Məhkəmə qərarları › İş №2-1(116)-289/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-289/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-289/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı N992-ci ilin sentyabr ayında Şəki rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidmətdə olduğu N994-cü ilin aprel ayında onu və digər əsgər yoldaşlarını N saylı hərbi hissəyə düşmənlərlə döyüşmək üçün gətirmişlər. İddiaçı Füzuli- Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra iddiaçı hərbi xidmətini başa vurmuş və onun hərbi xidmətini başa vurmağına dair hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 09.NN.20N9-cu il tarixli, N/N-N59N7 nömrəli imtina məktubunda qeyd edilir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 08.NN.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Belə ki, Mərkəzi Arxivin 06.08.20N9-cu il tarixli 9/2-NN047 nömrəli arayışında iddiaçının N nömrəli hərbi hissəyə daxil olması tarixi dəqiq bilinmədiyindən və hərbi biletinin N5-ci qrafasında N nömrəli hərbi hissəyə daxil olmasının tarixi 20.04.N995-ci il göstərildiyindən iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh orqan iddiaçının iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya verdiyi 06.08.20N9-cu il tarixli, 9/2-NN047 nömrəli arxiv arayışında qeyd edilir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: 0N.0N.N994-08.N2.N999 №-2; səh,- NN4, sıra-N00; qeyd: məlumatda atasının adı Abuzər yazılmışdır) 30.09.N992ci il tarixdə Şəki RHK-dan çağırılmış İddiaçı Abuzər oğlunun Müdafiə nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edilərək, komandirin N0.NN.N996-cı il tarixli 303 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısına daxil edilməsi barədə müvafiq qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 30.09.N996-cı il tarixli müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı Abuzər oğlu N №-li hərbi hissə komandirinin N0 noyabr N996-cı il tarixli 303 №-li əmrilə (əsas: səh.-N00, §N, sıra-6; qeyd: əmrdə atasının adı Abuzər yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. İş materiallarında olan iddiaçının ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətində 3-cü səhifədə qeyd edilir ki, iddiaçı 30.09.N996-cı il tarixli, N94 saylı əmrlə 26.N0.N996-cı il tarixdən ordudan tərxis edilmişdir. Hərbi biletin 4-cü səhifəsində qeydlərdən görünür ki, iddiaçı N və N nömrəli hərbi hissələrdə xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində qeyd edilir ki, iddiaçı N0.04.N994-cü il tarixdən N5.05.N994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 28.N0.2020-ci il tarixli, N89-27NN2-N220 nömrəli məktubuna əlavə edilən 9 nömrəli əlavədə qeyd edilir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-Sorğu kartotekasında iddiaçı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 09.NN.2020-ci il tarixli, N9N2 nömrəli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 05.N0.N992-ci il tarixdən 04.04.N994-cü il tarixədək N nömrəli hərbi hissədə, 05.04.N994-cü il tarixdən NN.NN.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Qeydiyyat kartasında iddiaçının N0.04.N994-cü il tarixdən N5.05.N994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əmliyyatlarında iştirak etməsi qeyd edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin 20.04.N994-cü il tarixli, 93 nömrəli əmrindən arxiv çıxarışına əsasən müəyyən edilir ki, iddiaçı N9.04.N994-cü il tarixdə N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş və bütün növ qazan təminatlarına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə naziri general-leytenant S.Əbiyevin 30.09.N996-cı il tarixli əmrinin surətindən müəyyən edilir ki, N996-cı ilin oktyabr ayının 25-dən noyabr ayının N5-dək 3N.N2.N992-ci ilədək həqiqi hərbi xidmətə çağırılmış hərbçilər, həmçinin ali təhsilli olub N996-cı ilin noyabr ayınadək 2 il və daha çox xidmət etmiş şəxslər ordudan tərxis olunmuşlar. Qeyd olunan əmr əsasında N nömrəli hərbi hissə komandirinin N0.NN.N996-cı il tarixli, 303 nömrəli əmri ilə iddiaçı ordudan tərxis edilmiş və qeydiyyata düşmək üçün Şəki RHK-na göndərilmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun N6.NN.2020-ci il tarixli, N6/4000 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Prokurorluqda təqsirləndirici material və ya cinayət işi qeydə alınmamışdır. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun N9.NN.2020-ci il tarixli, 22HP5282 nömrəli məktubunda qeyd edilir ki, N974-cü il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun 04.N2.2020-ci il tarixli, N8/48NN nömrəli məktubudna qeyd edilir ki, iddiaçı barəsində prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Hüquq İdarəsinin 20.05.202N-ci il tarixli, NN/2402 nömrəli məktubuna əlavə edilən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın Hüquq İdarəsinə ünvanladığı məktubunun surətindən müəyyən edilir ki, N nömrəli hərbi hissə 22.0N.N992-ci il tarixdən N2.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 06 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İşin məhkəmə araşdırmasından məlum olduğu kimi iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, qanuni əsaslarla ordudan tərxis edilmişdir. İş materiallarında olan sənədlərdən və əmrlərin təsdiqlənmiş surətindən iddiaçının N və N nömrəli hərbi hissədəki xidməti tam təsdiq olunur. N №-li hərbi hissənin 22.0N.N992-ci ildən N2.05.N994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi və iddiaçının həmin dövrdə (N9.04.N994-N2.05.N994) həmin hərbi hissədə xidmət etməsi əmrlərdən çıxarışlarla, qeydiyyat kartasının təsdiqlənmiş surəti ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar