Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-29/2020 28.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı MMC-nin Cavabdehnə (3-cü şəxslər "xxxx" MMC, DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi) qarşı “Cavabdeh başçısının 06.06.2017-ci il tarixli 48 nömrəli və 24.11.2017ci il tarixli 116 nömrəli sərəncamlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdehnə (3-cü şəxslər "xxxx" MMC, DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının 06.06.2017-ci il tarixli 48 nömrəli və 24.11.2017-ci il tarixli 116 nömrəli sərəncamlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 13.02.2019-cu il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli 2-1(84)-536/2019 nömrəli qərardadına əsasən iş üzrə icraat Göyçay rayon Məhkəməsinin 2(046)-1697/2018 nömrəli mülki işinə baxılıb qurtarana qədər dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin 01.07.2020-ci il tarixli 2-1(116)-29/2020 nömrəli qərardadına əsasən Göyçay rayon Məhkəməsinin 01.06.2020-ci il tarixli 2(046)-1697/2018 nömrəli məktubuna və həmin məktuba əlavə olunmuş 17 yanvar 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş Şəki Apelyasiya Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(107)-3123/2019 nömrəli qərardadına əsasən 2-1(116)-29/2020 nömrəli iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və 24 avqust 2020-ci il tarixə saat 12:30-a məhkəmə baxışı iclası təyin olunmuşdur. İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 20.07.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında yaranmış mübahisə artıq həll olunduğundan iddiadan imtina etdildiyini bildirmiş və bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddiadan imtina edilməsi hazırki halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün 24.08.2020-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə baxışı iclasının keçirilməsinə icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə (3-cü şəxslər "xxxx" MMC, DƏDRX-in 16 saylı Ucar Ərazi İdarəsi) qarşı “Cavabdeh başçısının 06.06.2017-ci il tarixli 48 nömrəli və 24.11.2017ci il tarixli 116 nömrəli sərəncamlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-29/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-29/2020
28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver