bir beton markasına sərf edilən sementin miqdarının illər üzrə ümumi beton istehsalında istifadə olunan sement miqdarına nisbətdə xüsusi çəkisinə uyğun istehsal həcminin hesablanması zamanı satışla istehsal arasındakı əlaqə nəzərə alınmalıdır. Belə ki, elektron qaimə faktura və nəzarət kassa aparatı məlumatları əsasən pərakəndə satış həcmini göstərir, lakin bu məlumatlar yalnız satılmış betonun miqdarını və pərakəndə satışa təqdim edilən sementin miqdarını əks etdirir. Bu metod beton istehsalının ümumi həcmini və sementin istehsalda real sərfiyyatını tam əks etdirmir, çünki bu məlumatlar satışa təqdim olunan məhsullara dair ümumi göstəricilərdən ibarətdir. Satışla istehsal arasında fərqlər ola bilər, çünki beton istehsalında istifadə olunan digər materiallar, texnologiya, işləmə şəraiti və digər amillər də rol oynayır. Beton istehsalında sərf edilən materialların keyfiyyət göstəriciləri, istehsal texnologiyası və xüsusi tələblər nəzərə alınmadıqda, yalnız satış əsasında sərfiyyatın hesablanması düzgün nəticə verməyəcəkdir. Çünki satış həcmi istehsal edilən bütün betonun həcmini əks etdirmir. Mütəxəssis, müəssisə üzrə beton istehsalında istifadə olunan materialların keyfiyyət göstəriciləri və istehsal texnologiyası haqqında məlumatlar da toplamış (Qırmadaşın irilik modulu və qumun irilik modulu, betonun axıcılığı, betonun qəbul etmə texnologiyası nasosla), ancaq sementin sərfiyyatını satış məlumatlarına əsaslanaraq müəyyənləşdirmiş, baxışda aşkar edilmiş hallar mütəxəssisin gəldiyi nəticəyə təsir etməmiş, tərtib edilmiş rəydə nəzərə alınmamışdır. Yəni, faktiki olaraq mütəxəssis rəyi baxış zamanı aşkar edilmiş material keyfiyyətinin və istehsal texnologiyasının təsiri nəzərə alınmadan verilmiş, rəy yalnız satış məlumatları ilə əsaslandırılmışdır. Qeyd olunan hal baxış nəticələri ilə rəyin əsaslandırılması arasında uyğunsuzluğun mövcud olduğunu göstərir. Bu yanaşma isə istehsalın real vəziyyətini tam əks etdirmir. Yuxarıda sadalananları ümumiləşdirərək məhkəmə qeyd edir ki, yalnız satış həcminə və pərakəndə satış məlumatlarına əsaslanmaqla beton istehsalının həcmini və sementin sərfiyyatını tam olaraq müəyyən etmək mümkün deyil. Bu səbəbdən, beton istehsalı və sement sərfiyyatı ilə bağlı daha etibarlı və dəqiq hesablamalar aparılmalı, satış həcmi ilə istehsal həcmi arasında fərqlər düzgün müəyyən edilməli idi. Buna görə də, məhkəmə hesab edir ki, satış həcmi ilə istehsal həcmi arasında fərqlərin düzgün müəyyən edilmədiyi mütəxəssis rəyi əsasında qəbul edilmiş mübahisələndirilən qərar iddiaçıya əsassız olaraq əlavə vergi borcunun hesablanmasına səbəb olduğundan iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, vergi orqanı xx.xx.2024-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul etmiş, lakin sözügedən qərar «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin tələblərinə uyğun şəkildə Reyestrdə qeydə alınmamışdır. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar ilkin - KY231990222 №-li Reyestrdə aparılmış qeydin tərkib hissəsi və davamı olaraq göstərilmişdir ki, həmin qeyddə yalnız yoxlamanın xx.xx.2024-27.0.2024-cü il tarixlərdə keçiriləcəyi öz əksini tapmışdır. Göründüyü kimi, ilkin yoxlamanın keçirilməsi barədə qərarın reyestr məlumatlarına edilmiş əlavə qeydin özü də natamamdır və yoxlamanın müddətindən başqa yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində təsbit edilmiş hər hansı digər məlumat öz əksini tapmamışdır. Səyyar vergi yoxlaması ilə bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" təqdim edilən çıxarışda "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar barədə məlumatın qeyd edilməsi, həmin qərarın reyestrdə tam şəkildə qeydiyyata alındığını birbaşa təsdiq etmir. Nəzərə alınmalıdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət etmə üsullarından biridir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarına görə, o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edə bilər. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair müddəa nəzərdə tutulmasa da, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda, həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İstinad olunan Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1848/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2-1(102)-1504/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********185006 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.