Məhkəmə qərarları › İş №2-1(116)-2887/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2887/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2887/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Zaqatala ş., S.Qazıyeva küçəsi, ev 20, mənzil 4) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (yerləşdiyi yer: Zaqatala ş., F.Əmirov küçəsi 173) qarşı «mənzilə mülkiyyət huququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzili hər birinə 1/2 hissə olmaqla X3 və hazırkı İddiaçı ümumi paylı mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində sözügedən mənzilə X3 mülkiyyət hüququ 25 noyabr 2019-cu il tarixdə, İddiaçı hüququ isə, 29 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin paylı mülkiyyətçisi X1 Rayon Məhkəməsində digər payçı İddiaçı qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin yarısının dəyəri kimi 15.000 manat pul vəsaitinin İddiaçı tutularaq ona ödənilməsi, bu mümkün olmazsa mənzilin açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin aralarında bölünməsi tələbini irəli sürərək iddia qaldırmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı, ümumi sahəsi 38,6 kv.m olan mənzilinin dəyəri olan 23.160 manat pul vəsaitnin yarısı kimi 11.580 manat pul vəsaiti İddiaçı alınaraq X4 ödənilməklə tərəflərin paylı mülkiyyətində olan həmin mənzildə X3 payına hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə 4 noyabr 2022-ci il tarixdə qüvvəyə minmişdir, qətnamə əsasında verilmiş 10 noyabr 2022-ci il tarixli icra sənədi Zaqatala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. «İcra haqqında» Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmurunun 18 aprel 2024-cü il tarixli qərarı ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı iş üzrə 10 noyabr 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra payı alan Hacıyeva X2 şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzilinə onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh həmin məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı onun mənzilə tam mülkiyyət huququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini belə əsaslandırır ki, məhkəmə qətnaməsi ilə Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin paylı mülkiyyətdə olan 4 saylı mənzilinə digər payçının mülkiyyət hüququ onun xeyrinə itirilmişdir. Qətnamə qüvvəyə minmiş və icra olunmuşdur. Onun mənzilə tam mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə həm özü, həm də icra şöbəsi müraciət etmişdir. Cavabdehin imtinası əsassızdır. Mənzilə onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh iddiaya qarşı etiraz edir və iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Cavabdeh mövqeyini özünün imtina məktubundakı dəlili – Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə onun (Ərazi İdarəsinin) üzərinə hər hansı öhdəlik qoyulmaması ilə əsaslandırır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Zaqatala rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Zaqatala rayonu (şəhəri) ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin iddiaçının Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzilinə tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu əsaslar sırasında nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə Zaqatala Rayon Məhkəməsinin 2(033)-242/2022 saylı iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin paylı mülkiyyətdə olan 4 saylı mənzilinin dəyərinin yarısı kimi müvafiq məbləğdə pul vəsaiti payçı kimi hazırkı İddiaçı alınaraq digər payçı X4 ödənilmiş və bununla da mənzildə X3 payına hüquqları itirilmişdir. Yəni sözügedən mənzil hazırkı İddiaçı tam mülkiyyətinə keçmişdir. Bunu əsas gətirərək İddiaçı cavabdeh inzibati orqanın həmin mənzil üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından “məhkəmə qətnaməsi ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmaması” əsası ilə imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə üzrə qəbul olunan qətnamə ilə inzibati orqanın üzərinə mənzilə hüququn qeydiyyata alınması barədə hər hansı öhdəlik qoyula bilməz, lakin belə öhdəliyin olmaması həmin daşınmaz əmlaka hüququn ayrıca inzibati icraatda qeydiyyata alınmasından imtina üçün əsas deyil. Hazırkı iddiaçının qeyd olunan məhkəmə qətnaməsinə istinadən əlavə ərizə ilə cavabdeh inzibati orqana müraciəti ayrıca inzibati icraatın başlanmasına əsas olmuşdur və bu icraat çərçivəsində iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsində qeydiyyat üçün əsas kimi nəzərdə tutulmuş “məhkəmə qətnaməsi”ni təqdim etmişdir. İddiaçının təqdim etdiyi qüvvəyə minmiş məhkəmə aktı ilə Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzilinə X3 1/2 payı dəyəri ödənilməklə digər 1/2 paya malik olan hazırkı İddiaçı mülkiyyətinə keçmişdir. Həmçinin forma və məzmun baxımından fərqlənsə də, məhkəmə qərarı və notarial qaydada rəsmiləşdirilmiş müqavilə daşınmaz əmlak üzərində qeydiyyata münasibətdə eyni xassəli əsas kimi çıxış edə bilər. Odur ki, cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin “məhkəmə qətnaməsi ilə müvafiq öhdəliyin qoyulmaması” dəlili üzrə imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi olaraq hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənzilə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik ona dair texniki pasportun tərtib edilməsini və reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Zaqatala şəhəri, S.Qazıyeva küçəsi, 20 saylı evin 4 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar