Məhkəmə qərarları › İş №2-1(116)-283/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-283/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-283/2021 02.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı X5rşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X6 tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxx 2019cu il tarixli ərizədə iddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə 13 saylı X8 əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMCdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7841 nömrəli xx.xx.2019-cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərardan narazı qalmış və qərarın ləğv edilməsini xahiş edərək bildirmişdir ki, o, qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qanunsuz yoxlama keçirilmiş və nəzarət jurnalında qeydiyyat aparılmamışdır. Vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən, auditor rəyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi qərar qanunsuzdur və həmin qərar heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəblə də iddiaçı qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə ünvanladığı xx xxxxx 2019-cu il tarixli digər iddia ərizəsində eyni cavabdehə qarşı iddia tələbi qaldırmış və cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanan digər iddia ərizəsində qeyd edilir ki, xx.xx.2019-cu il tarixdə 13 saylı X8 əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Republikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli xx.xx.2019-cu il tarixli Qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərarla razılaşmamış və bu səbəblə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ilkin olaraq qeyd etmişdir ki, yoxlama qanunsuz keçirilib və yoxlamanın nəticəsində qəbul edilmiş qərar qanunsuzdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, 13 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********0775 nömrəli qərarına əsasən İddiaçı MMC-də xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddəti əhatə etməklə, “Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi“üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İddiaçı MMC vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən “Ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalı” (kod 16290) fəaliyyət növü ilə məşğuldur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (Bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama zamanı nəzarət jurnalına qeydiyyat aparılmayıb və vergi orqanı qərar qəbul edərkən auditor rəyini nəzərə almamışdır. Qeyd olunan hallarla əlaqədar bildirilir ki, xx xxxxxx 2018-ci il tarixli, 004387 nömrəli aktın 2-ci səhifəsindən də göründüyü kimi nəzarət kitabçası operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsinə (yoxlayıcıya) təqdim edilmədiyi üçün qeydiyyatın aparılması mümkün olmamışdır. Eləcə də vergi ödəyicisinin icra orqanının rəhbəri tələbnaməni almaqdan imtina etmiş və vergi nəzarəti zamanı auditor rəyi təqdim edilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********7837 nömrəli qərar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70ci maddəsinin tələblərinə uyğun olaraq, xx xxxxxx 2019-cu il tarixdə poçtla göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya sifarişli poçt vasitəsi ilə çatdırılmışdır. Yəni, xəbərnamə rəsmi qaydada xx xxxxxx 2019-cu il tarixdə imzalanaraq qəbul edilmiş və məhz həmin tarixdən müddətin axımı başlanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıdan göründüyü kimi vergi ödəyicisi inzibati aktın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, müvafiq qərar xx xxxxxx 2019-cu il tarixdə təqdim olunmasına baxmayaraq, iddiaçı xeyli gecikdirilmiş qaydada məhkəməyə müraciət etmiş (xx xxxxx 2019-cu il tarixdə) və bununla da məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə yol vermişdir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********7837 nömrəli qərarı mübahisələndirmək imkanını itirdiyindən onun iddiası mümkün sayıla bilməz. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, inzibati aktın mübahisələndirmə müddətini ötürməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir (ümumiyyətlə bu barədə iddia ərizəsində heç bir qeyd aparılmamış və ya müraciət olunmamışdır). Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”dan müəyyən edilir ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə 13 saylı Vergilər İdarəsində qeydiyyata alınmış, təsisçisi X6, qanuni təmsilçisi X9r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********0775 nömrəli, xx.xx.2018-ci il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC-yə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İş materiallarında olan iş üzrə iddiaçının nümayəndəsi X12 Nazirliyə verdiyi izahatında qeyd edir ki, araşdırmaya təqdim etdiyi xx.xx.2019-cu il tarixli izahatına əlavə olaraq bildirir ki, Taliman“MMC, “Alferat“MMC və səlahiyyətli nümayəndəsi olduğu “İddiaçı" MMC tərəfindən aparılmış nağdsız hesablaşmaların səbəbi ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış və ona görə də bankdan həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada çıxarmışdır. Ona görə də həmin müəssisələrə vergi orqanı tərəfindən qanunsuz olaraq “Nağdsız hesablaşmalar haqqında” AR-nın qanununun 3.5.1ci maddəsinin tələblərini pozulduğu və nəticədə qeyd olunan müəssisələrə maliyyə sansksiyaları tətbiq edilmiş, bu da müəssisələrin fəaliyyətinə mənfi təsir göstərmişdir. X1 izahatda bildirilir ki, "İddiaçı” MMC barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli aktı və onun əsasında çıxarılmış xx.xx.2019-cu il tarixli **********7837 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı mübahisələndirmir. Həmin akt və qərardan şikayəti yoxdur. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli auditor rəyinin surətində qeyd edilir ki, fiziki şəxs X7 məxsus həyətyanı torpaq sahəsində becərilmiş qoz ağacının kənd təsərrüfatı məhsulu olub-olmaması barədə Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş SA/382 seriyalı icazə əsasında fəaliyyət göstərən sərbəst auditor X4 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, fiziki şəxsə məxsus həyətyanı torpaq sahəsində becərilmiş qoz ağacı kənd təsərrüfatı məhsuludur. İş materiallaarında olan Vergilər Nazirliyinin Çağrı Mərkəzinin xx.xx.2019-cu il tarixli **********768100 nömrəli müraciət vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının nümayəndəsi X2 Mərkəzinə xx.xx.2019-cu il tarixdə zəng edərək şikayət etmişdir. Müraciətdə qeyd edilir ki, rəhbəri olduğu VÖEN-i ********** və ********** olan müəssisələrdə, eyni zamanda təmsil etdiyim VÖEN-i ********** olan müəssisədə 13 saylı X14 tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri nəticəsində müəssisələrə əsassız olaraq nağdsız hesablaşmaların pozulması əsas gətirilərək məsuliyyət tədbiri görülmüşdür. Eyni zamanda həmin vergi orqanının Tərlan Ramazanov, Ruslan Xəlilli və İlqar Qaraçıyev adlı əməkdaşları nəzarət tədbiri zamanı ondan vergi orqanında uçotda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə əməliyyat aparmağı barədə audit rəyi tələb etmiş, həmin rəyi təqdim etdikdə isə artıq heç bir pozuntu halının olmadığını bildirmiş, lakin xx.xx.2019-cu il tarixdə həmin vergi ödəyicilərinə məsuliyyət tədbiri görmüşlər. İş materiallarında olan yuxarıda qeyd olunan şikayətə baxılaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməsi haqqında” **********934400 nömrəli xx xxxx 2019-cu il tarixli Qərarına əsasən E.Əsədovun İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli inzibati şikayəti təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-19 seriyalı 003367 nömrəli Akt və həmin akt əsasında 13 saylı X14 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7841 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Qərardan müəyyən edilir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1- 1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 6792.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-518/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərardadı ilə İPM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alınaraq İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı X5rşı “cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7837 nömrəli xx.xx.2019-cu il tarixli Qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərardadı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 518/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-753/2020 nömrəli Qərarı ilə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)-713/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-364/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-518/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-364/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının müddəti ötürməməsi müəyyən olunduğu üçün iddia mümkün iddiadır. İddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçı cəmiyyətin hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Belə ki, “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin tələbləri pozularaq, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxx 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”nın A seksiyasına əsasən “Sair meyvə ağacları, digər qruplara daxil edilməyən sair ağaclar, digər qruplara daxil edilməyən sair meyvə ağacları və qoz-fındıq ” kənd təsərrüfatı məhsulları kimi təsnifləşdirilmişdir. Qeyd olunanlara əsasən qoz ağacı (onun kötüyü) kənd təsərrüfatı məhsullarına aid edildiyindən vergi ödəyicisi tərəfindən fiziki şəxslərə məxsus həyətyanı torpaq sahələrində becərilmiş qoz ağacının alışı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə uyğun olaraq nağd qaydada həyata keçirilə bilər. İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən ona məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəlləninn 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassızdır. İddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. İddiaçı ona görə də həmin məhsulun (qoz ağacı və onun kök hissəsinin) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin yuxarıda qeyd olunan normasının tələblərini pozmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə keçirilən vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə aparılmış qanunsuz yoxlamanın nəticəsi olan mübahisə predmeti olan qərar ləğv olunmalıdır. Şərh olunan qanuvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı cəmiyyətdə keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti qanunsuz inzibati akt ləğv olunmalıdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1, və 110.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı X8 İddiaçı MMC barəsində qəbul olunmuş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7837 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar