Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2958/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-361A KOD 40501004 nömrəli Şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz (keçmiş Vartaşen) Şəhər XDS İcraiyyə Komitəsinin 28 mart 1985-ci il tarixli 6 saylı qərarı ilə ona 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və ev tikintisinə icazə verilmişdir. 27 aprel 1985-ci il tarixdə ev tikintisi barədə müqavilə təsdiq olunmuşdur. Həmin torpaq sahəsində ev inşa etdirmişdir. Lakin, islahat zamanı ona məlum olmayan səbəbdən torpaq sahəsinə Şəhadətnamə verilməmişdir. Cavabdeh orqana iddiaçıya, evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə X2 adına JN-361A saylı Şəhadətnamənin hazırlandığı bildirmişdir. İddiaçı ona məxsus evə və həyətyanı torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı cavabdeh oqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının müvafiq bəndləri ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı müraciəti ilə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Ərazi İdarəsinin arxivində iddia edilən 0,06 ha torpaq sahəsinə dair X2 adına JN-361A KOD 40501004 nömrəli Şəhadətnamə tərtib edilmişdir. X2 adına Oğuz rayon Aqrar İslahat Komissiyasının tərəfindən tərtib edilmiş JN- 361A KOD 40501004 nömrəli Şəhadətnamənin ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Eyni zamanda sözü gedən torpaq sahəsi ilə bağlı tərtib edilmiş alqı-satqı müqaviləsində də evin yerləşdiyi torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən ünvan 1 ünvanında yerləşən əmlaka aid qeydiyyata alınması barədə məlumat, JN-361A kod 40501004 olan şəhadətnamə, JN-361A kod 40501004 olan şəhadətnamə əsasında qeydiyyata alınmış əmlak, torpaq islahatı aparılan zaman İddiaçı adına ayrılmış torpaq sahəsinə tərtib edilmiş sənəd aşkar edilməmişdir. - Oğuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Azərbaycan SSR Vartaşen şəhər X5 İcraiyyə Komitəsinin iclasının xx.xx.1985-ci il tarixli 6 nömrəli protokolundan görünür ki, şəhər sakini İddiaçı adına 0,06 ha torpaq sahəsinin şəhər sovetinin kitabında qeyd olunması qərara alınmışdır. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2516/2023 nömrəli məktubuna əlavə olunmuş, Oğuz şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X2 adının qarşısında “həyətyanı torpaq sahəsi” 0,05 ha, zəbt olunan torpaq sahəsi”- 0,5 ha, “faktiki torpaq sahəsi”- A-0,0709 ha, AY-0,0095 ha, AN-0,0048 ha, F- 0,6351 ha, “ümumi torpaq sahəsi”-0,7203 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,1703 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,5500 ha, İddiaçı adının qarşısında “həyətyanı torpaq sahəsi” 0,06 ha, “faktiki torpaq sahəsi”- F- 0,0766 ha, “ümumi torpaq sahəsi”-0,0766 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,0166 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,0600 ha qeyd olunmuşdur. - Oğuz şəhər İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-68-12/2-171/2023 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 600 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ verilməsi barədə Oğuz (keçmiş Varteşen) şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 6 saylı qərarı və ona əlavə edilmiş sənədlər, həmçinin 1995-2012-ci illər uzrə təsərrüfatbaşına kitablar Dövlət Arxivinə təhvil verildiyindən həmin məlumatların verilməsi mümkün olmamışdır. 14 noyabr 2023-cü il tarixdə İddiaçı istifadəsində olan fərdi yaşayış evinin tikilməsi haqqında məlumatları dəqiqləşdirmək üçün İddiaçı qonşuları ilə evə baxış keçirilərək Akt tərtib olunmuşdur. Həmin məktuba əlavə olunmuş aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus həyətyanı torpaq sahəsində 1995-ci ildə hündür kürsülü 2 otaqdan ibarət ev tikib üstünü örtmüşdür. Həmin həyətdə 1986-cı ildə tikilmiş 2 otaqdan ibarət yardımçı tikilidə İddiaçı ailəsi ilə birlikdə yaşamışdır. O, hal-hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki,
1. JN-361A KOD 40501004 nömrəli Şəhadətnamənin nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyildir.
2. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0719 ha torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən JN-361A KOD 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür. Sözügedən Şəhadətnamənin nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi idarəsinin arxivində yoxdur. Həmin Şəhadətnamənin nüsxəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud olmadığına baxmayaraq, Oğuz şəhərinin subyektlər siyahısında 361 nömrə ilə X2 adı qeyd edilmişdir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0719 ha torpaq sahəsi X3 X4 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü 361A nömrəli xüsusi mülkiyyət göstərilmişdir. Sözügedən torpaq sahəsi digər mülkiyyətçilərə aid torpaq sahələri ilə üst-üstə düşmür.
3. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində fərdi yaşayış evi yerləşir. Fərdi yaşayış evinin hündürlüyü 7,8 metrdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarların (1.4) hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır. Cavabdehin iddiaya qarşı dəlili elektron uçot məlumatlarında sözügedən torpaq sahəsi ilə bağlı X2 adına JN-361A KOD 40501004 nömrəli Şəhadətnamənin mövcud olmasıdır. Lakin, cavabdeh orqan həmin məlumatların hansı sənədə əsasən qeyd edilməsini, o cümlədən müvafiq şəhadətnamənin arxiv nüsxəsini məhkəməyə təqdim edə bilmir. Tədqiq olunmuş sənədlərdən görünür ki, ümumiyyətlə X2 iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Buna baxmayaraq, elektron bazada hər hansı hüquqi əsas olmadan sözügedən şəxslə bağlı qeydlərin icra edilməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Hazırkı işin hallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Azərbaycan SSR Vartaşen şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçı tərəfindən 1995-ci ildə hündür kürsülü 2 otaqdan ibarət ev tikilmiş və həmin həyətdə 1986-cı ildə tikilmiş 2 otaqdan ibarət yardımçı tikilidə İddiaçı ailəsi ilə birlikdə yaşamışdır. İddia olunan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.4-cü bəndinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən Azərbaycan SSR Vartaşen şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 6 nömrəli qərarı iddia olunan torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün birbaşa hüquqi əsasdır. Odur ki cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 600 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.