Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2946/2023 03.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli iclas protokolunda düzəliş aparılması, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli iclas protokolunda düzəliş aparılması, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1060/2022 saylı qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(107)-385/2022 saylı 7 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(107)-840/2023 saylı xx.xx.2023-cü il qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-385/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1060/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan, İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi - Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli iclas protokolunda düzəliş aparılması, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyahısına əlavə edilməsindən ibarətdir. Bu münasibətlərdə hüquq varisliyə yol verilmir. İddiaçının vəfat etməsi bu kimi hərəkətlərin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən işin icraatının dayandırılmasına yol verilmir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Vəkillər Kollegiyası İxtisas Komissiyasının xx.xx.2021-ci il tarixli iclas protokolunda düzəliş aparılması, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-2946/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2946/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver