Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-29/2021 23.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, onun vəkili X16, Cavabdehin nümayəndəsi Hacı-X4, Üçüncü şəxsin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X29rşı “texniki səhv səbəbindən X17 adına verilmiş JN-053F və JN-053G nömrəli Şəhadətnamələrin və X2, X19 və X13 adına verilmiş JN-084A nömrəli Şəhadətnamənin ləğv edilməsi və Neli Sukaşvilinin adına verilmiş şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X6, X27 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X29rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki səhv səbəbindən X17 adına verilmiş JN-053F və JN- 053G nömrəli Şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X6, X27 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, texniki səhv səbəbi ilə mərhum babası X6, X27 və X7 Aqrar İslahatla əlaqədar verilmiş 0.07 və 0.08 ha torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair JN-053F və JN-053G nömrəli X14 Vasoyevnanın adına işlənilmişdir. Həmin 0.07 ha və 0.08 ha torpaq sahələri həmişə iddiaçının babası və nənəsinin olmuş, həmin torpaqda tikilmiş ev babasına məxsus olmaqla onun tərəfindən tikilmiş, babası öz ailəsi ilə həmişə o evdə yaşamış və hər iki torpaq sahəsi həmişə babası və nənəsinin ailəsinə məxsus olmuşdur. İddiaçının mərhum nənəsi öz əmlakını xx xxxxxxx 2000-ci il tarixli vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. X17 istifadəsində olmuş və faktiki yaşadığı və həmişə ona məxsus olmuş 0.13 ha torpaq sahəsi isə səhvən JN-084A nömrəli şəhadətnamə ilə iddiaçının babası və nənəsıinin adına işlənilmişdir. Həmin torpaq sahəsi heç vaxt iddiaçının babası və nənəsinə məxsus olmamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, texniki səhvin aradan qaldırılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və “texniki səhv səbəbindən X17 adına verilmiş JN-053F və JN- 053G nömrəli Şəhadətnamələrin və X2, X19 və X13 adına verilmiş JN-084A nömrəli Şəhadətnamənin ləğv edilməsi və Neli Sukaşvilinin adına verilmiş şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X6, X27 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********92 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Qaxingiloy kəndində 0.13 ha həyətyanı torpaq sahəsinə X6, X24, X13 adlarına verilmiş kod 40309028, JN-084A saylı, X17 adına Qax rayonu, Qaxingiloy kəndində 0.07 ha həyətyanı torpaq sahəsinə verilmiş kod 40309028, JN-053F saylı və Qax rayonu Qaxingiloy kəndində 0.08 ha həyətyanı torpaq sahəsinə verilmiş kod 40309028, JN-053G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr mövcuddur. Vətəndaş texniki səhvin aradan qaldırılmaqla X17 adına 0.07 ha və 0.08 ha torpaq sahələrinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilərək, X8, X25 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məqsədi ilə ərazi idarəsinə müraciət etmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, müraciətin icrasından imtina edilərək aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. İddia ərizəsində texniki səhv səbəbli verilmiş kod 40309028, JN-053F və JN-053G saylı şəhadətnamələrin ləğv edilməsi göstərilsə də, səhv verilmiş kod 40309028, JN-084A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi qoyulmamışdır. İddaçının faktiki istifadəsində olan sahə ilə ləğvi tələb olunan sahələr üstü-üstə düşür. Məhkəmənin 2-1(116)-139/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan JN-084A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi X6, X27 və X13 mülkiyyətinə verilmişdir. İş materiallarında olan vəsiyyətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X27 Qax İngiloy kəndində yerləşən evini və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi X17 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-053F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi X17 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********96 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.1261 hektar və 0.0718 hektardır. X17 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 0.1017 hektardır. JN-053F, JN-053G və JN-084A nömrəli Şəhadətnamələrin ölçüləri JN-053F/0.07 hektar, JN-053G/0.08 hektar, JN-G84A/0.13 hektardır. JN-053F nömrəli şəhadətnamə üzrə torpaq sahəsini İddiaçı, JN-053G nömrəli şəhadətnamə üzrə torpaq sahəsini İddiaçı, JN-084A nömrəli şəhadətnamə üzrə torpaq sahəsini X26 faktiki istifadə edirlər. İş materiallarında olan torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Neli Sukaşviliyə 0.15 ha həyətyanı torpaq sahəsi, X9 və ailə üzvlərinə 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X20 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 085167 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X22 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X20 və X15 atası X21, anası X3. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi rayonda aqrar islahat aparılan zaman X10, X27, X18 və X1i istifadələrində olan torpaq sahələrinə şəhadətnamələr tərtib olunarkən texniki səhvə yol verilmiş, X1i istifadəsində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə X10, X27, X13 adı qeyd edilmiş, onların qanuni istifadələrində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə X17 adı qeyd olunmuşdur. İddia tələbinin şəhadətnamələrin ləğv edilməsi hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, 2016-cı ilin fevral ayına qədər qüvvədə olmuş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 8-ci bəndinə görə verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağan idi. Həmin bənddə eyni zamanda qeyd olunurdu ki, dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Yəni qanunvericilik şəhadətnamə və dövlət aktı işlənərkən yol verilən səhvlərin, həmin şəhadətnamə və ya aktın «ləğv olunması» yolu ilə deyil, «düzəliş edilmə» yolu ilə aradan qalırılmasının mümkünlüyünü müəyyən etmişdi. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə düzəliş edilərək X17 adının çıxarılması, JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərə X10, X27 və X13 adının qeyd edilməsi və şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin X6, X27 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi, JN-084A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də isə düzəliş edilərək X10, X27 və X13 adlarının çıxarılması və X17 adının qeyd edilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddianın qismən təmin olunsa da, təmin edilməyən hissənin tələbin ümumi mahiyyətindən cüzi fərqləndiyi (nəticə etibarı ilə iddiaçının arzuladığı nəticəyə tam çatması) üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X31 üzərinə JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə düzəliş edilərək X17 adının çıxarılması, JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərə X10, X27 və X13 adının qeyd edilməsi və şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin X6, X27 və X13 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi, JN-084A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də isə düzəliş edilərək X10, X27 və X13 adlarının çıxarılması və X17 adının qeyd edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 234 manat 34 qəpik Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X30 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-29/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-29/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver