Məhkəmə qərarları › İş №2-1(116)-289/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-289/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-289/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinə qarşı “İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 5 ünvanında yerləşən atası X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə eyni həyətyanı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı şəhəri, H.Əliyev pr., dalan 4, ev 5 ünvanında yerləşən, atası X1 mülkiyyətində olan 138,8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 0,06 ha qanuni, 0,05-0,06 ha faktiki istifadədə olmaqla cəmi 0,11-0,12 ha həyətyanı torpaq sahəsinin 0,06 ha faktiki istifadədə olan hissəsinin satınalma üstünlüyü əsasında ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, “İsmayıllı bələdiyyəsinin ona fərdi yaşayış evinin tikintisi üçün satılacaq həyətyanı torpaq sahəsinin İsmayıllı şəhərinin “Qəzli” adlanan ərazisindən deyil, faktiki istifadəsində olan İsmayıllı şəhəri, H.Əliyev pr., dalan 4, ev 5 ünvanında yerləşən, atası X1 mülkiyyətində olan fərdi yaşayış evinin 0,06 ha qanuni, 0,06 ha faktiki istifadədə olmaqla cəmi 0,12 ha həyətyanı torpaq sahəsinin 0,06 ha faktiki istifadəsində olan hissəsindən satılmasının bələdiyyə iclasında müzakirə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı yenidən tələbini dəqiqləşdirərək “İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 5 ünvanında yerləşən atası X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə eyni həyətyanı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək iddia ərizəsinini geri qaytarılmasını xahiş etmişdir. Hazırkı iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddiaçının ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq məhkəməyə “iddianın geri götürülmüş sayılması barədə” təqdim etdiyindən, o, hazırki iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinə qarşı “İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 4, ev 5 ünvanında yerləşən atası X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə eyni həyətyanı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar