Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2934/2024 04.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi İddiaçı1 vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Abdullayeva (Muradlı) Elyanə Məzayir qızı və İddiaçı8 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı "Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X8, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X8, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi (vəkili) ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi barədə” vermiş olduğu ərizədən imtina etdiyini,iddia tələbinə ilkin iddia ərizəsi əsasında baxılmasını xahiş etdi.Ərizə məhkəmənin iclas protokolun qərardadı ilə qəbul edildi. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-926/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-347/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-926/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə qalmışdır. İddiaçı1 və vəkili Vəkil həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-152/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-347/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-926/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün qaytarılmışdır. İddia ərizəsinə əsasən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ümumi birgə mülkiyyətlərinə Zaqatala rayonu Yuxarı Tala kəndində 2,7016 ha kənd təsərrüfatı və 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 2,7016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanız mərhumlar X9 və X10, o cümlədən X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X2 və X6 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr və dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir.Həmçinin qeyd olunan məhkəmə qərarı ilə həmin əmlaklar üzərində X4 da qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Lakin, buna baxmayaraq iddiaçıda olan məlumata əsasən, qeyd olunan məhkəmə qətnaməsi əsas götürülərək iş üzrə cavabdeh inzibati orqan, X2 və X6 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanlız X4 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən qardaşı X4 mübahisə predmeti olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ müəyyən edilsə də, orada ona çatacaq pay qeyd edilməmişdir. Belə ki, X1 Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X4 X2 və X7 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyana torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi. Göründüyü kimi, iş üzrə cavabdeh Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən X2 və X6 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X4 hüquqlarını dövlət qeydiyyatına almağı qanunsuz və əsassız olmuşdur. Buna görə də hazırkı tələblə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir Cavabdeh orqan iddiaya xx.xx.2023-cü il tarixli etirazında Çıxarışın ləğvinin səlahiyyətində olmadığına dair münasibət bildirmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar,cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili iddianın təmini barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. 27.08.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.
2. 26.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi İddiaçı1, X9, X14 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.
3. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi;
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1852/2020 nömrəli qətanməsindən görünür ki, üçüncü şəxslər İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-294/2020 nömrəli qətanməsi dəyişdirilmədən saxlanılmışdır.
5. 12.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin X11 (2/3 hissə) və İddiaçı7 (1/3 hissə) paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı üç hissədən ibarətdir. İddiaçı ilkin olaraq Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2,X14 və İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışı mübahisələndirir. İddia tələbinin ikinci hissəsi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsindən ibarətdir. İddia tələbinin üçüncü hissəsi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində iddiaçıları da mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi məqsədi ilə 04 dekabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı kompenentlərdən ibarətdir :
1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.
2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini,arqumentlərini bildirmək imkanına malik olmalıdır. İddiaçılardan İddiaçı1 istisna olmaqla məhkəmə iclasında təmsil olunmamışdır.Birgə iddiaçılar iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçılar ilkin olaraq Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatı mübahisələndirirlər. İş materiallarından görünür ki,iddia edilən 0,32 ha torpaq sahəsi Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı ilə JN-915B saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə əsasında X9,X14 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçılar həmin Şəhadətnamə əsasında verilmiş torpaq sahəsinə dair ilkin qeydiyyatı mübahisələndirirlər,iddia tələbinin sonrakı hissələrinin mümkünlüyü və uğurluluq ehtimalı ilkin tələb əsasında müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki,iddiaçılardan İddiaçı7 istisna olmaqla digərlərinin hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyildir.Subyektiv hüquq olmadığı kimi həmin Şəhadətnamənin verildiyi tarixdən 20 ildən artıq müddət keçmişdir.Həmin dövr ərzində vərəsəliklə bağlı müvafiq sənədlər əldə edilmişdir.Həmin sənədlərin hüquqi taleyi Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında mülki icraat qaydasında həll edilmişdir. Qətnaməyə əsasən Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X9 və X12 məxsus hissəsi üzərində X4 qanun üzrə vərəsəlik huququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X9 və X12 məxsus miras əmlaka dair üçüncü şəxs İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Şəhadətnamələr əsasında X3, X8, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018- ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Bununla da iddia tələbinin ikinci və üçüncü hissəsinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur.Yəni,cavabdeh inzibati orqanın aparmış olduğu qeydiyyat qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında aparılmışıdr. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki,hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış,belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd edir ki,hazırkı iddia tələbi cavabdehin JN-915B saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə əsasında ilkin qeydiyyatına münasibətdə müddət baxımından,habelə birgə iddiaçıların subyektiv hüququnun mövcud olmaması səbəbindən mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Abdullayeva (Muradlı) Elyanə Məzayir qızı və İddiaçı8 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X8, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə