Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-299/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon Şöbəsinə qarşı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1962-ci il tarixdə Balakən rayon Qaysa kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. İddiaçı xx.xx.1989-cu ildən xx.xx.2001 ci il tarixədək Bakı şəhərində yerləşən Tikinti quraşdırma trestində, xx.xx.2002-ci ildən xx.xx.2005-ci il tarixədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işləmişdir. xx.xx.2019-cu ildə ona 2 qrup əlillik dərəcəsi verildiyinə görə əlilliyə görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmiş lakin, iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd edildiyinə baxmayaraq ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Bildirdilər ki, xx.xx.1992-ci ildən sonrakı dövrün iş stajları aylar üzrə hesablanmış əmək haqlarına əsasən müəyyən edilir. Onun xx.xx.1989-cu ildən xx.xx.2001-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən idarələrdə işlədiyi dövrün aylar üzrə əmək haqları barədə məlumatları təqdim etməlidir. Lakin iddiaçı həmin idarələr ləğv edildiyinə və həmin idarələri tapa bilmədiyinə görə həmin məlumatları təqdim edə bilməmişdir. Bu səbəbdən o, “xx.xx.1989-cu ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tardən 2-ci qrup əlillik dərəcəsi verilmiş və həmin tarixdə ona tələb olunan pensiya kapitalı 14650 manat olmuşdur. Onun təqdim etdiyi sənədlərə əsasən 13 il iş stajı və hər ilə 701 manat 47 qəpik kapital olmaqla 13 il x 701,47 = 9119,11 manat kapitalı olmuşdur. Beləki, 01 yanvar 1992-ci ildən sonrakı dövr üçün iş stajları sığorta haqlarına əsasən müəyyən edilir. Yəni işçiyə ödənilmiş əmək haqqından ayrılmış sığorta haqları hesabına həmin illər iş stajı kimi, sığorta stajına daxil edilə bilər. İddiaçı xx.xx.1992-ci ildən 2005-ci ilədək olan dövr üçün aylar üzrə əmək haqları alması barədə məlumatları şöbəyə təqdim edə bilməmişdir. Ona görədə həmin dövr sığorta stajına daxil edilərsə, tələb olunan pensiya kapitalı 15853 manat edərdi, bu da ona əlilliyə görə əmək pensiyası hüququnu yaradardı. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v surəti, TSEK-də sonuncu müayinəyə dair məlumat, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 278 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi bilet, AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçası, БТ-İ seriyalı ******* nömrəli əmək kitabçası, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********452600 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İşdə olan AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.2001-ci il tarixədək Azərsənayexüsusitikintiquraşdırma trestində 4-cü dərəcəli çilingər-santexnik, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" Dövlət Şirkəti Bakısənayemülkitikinti” Birliyi Mülkitikinti idarəsində 4-cü dərəcəli çilingər işləmişdir. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə əlilliyə görə əmək pensiyası almaq hüququnun reallaşmasından ibarətdir. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial X1 Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubuda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən 2ci qrup əlillik dərəcəsi verilmiş və həmin tarixdən ona tələb olunan pensiya kapitalı 14650 manat olmuşdur. Onun təqdim etdiyi sənədlərə əsasən 13 il iş stajı və hər ilə 701 manat 47 qəpik kapitalı olmaqla 13 il x 701,47 = 9119,11 manat kapitalı olmuşdur. İddiçaının xx.xx.1992-ci ildən 2005-ci ilədək olan dövr sığorta stajına daxil edilərsə, tələb olunan pensiya kapitalı 15853 manat edərdi, bu da ona əlilliyə görə əmək pensiyası hüququnu yaradardı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial X1 Rayon Şöbəsinin üzərinə İddiaçı “xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı şəhərində yerləşən Azərsənaye tikintiquraşdırma trestində çilingər, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək Bakı şəhərində yerləşən Mülkitikinti idarəsində çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Məhkəmə xərci iddiaçıya aid edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-299/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-299/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver