Məhkəmə qərarları › İş №2-1(116)-2846/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2846/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2846/2025 26.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Gəncə prospekti, ev 77, mənzil 97) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə (yerləşdiyi yer: Ucar şəhəri, H.Əliyev prospekti, 2-ci döngə, 25) (üçüncü şəxs – Ucar rayonu Qarabörk bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Ucar rayonu, Qarabörk kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə Qarabörk kəndi ərazisində fərdi mənzil tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. Qərar qəbul olunarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsindən və Ucar RİH Memarlıq və tikinti şöbəsindən rəylər alınmışdır. Qərar qəbul olunduqdan sonra “torpaqların alqı-satqısına dair akt” tərtib olunmuş, akt İddiaçı, bələdiyyənin və DTXK yerli qurumunun nümayəndələrinin imzaları və müvafiq möhürlərlə təsdiqlənmişdir. İddiaçı həmin qərar əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 19 mart 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin müayinəsi zamanı uyğunsuzluğun aşkar olunması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. Məhkəmənin 10 iyun 2025-ci il tarixli qərardadı ilə Ucar rayonu Qarabörk bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırır ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə ona 600 kv.m torpaq sahəsi satılmışdır. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 16 saylı Ucar İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina üçün səbəb göstərilmişdir ki, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları JN-421A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə üstüstə düşür. Həyətyanı məqsədilə ayrılmış həmin torpaq sahəsi qərb tərəfdən su arxı, şimal, cənub və şərq tərəflərdən isə həyətyanı torpaq sahələri ilə əhatə olunur, orada yaşayış evləri tikilmişdir və kommunikasiya xətləri mövcuddur. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və qurumun mövqeyi belədir ki, İddiaçı Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə ona satılmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının göstərdiyi torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına tərtib olunmuş JN-421A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə icraatında DƏDKR 16 saylı Ucar Ərazi İdarəsindən məhkəmənin müvafiq müraciəti üzrə aşağıdakı məzmunda mütəxəssis rəyi alınmışdır: - Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı ləğv edilmiş DTXK Ucar rayon şöbəsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş torpaqayırma sxemi yerquruluşu qaydasında tərtib edilmədiyi üçün torpaq sahəsinin yerləşmə vəziyyətini müəyən etmək mümkün olmamışdır. 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş sxem (yerquruluşu planı) üzərində qələmlə koordinatlar əlavə edilmiş, sözügedən koordinatlarla müəyyənləşən 613 kv.m torpaq sahəsinin 463 kv.m hissəsi iddiaçının baxış zamanı naturada göstərdiyi, iddia etdiyini bildirdiyi 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşür, qalan 150 kv.m hissəsi isə 6 metr şərq istiqamətinə düşür. İddiaçının naturada göstərdiyi 600 kv.m torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Qarabörk kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DWG) yaşayış məntqəsinin sərhəddi daxilində yerləşməklə 238 kv.m hissəsi xüsusi mülkiyyətə aid JN-421A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 362 kv.m hissəsi 1180B kimi işarələnmiş bələdiyyə mülkiyyətinə aid konturla üst-üstə düşür. İddiaçının naturada göstərdiyi 600 kv.m torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan X7 X11 məlumatlarında (TEKUİS-AzCad) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı torpaq sahələri uqodiyalı, bələdiyyə mülkiyyəti olaraq göstərilmiş əraziyə düşür. Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı ləğv edilmiş DTXK Ucar rayon şöbəsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş torpaqayırma sxeminə qələmlə əlavə edilmiş koordinatlarla müəyyənləşən 613 kv.m torpaq sahəsi Qarabörk kəndinin kompleks yerquruluşu islahat layihəsində (DWG) yaşayış məntəqəsinin sərhədi daxilində yerləşməklə 197 kv.m hissəsi JN-421A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 306 kv.m hissəsi 1180B kimi işarələnmiş bələdiyyə mülkiyyətinə aid konturla, qalan 110 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yol kimi göstərilən, hazırda faktiki olaraq arx olan ərazi ilə üst-üstə düşür. Bələdiyyənin qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı ləğv edilmiş DTXK Ucar rayon şöbəsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş torpaqayırma sxeminə qələmlə əlavə edilmiş koordinatlarla müəyyənləşən 613 kv.m torpaq sahəsinin TEKUİS-AzCad məlumatlarında yaşayış məntqələrinin torpaqları kateqoriyalı olmaqla 119 kv.m hissəsi su arxı ilə, 494 kv.m hissəsi bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahələri ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tədqiqat obyektinə baxış üçün ərazidə olduqda özünü Mehparə Xudiyeva olaraq təqdim edən şəxs naturada göstərilən 600 kv.m torpaq sahəsinin onun və ailə üzvlərinin faktiki istifadə etdikləri qapalı həyət daxilində yerləşən torpaq sahəsinin 600 kv.m hissəsi olduğunu, sözügedən 600 kv.m torpaq sahəsinin qohumu tərəfindən iddiaçıya sözlü olaraq satıldığını bildirmiş və ölçmə işlərinə narazılıq etmədiyini bildirmişdir. Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən JN-421A nömrəli (KOD 9040518) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X6 mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsini notarial qaydada X1 ilə alqı-satqı etmiş, X1 isə Ukrayna Respublikası vətəndaşı olan X2 bağışlamışdır. X3 xarici ölkə vətəndaşı olduğu üçün torpaq sahəsi üzərində yerləşən tikili ilə bağlı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, torpaq sahəsi isə istifadəsində (**********54-10301 reyestr nömrəli) saxlanılmışdır.İdarənin elektron baza məlumatlarında iddiaçının naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin 67.5 kv.m hissəsi X5 adına tərtib edilmiş **********71-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı ləğv edilmiş DTXK Ucar rayon şöbəsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş torpaqayırma sxeminə qələmlə əlavə edilmiş koordinatlarla müəyyənləşən 613 kv.m torpaq sahəsinin 72.7 kv.m hissəsi X5 adına tərtib edilmiş **********71-10301 reyestr nömrəli çıxarışla üst-üstə düşür. İddiaçının naturada göstərdiyi 600 kv.m torpaq sahəsi ilə su arxı arasında 3 metr, aşağı təzyiqli qaz xətti arasında 7 metr, 10 kvt-luq elektrik xətti ilə 35 metr məsafə mövcuddur. **********71- 10301 reyestr nömrəli, **********54-10301 reyestr nömrəli çıxarışlarda torpaq sahələri bələdiyyə mülkiyyəti olaraq göstərilsə də, sözügedən çıxarışlarda torpaq sahələri əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqları ləğv edilməmiş, saxlanılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə onlara bildiriş göndərilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : İddianın mümkünlüyü: İddia “600 kv.m torpaq sahəsi üzərində hüququn X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə qeydiyyata alınması” hissəsində mümkünsüzdür, Qalan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” hissəsində mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin müəyyən hissəsi torpağın mülkiyyətə verilməsinə dair JN-421A nömrəli şəhadətnamə ilə X6 mülkiyyətində olmuş və hazırda X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən və sonuncunun mülkiyyət hüququ reyestrdə qeydiyyata alınmaqla bu qeydiyyat qüvvədə olduğundan, iddiaçının iddiasına həmin hissədə baxıla bilməz. Odur ki, iddia bu hissədə mümkünsüzdür. Cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsinə münasibətdə inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın həmin hissədə mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia bu hissədə mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ucar rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Ucar rayonunun ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının ona ayrılmış 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İş materiallarından görünür ki, DTXK Ucar rayon şöbəsi Ucar rayonunun Qarabörk bələdiyyəsinə aşağıdakı məzmunda rəy ünvanlamışdır: - Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında», «Torpaq bazarı haqqında» qanunlara, Azərbaycan Respublikasının 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş «Torpaqların alqı-satqısı qaydaları»na və Nazirlər Kabinetinin 23 iyun 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Ucar rayonunun Qazıqumlaq kənd sakini İddiaçı Qarabörk bələdiyyəsinin mülkiyyətində olan satılması nəzərdə tutulan 600 kv.m həyətyanı torpaq sahəsinin İddiaçı satılmasına DTXK Ucar rayon şöbəsi etiraz etmir. İş materiallarından görünür ki, Ucar RİH Memarlıq və tikinti şöbəsi Ucar rayonu Qarabörk bələdiyyəsinə aşağıdakı məzmunda rəy ünvanlamışdır: - Azərbaycan Respublikasının 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında Əsasnamə»nin 24-cü maddəsinə uyğun olaraq Ucar rayonu Qarabörk bələdiyyəsinin mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə İddiaçı verilməsinə Ucar RİH Memarlıq və tikinti şöbəsi etiraz etmir. İş materiallarında olan Ucar rayonu Qarabörk bələdiyyəsinin 12 saylı 29 aprel 2025ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə 600 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydiyyat alınmasına Qarabörk bələdiyyəsi etiraz etmir. Həmin qərar hazırda qüvvədədir. İş materiallarından görünür ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli iclasında İddiaçı müraciəti, DTXK yerli qurumunun rəyi nəzərə alınaraq, ona bələdiyyənin ərazisində yerləşən 600 kv.m fərdi yaşayış evinin tikintisi üçün satılması qərara alınmışdır. İş materiallarından görünür ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsi ilə bağlı Qarabörk bələdiyyəsinin və DTXK Ucar rayon şöbəsinin nümayəndələrii və İddiaçı tərəfindən “Torpaqların alqısatqısına dair akt” imzalanmış və həmin akt Qarabörk bələdiyyəsinin və DTXK Ucar rayon şöbəsinin möhürləri ilə təsdiqlənmişdir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı (protokolu) müvafiq torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarına (protokoluna) münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsi ilə bağlı X6 torpağın mülkiyyətə verilməsinə dair JN-421A nömrəli (KOD 9040518) şəhadətnamə mövcuddur. Bu dəlillə əlaqədar qeyd olunmalıdır ki, iddia olunan 600 kv.m torpaq sahəsinin X6 mülkiyyətində olmuş və hazırda X9 məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissəsində iddia mükün sayılmamışdır. Hazırda mübahisə predmeti kimi Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin qalan hissəsi çıxış edir. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Ucar rayonu Qarabörk bələdiyəsinin 28 iyun 2006-cı il tarixli 6 saylı iclasının qərarı ilə ona satılmış 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan müvafiq torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması, eləcə də yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi İddiaçı ona Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-cı il tarixli 6 nömrəli qərarı ilə ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-ci il tarixli 6 saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış və faktiki naturada ölçülmüş 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Ucar rayonu Qarabörk bələdiyyəsinin 28 iyun 2006-ci il tarixli 6 saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış və faktiki naturada ölçülmüş 600 kv.m torpaq sahəsinin “X9 məxsus **********71-10301 reyestr nömrəli reyestrdən çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissəsi” istisna olmaqla qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar