Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-290/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Alqı-satqı yolu ilə İsmayıllı Rayon Cülyan Bələdiyyəsindən əldə etdiyi ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, RX ******* saylı çıxarış əsasında hazırlanmış 425206 nömrəli AA-001876 saylı “Torpaq sahısinin planı və ölçüsünün” ləğv edilməsini, Torpaq sahəsinin kordinatlarının dəyişdirilməsi, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq döngə nöqtə nişanlarının yenidən işlənib verilməsini və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Alqı-satqı yolu ilə İsmayıllı Rayon Cülyan Bələdiyyəsindən əldə etdiyi ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, RX ******* saylı çıxarış əsasında hazırlanmış 425206 nömrəli AA-001876 saylı “Torpaq sahısinin planı və ölçüsünün” ləğv edilməsini, Torpaq sahəsinin kordinatlarının dəyişdirilməsi, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq döngə nöqtə nişanlarının yenidən işlənib verilməsini və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə iclasında iddiaçının iştirakı ilə işin halları ilə bağlı hüquqi müzakirə aparılmış, iddiaçıya izah edilmişdir ki, mütəxəssis rəyinə əsasən Cülyan bələdiyyəsinin hüdüdlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemindən çıxarışda göstərilən torpaq sahəsi ilə A seriyalı 425206 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə A seriyalı 425206 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi üst-üstə düşdüyü iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi və məhkəməyə müvafiq ərizəni təqdim etdi. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə, iradəsinə uyğun olaraq iddia ərizəsinin geri götürülməsini xahiş edir. İddiaçı hazırki mərhələdə iddia tələbinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini arzu etmir. Belə olan halda məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Alqı-satqı yolu ilə İsmayıllı Rayon Cülyan Bələdiyyəsindən əldə etdiyi ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, RX ******* saylı çıxarış əsasında hazırlanmış 425206 nömrəli AA-001876 saylı “Torpaq sahısinin planı və ölçüsünün” ləğv edilməsini, Torpaq sahəsinin kordinatlarının dəyişdirilməsi, torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq döngə nöqtə nişanlarının yenidən işlənib verilməsini və torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-290/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-290/2022
06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver