Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2899/2023 21.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçıya məxsus AA 4364084, xxxxxxx fərdi identifikasıya nömrəli şəxsiyyət vəsiqəsinin “doğulduğu tarix” qrafasına doğum tarixinin 05 iyun 1963-cü il daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus AA 4364084, xxxxxxx fərdi identifikasıya nömrəli şəxsiyyət vəsiqəsinin “doğulduğu tarix” qrafasına doğum tarixinin 05 iyun 1963-cü il daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 iyul 1963-cü il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. Bu barədə doğum akt qeydi açılmış və həmin akt qeydi əsasında iddiaçıya АЗ 280794 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə valideynlərinə aid məlumatlar, doğum yeri, eləcə də doğum tarixi dəqiq qeyd edilmişdir. Qeyd edilən doğum şəhadətnaməsi əsasənda iddiaçıya şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin,şəxsiyyət vəsiqəsində doğulduğu il göstərilsə də, doğulduğu gün, ay göstərilməmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciət edilərək, iddiaçıya verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin “doğulduğu tarix” qrafasında müvafiq dəyişiklik edilərək, doğum gününün “5” ayının isə “iyun” kimi qeyd edilməsini xahiş edilmişdir. İddiaçının müraciətinə baxılmış və cavabdeh tərəfindən imtina edilmişdir. Lakin, ona bunun mülki məsələ olduğunu və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. AA 301910 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Komitənin xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçıya “məcburi köçkün” statusu verilmişdir.
3. AЗ 280794 seriya nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur.
4. 196625 nömrəli vəsiqədən görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdə əlillik verilmişdir.
5. 347 nömrəli arayışdan görünür ki, iddiaçı Ərəbcəbirli kəndi, bina 1, mənzil 56 ünvanında müvəqqəti məskunlaşmışdır.
6. Vİ-ЖГ 413760 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X2 xx.xx.1995-ci il tarixdə nikah bağlamışdır.
7. AZ-İİ 301549 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2- 505/2023 nömrəli məktubuna əlavə edilmiş iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının adı “Xuvlar”, soyadı “Vəliyeva”, ata adı “Bəhlul”, doğulduğu yer Şuşa rayonu, Sovxoz Turşsu, doğulduğu il xx.xx.1963-cü il, həyat yoldaşı X9, uşağı X1 Aytən Zakir qızı və X7, atası X5, ünvanı Xocalı rayonu göstərilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Əhalisinin Dövlət Reyestri Xidmətinin elektron reyestr məlumatlarına əsasən iddiaçının doğum tarixi ilkin sənədlərə əsasən dəqiq qeyd edilmiş, baza məlumatlarına əsasən də xx.xx.1963-cü il təvəllüdlü olduğu təsdiqini tapır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Həmin Qanunun 3-cü maddəsi: Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əlbarmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri);[9] vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərmanın 5.2-ci maddəsinə əsasən həmin Qanunun 4-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə iddiaçıya doğum tarixinin “05 iyun 1963-cü il” qeyd olunan yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. İddiaçı (FİN xxxxxxx) “doğulduğu tarix” qrafasında doğum tarixi “05 iyun 1963-cü il” kimi qeyd olunan yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə