Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-283/2020 11.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X17 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və Saknelaşvili Vitali Vasilyeviçincavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X26 (üçüncü şəxs X14) qarşı "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında ailənin mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən üçüncü şəxs X10 verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Saknelaşvili Vitali Vasilyeviçincavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X26 (üçüncü şəxs X14) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında ailənin mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən üçüncü şəxs X10 verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırılmışlar ki, iddiaçılar uzun müddətdir ki, ünvan 1 də yaşayır. 2012-ci ildə həmin yaşadığı ünvana mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış əldə etmişlər. Son zamanlar qonşuluqda olan torpaq sahəsini üçüncü şəxs tərəfindən satın alınmışdır. Üçüncü şəxs həmin ərazini aldıqdan sonra əvvəlki qonşusunun istifadəsində olan ərazidən fərqli qaydada, yəni yola çıxmaqla cavabdeh orqandan mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etmişdir. Həmin inzibati akt əsasında əlavə artırılmış ərazilərdə tikinti işləri aparılmışdır. Bununla da üçüncü şəxs tərəfindən onun evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu məhdudlaşdırmışdır. Hazırda idddiaçılar evlərinə getmək üçün labirint kimi ensiz bir cığırdan istifadə etmək məcburiyyətində qalmışlar. Halbuki, əvvəllər yol tam olaraq olmuş və əvvəlki qonşu ilə heç bir mübahisələri olmamışdır. Hazırki qonşusu olan üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş inzibati akt hesab olunan reyestrdən çıxarışa əsasən iddiaçıların mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, 3-cü şəxs kimi X6 adına qeydiyyata alınmış fərdi yaşayış evinə dair ərazi idarəsinin arxiv materillarında aşağıdakı məlumatlar mövcuddur: Qax rayonu, Qaxingiloy kəndində yerlşən 0.04 ha torpaq sahəsinə X18 adına 0.04 ha torpaq sahəsinə kod 40309005, JN-775A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, üzərində olan fərdi yaşayış evinə 503 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X18 vərəsəsi X19 tərəfindən sözügedən sənədlər təqdim edilməklə X27 qeydiyyatı ilə bağlı müraciət edilmiş və xx xxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax DNK-nın xx xxx 2018-ci il tarixli vərəsəlik X16si əsasında vərəsəlik qəbul edilmiş, xx xxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax DNKnın 4Ə-934 saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evi X19 tərəfindən X1 və sonuncunun adına xx xxxxxx 2018-ci il tarixli, 3083 inventar nömrəli texniki pasport və xx xxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi sənəd üzrə və faktiki 0.04 ha olmuşdur. Qax DNK-nın xx xxxxxx 2018-ci il tarixli, 4Ə-1182 saylı alqı-satqı müqaviləsi ilə X2 və sonuncunun adına xx xxxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ərazi idarəsinin arxiv materiallarında İddiaçı1 İlarionoviçə 3 nəfər ailə üzvü ilə birlikdə 0.11 ha həyətyanı torpaq sahəsinə kod 40309005, JN-774F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan DƏDRX-nin X31 X27 **********83-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanının hüquq subyektləri İddiaçı1 İlaraionovna, İddiaçı3 və İddiaçı2dir. İş materiallarında olan DƏDRX-nin ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi iddiaçıların adına DƏDRX-nin 5 nömrəli reyestr kitabının 170 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan olan Qax rayon İnzibati ərazi dairəsinin xx.xx.2019-cu il tarixli 2548 nömrəli arayışdan görünür ki, X14 həqiqətən Qax şəhəri, İ.Mustafayev küçəsi bina 53 mənzil 2-də yaşayır. İş materiallarında olan JN-774F KOD 40309005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu, Qəbələ rayonu, AİK-nın xx xxxxxx 2003-cü il tarixli 01 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi X13 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-775A KOD 40309005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu, Qəbələ rayonu, AİK-nın xx xxxxxx 2003-cü il tarixli 01 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi X18 mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDRX-nin ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, ünvan 31 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X18 adına DƏDRX-nin 29 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 2018-ci il tarixli “X28 X16”nin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi həyat yoldaşı X5r. Miras əmlakdan tam hissəyə malikdir. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 12 saylı X31 tərəfindən xx.xx.2018-ci il tarixdə X20 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 21 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan fərdi yaşayış evindən və 400 kv.m həyatyanı torpaq sahəsindən ibarətdir. İş materiallarında olan DƏDRX-nin ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, ünvan 31 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X3 adına DƏDRX-nin 29 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Niysə-Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X12, Qax şəhəri, İsmayıl Dağıstan küçəsi 41 yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 40.8 kv/m, yaşayış sahəsi 31.6 kv/m, yardımçı sahəsi 9.2 kv/m olan 2 otaqlı X27 və 400 kv/m torpaq sahəsini alıcı X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDRX-nin ******* nömrəli RX seriyalı çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 31 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X7 adına DƏDRX-nin 29 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı X4 şəhəri, İsmayıl Dağıstanlı küçəsi ev 41 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 400 kv/m olan həyatyanı torpaq sahəsinin 180 kv/m hissəsini alıcı X8 mülkiyyətinə verilmişdir. İş materiallarında olan DƏDRX-nin ******* nömrəli RX seriyalı çıxarış təsdiqlənmiş surətindən görünür ki, ünvan 31 A ünvanında yerləşən 0.0149 ha torpaq sahəsi X9 adına DƏDRX-nin 32 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməklə 17-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki- hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qax DNK-nın xx xxxxxx 2018-ci il tarixli, 4Ə-1182 saylı alqı-satqı müqaviləsi ilə X15 tərəfindən X2 və sonuncunun adına xx xxxxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qax DNKnın 4Ə-934 saylı alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evi X19 tərəfindən X1 və sonuncunun adına xx xxxxxx 2018-ci il tarixli, 3083 inventar nömrəli texniki pasport və xx xxxxxx 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi sənəd üzrə və faktiki 0.04 ha olmuşdur. Qax rayonu, Qaxingiloy kəndində yerlşən 0.04 ha torpaq sahəsinə X18 adına 0.04 ha torpaq sahəsinə kod 40309005, JN-775A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, üzərində olan fərdi yaşayış evinə 503 saylı qeydiyyat vəsiqəsi verilmişdir. X18 vərəsəsi X19 tərəfindən sözügedən sənədlər təqdim edilməklə X27 qeydiyyatı ilə bağlı müraciət edilmiş və xx xxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax DNKnın xx xxx 2018-ci il tarixli vərəsəlik X16si əsasında vərəsəlik qəbul edilmiş, xx xxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi mübahisələndirilən çıxarış yuxarıda sadalanan ilkin sənədlər əsasında verilmişdir. Həmin sənədlər qüvvədə olduğu müddətdə onların əsasında verilən çıxarış da mübahisələndirilə bilməz. Bundan başqa işdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçıların hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, üçüncü şəxs həmin ərazini aldıqdan sonra əvvəlki qonşusunun istifadəsində olan ərazidən fərqli qaydada, yəni yola çıxmaqla əlavə artırılmış ərazilərdə tikinti işləri aparıb, bununla da üçüncü şəxs tərəfindən onun evinə və həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunu məhdudlaşdırmışdırsa, bununla bağlı iddiaçılar mülki qaydada ümumi məhkəmədə iddia qaldırmaqla hüquqlarının bərpa edilməsinə nail ola bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1, İddiaçı2 və Saknelaşvili Vitali Vasilyeviçincavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X26 (üçüncü şəxs X14) qarşı "Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında ailənin mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən üçüncü şəxs X10 verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-283/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-283/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver