Məhkəmə qərarları › İş №2-1(116)-297/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-297/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-297/2021 03.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Ucar şəhəri, Heydər Əliyev prospekti, 134 nömrəli binada yerləşən 4 nömrəli mənzilə adına müvafiq orderin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Ucar Rayon Mənzil X6 Sahəsi ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ucar Rayon Mənzil X6 Sahəsinin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar şəhəri, Heydər Əliyev prospekti, 134 nömrəli binada yerləşən 4 nömrəli mənzilə adına müvafiq orderin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Ucar Rayon Mənzil X6 Sahəsi ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ucar Rayon Mənzil X6 Sahəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.1993-cü il tarixli 189 saylı Sərəncamı ilə Cavabdeh mənzil komissiyasının xx.xx.1993-cü il tarixli 3 saylı iclasının qərarı təsdiq edilmiş və Ucar şəhəri, H.Əliyev prospekti, 134 saylı evdə yerləşən 4 otaqlı, 4 nömrəli mənzil 4 nəfər ailə üzvlərilə birlikdə iddiaçıya verilmişdir. Həmin vaxt iddiaçı torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyindən müvafiq orderi ala bilməmişdir. Sonradan, order almaq üçün Cavabdehnə müraciət etsə də Cavabdeh 22.12. 1993-cü il tarixli 189 saylı sərəncamı ilə təsdiq edilmiş Cavabdeh Mənzil komissiyasının xx.xx.1993-cü il tarixli 3 saylı iclasının qərarını əldə edə bilmədiyindən, iddiaçıya mülkiyyət faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı bununla bağlı Ucar Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli 2(063)-538/2012 saylı qətnaməsi ilə onun ərizəsi təmin olunaraq, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən 134 nömrəli binanın 4 nömrəli mənzilinin mülkiyyət huququnun iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra həmin qətnamə əsasında iddiaçıya Cavabdeh tərəfindən həmin evə xx xxxxxx 2012-ci il tarixli, 10 nömrəli order verilmişdir. Lakin həmin vaxtda iddiaçının evində yaşayan məcburi köçkün X4 qətnamədən narazı qalaraq ondan apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(106)-190/2014 nömrəli Qərardadı ilə qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(063)-538/2012 saylı qətnaməsi ləğv edilmişdir. Bundan sonra iddiaçının evində yaşayan məcburi köçkün X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək, iddiaçıya verilmiş orderin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(106)-190/2014 nömrəli Qərardadı ilə Ucar Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(063)-538/2012 saylı qətnaməsi ləğv edildiyi üçün Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli, 134 nömrəli Sərəncamı ilə təsdiq olunmuş və iddiaçıya verilmiş xx xxxxxx 2012-ci il tarixli, 10 nömrəli order Cavabdeh başçısı tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 179 saylı Sərəncamla ləğv edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 1010 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən yuxarıda qeyd olunanlara əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixə qədər qeyd olunan mənzildə məskunlaşmış X3 ailəsi ilə birlikdə qaçqın və məcburi köçkünlər üçün tikilmiş evlərdən mənzil verildiyi üçün o, qeyd olunan mənzildən çıxarılmış və İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciəti əsasında mənzil boşaldılaraq İddiaçı təhvil verilmişdir. Hazırda həmin mənzildə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinə əsasən rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara yaşadıqları mənzillər üçün order verilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh həmin mənzilə Rayon Mənzil X6 Sahəsi ilə İddiaçı adına kirayə müqaviləsinin bağlanılmasına və həmin mənzillə bağlı İddiaçı mülkiyyət hüquqlarının tanınmasına etiraz etmir. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbinin birinci hissəsi (Ucar şəhəri, Heydər Əliyev prospekti, 134 nömrəli binada yerləşən 4 nömrəli mənzilə adına müvafiq orderin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması) ilə bağlı məhkəmə bildirir ki, iddiaçıya Cavabdeh başçısının xx xxxxxx 2012-ci il tarixli, 134 nömrəli Sərəncamı ilə təsdiq olunmuş xx xxxxxx 2012-ci il tarixli 10 nömrəli order verilmişdir. Yuxarıda sadalanan səbəblərdən order ləğv edilmişdir. Cavabdeh orqanın da etirazında qeyd edildiyi kimi Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinə əsasən rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara yaşadıqları mənzillər üçün order verilməsi nəzərdə tutulmamışdır. Lakin bununla belə məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.1993-cü il tarixli 189 saylı Sərəncamı ilə Cavabdeh mənzil komissiyasının xx.xx.1993-cü il tarixli 3 saylı iclasının qərarı təsdiq edilmiş və Ucar şəhəri, H.Əliyev prospekti, 134 saylı evdə yerləşən 4 otaqlı, 4 nömrəli mənzil 4 nəfər ailə üzvlərilə birlikdə iddiaçıya verilmiş və xx.xx.1993-cü il tarixli 133 nömrəli order verilmişdir. Cavabdeh xx.xx.1993-cü il tarixli 189 saylı Sərəncamı, Cavabdeh mənzil komissiyasının xx.xx.1993cü il tarixli 3 saylı iclasının qərarı və xx.xx.1993-cü il tarixli 133 nömrəli order qüvvədədir və ləğv edilməmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçının hüquqi marağı mənzili özəlləşdirmək və müvafiq olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir. Bunun üçün isə iddiaçı müvafiq sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilər. İddia tələbinin ikinci hissəsi (Ucar Rayon Mənzil X6 Sahəsi ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ucar Rayon Mənzil X6 Sahəsinin üzərinə qoyulması) ilə bağlı məhkəmə bildirir ki, qeyd olunan tələblə bağlı işə rayon (şəhər) məhkəmələrində mülki qaydada baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onlar arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı Mənzil X6 Sahəsi ilə kirayə müqaviləsi bağlaya bilməməsi səbəbindən işıq, qaz və su kimi kommunal ehtiyacları təmin edən müəssisələrlə müqavilə bağlaya bilmir, bunun da həll edilməsi üçün iddiaçının irəli sürə biləcəyi tələb mülki xarakter daşıyır. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, iddiaçı Ucar Rayon Mənzil X5rşı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə və bununla da pozulmuş və ya pozulduğu güman edilən hüquqlarının bərpasına nail ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəm qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Ucar şəhəri, Heydər Əliyev prospekti, 134 nömrəli binada yerləşən 4 nömrəli mənzilə adına müvafiq orderin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və Ucar Rayon Mənzil X6 Sahəsi ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ucar Rayon Mənzil X6 Sahəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar