Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3/2020 04.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “0.33 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış obyektlərinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “0.33 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış obyektlərinə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisə edilən 0.33 ha torpaq sahəsi Balakən rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1983-cü il tarixli 10 saylı qərarı ilə Balakən rayonunda yeni yaradılmış təsərrüfatlararası təmir-tikinti müəssisəsi üçün Hənifə kəndinin “Lenin” adına kolxozun ərazisindəki Balakən çay sahilindən təsərrüfata yararsız olan daşlıq sahədən ayrılmış bir hektar torpaq sahəsinin 3-dən bir hissəsidir. Balakən rayon Kənd Təsərrüfatı və X4 xx xxxxx 1993-cü il tarixli 4 saylı qərarı ilə təsərrüfatlararası təmir-tikinti müəssisinin bazasında rayon təsərrüfatlararası təchizat satış bazası yaradılmış və təmir-tikinti müəssisəsinin bütün vəsaitləri xx.xx.1993-cü il tarixli Akt əsasında təsərrüfatlararası təchizat satış bazasına verilmişdir. “Torpaq İslahatı haqqında” qanuna uyğun olaraq təsərrüfatlararası təchizat satış bazasında X10 Komissiyası yaradılmış və bu Komissiya xx xxxx 2001-ci li tarixli 2 saylı qərar ilə satış bazasına məxsus əmlakın payçılar arasında bölüşdürülməsi və bütün iştirakçıların əmlakına mülkiyyət hüququna dair Akt və Şəhadətnamənin verilməsini qərarlaşdırmışdır. Balakən rayon X2 xx xxxx 2001-ci il tarixli 06 saylı qərarı ilə təsərrüfatlararası təchizat satış bazasının YAİK xx xxxx 2001-ci il tarixli 2 saylı qərarı təsdiq edilməklə bazanın bütün əmlakçılarına əmlakın mülkiyyətə verilməsinə dair Akt və Şəhadətnamə verilməsi haqda qərar verilmişdir. Bölgüyə əsasən 0.33 ha pay torpaq sahəsi və onun üzərində yerləşən çardaq, anbar, gözətçi məntəqəsi, inzibati bina İddiaçı payına düşmüşdür. “Torpaq İslahatı haqqında“ qanunun 11-ci maddəsinin 3-cü hissəsində qeyd olunur: bu qanun qüvvəyə mindiyi günədək Sovxozun və Kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli fermer təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Bu qanunun “Sovxoz və Kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər” haqda 12-ci maddəsinin 5-ci hissəsində göstərilir: bu qanun qüvvəyə mindiyi günədək Sovxoz və ya kolxoz ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperarivlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsal müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Maraqlı hal ondan ibarətdir ki, təsərrüfatlararası təchizat bazasının yerləşdiyi torpaq sahəsi Hənifə kənd Lenin adına kolxozun torpaq sahəsi olduğu halda eyni zamanda AİKnin qərarı ilə təchizat bazasının işçilərinə pay əmlak kimi verildiyi halda, Qazbinə bələdiyyəsinin mülkiyyətində olması kimi göstərilmişdir. Ona görə də 2002-ci ildə iddiaçı payına düşən obyektlərin altında yerləşən 0.33 ha torpaq sahəsini almaq üçün Qazbinə bələdiyyəsinə müraciət etmişdir. İddiaçı Qazbinə bələdiyyəsinin xx xxxxxx 2002-ci il tarixli 13 saylı qərarı və eyni tarixli sərəncamı ilə torpağı alqı-satqı qaydasında almış və Bələdiyyənin kassasına 6 milyon 303 min manat ödəyərək 28 nömrəli kassa mədaxil qəbzi götürmüşdür. Bundan sonra Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları İdarəsinə müraciət edərək Balakən rayon X2 xx xxxx 2001-ci il tarixli 6 saylı qərarı ilə Əmlak üzərində mülkiyyət hüququna dair iddiaçıya 622 nömrəli Şəhadətnamə verilmişdir. Eyni zamanda BDTİ və MHQİ 0.33 ha torpaq sahəsinin planını tərtib etmiş və iddiaçının bütün əmlakı 409 saylı Qeydiyyat vəsiqəsi ilə qeydiyyata götürülmüşdür. İddiaçı 0.33 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış obyektlərinə birgə çıxarış almaq üçün DƏDRX 18 saylı X3 müraciət etmişdir. Cavabdeh orqan xx xxxx 2016-cı il tarixli məktubu ilə qeyd etmişdir ki, həmin torpaq xidmətin Elektron baza xəritəsində 51 saylı Yol İdarəsinin adında dövlət torpağı kimi qeyd edilmişdir. Eyni zamanda qeyd olunur ki, 0.33 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqanın nümayəndələri iddiaçının onlara təqdim etdiyi sənədlərə baxanda onlara məlum olmuşdur ki, 0.33 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binaları 2005-ci ildə BDTİ və MHQİ tərəfindən qeydiyyata götürülmüş və iddiaçının adına 409 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin icrası ilə bağlı Xidmətin 18 saylı Ərazi İdarəsində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 13 saylı qərarına əsasən İddiaçı satılmış qeyri-yaşayış binasının yerləşdiyi 0.33 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mövcud olan elektron baza xəritələrində 51 saylı Yol MMC-nin adında dövlət torpağı kimi qeyd olunmuşdur. İddiaçı məxsus qeyri-yaşayış binalarının və həmin binaların yerləşdiyi 0,33 ha torpaq sahəsinin mülkiyyət növü ilə bağlı şübhə doğuran hallar yarandığından təqdim edilən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən məsələyə dair münasibətin bildirilməsi ilə bağlı Əmlak Məsələri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsinə sorğu göndərilmişdir. Həmin sorğu Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi tərəfindən cavablandırılmış və qeyd olunan ərazinin xxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin istifadəsində olmaqla 0,33 ha torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə rəy bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1983-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarışda Balakən rayonunda yeni yaradılmış təsərrüfatlararası təmir-tikinti müəssisəsinə inzibati və köməkçi binaların tikintisi üçün Hənifə kəndinin “Lenin” adına kolxozun ərazisindəki Balakən çay sahilindən kənd təsərrüfatına yararsız olan daşlıq sahədən istifadə üçün 1 (bir) hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Balakən rayon Kənd Təsərrüfatı və X4 xx.xx.1993-cü il tarixli 4 saylı iclas protokolundan çıxarışda Rayon Kənd Təsərrüfatı və Ərzaq idarəsinin tabeçiliyində təsərrüfatlararası təchizat satış bazasının yaradılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Balakən rayonu təsərrüfatlararası təchizat satış bazası X10ı komissiyasının xx xxxx 2001-ci il tarixli 2 saylı iclas protokolunda təsərrüfatlararası təchizat satış bazasına məxsus əmlakın komissiyanın müəyyən etdiyi qiymətlərə əsasən mövcud təlimata uyğun olaraq bölüşdürülmüş bölgüsü təsdiq edilmişdir. İş materiallarında olan Qazbinə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 13 nömrəli protokolunda Balakən rayon təchizat satış bazasının obyektlərinin altındakı 0.33 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hər sotu 191000 manat olmaqla İddiaçı satılması qərara alınmışdır. İş materiallarında olan 409 nömrəli “Qeydiyyat vəsiqəsi”nin surətindən müəyyən edilir ki, Balakən rayon C.Cabbarlı küçəsində yerləşən qeyri-yaşayış binası İddiaçı adına 622 inventar nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan ƏMDK-nın 17 saylı ərazi şöbəsinin məktubuna əsasən müəyyən edilmişdir ki, Balakən şəhəri, 28 May küçəsində (Cəfər Cabbarlı küçəsi) yerləşən qeyri-yaşayış binalarına və həmin binaların yerləşdiyi torpaq sahəsinə yerində baxış keçirilmiş və məlum olmuşdur ki, həmin ərazidən xxxxxxxxxxxxxxxxxxxxxx MMC istifadə edir və həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-675/2016 nömrəli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-675/2016 nömrəli Qərardadı ilə iş üzrə “xxxxxxxxxxx” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan “Registrdən çıxarış”dan müəyyən edilir ki, ünvan 1 ünvanlarında yerləşən əmlaklar xxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin balansına verilmişdir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2016-cı il tarixli 02-1376 nömrəli məktubunda qeyd edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC (əvvəlki “74 saylı X7”, hazırkı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC ) Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli İ80 №-li sərəncamına əsasən həmin tarixdən C.Cabbarlı küçəsində (hazırda 28 May 12) fəaliyyət göstərir. Balakən rayon XDS-nin xx xxx 1983-cü il tarixli 4 №-li qərarı ilə 1 ha, Balakən rayon İcra Halmiyyəti Başçısının xx xxxxxx 1990-cı il tarixli 24 №-li protokoluna əsasən Balakən şəhəri C.Cabbarlı küçəsində yerləşən həmin idarəyə 1,2 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsində 2,2 ha torpaq sahəsi var və həmin torpaq sahəsindən istifadə olunur. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxx” Departamenti MMC-nin xx.xx.2003-cü il tarixli 25 saylı əmri ilə “51 saylı X8” MMC yaradılmışdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2016-cı il tarixli arxiv çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1994-cü il tarixli Sərəncamına əsasən təsərrüfatlararası tikinti materialları istehsalı və təmir müəssisəsinin xx.xx.1994-cü il tarixdən təsərrüfat fəaliyyəti dayandırılmış və müəssisənin balansında olan əsas vəsaitlər dəyəri ödənilməklə rayonda yeni yaradılmış “xxxxxxxxxxx” Dövlət Şirkətinin 74 nömrəli yol tikinti idarəsinin balansına verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(84)-23/2017 nömrəli Qərardadı ilə işin icraatı Balakən rayon Məhkəməsinin icraatında olan iş üzrə iddiaçı “xxxxxxxxxxx” ASC 15 nömrəli Yİ MMC-nin cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 68/2019 nömrəli məktubundan müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan sözügedən mülki işin icraatı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iddiaçı “xxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Balakən Rayon İcra Hakimiyyətinə qarşı “Balakən rayon təsərrüfatlararası təchizat satış bazası yerli X2 xx xxxx 2001-ci il tarixli, Balakən rayon X2 xx xxxx 2001-ci il tarixli qərarının və xx xxxx 2001ci il tarixli, əmlak üzərində mülkiyyət hüquqlarına dair 06 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 7/2019 nömrəli Qərardadı ilə iddiaçı “xxxxxxxxxxx” ASC Yİ MMC-nin cavabdeh İddiaçı qarşı “İddiaçı adına verilmişqeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)- 3/2020 nömrəli Qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxı” MMC-nin xx.xx.2019-cu il tarixli 98 saylı məktubundan müəyyən edilir ki, Cəfər Cabbarlı küçəsində iddiaçıya ayrılmış 0.33 ha torpaq sahəsinin “xxxxxxxxxxxxxxxxxxxxxı” MMC-nin yerləşdiyi əraziyə heç bir aidiyyəti yoxdur. İş materiallarına əlavə edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC X9 İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-237 nömrəli mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada göstərdiyi torpaq sahəsi 0.50 hektardır. Həmin torpaq sahəsi X6 Məlumatlarında Balakən rayonu, 28 May küçəsində yerləşən 51 saylı Yol MMC 2-yə aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara Balakən Rayon XDS İcraiyyə Komitəsinin xx xxx 1983-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarış, Balakən rayon Kənd Təsərrüfatı və X4 xx.xx.1993-cü il tarixli 4 saylı iclas protokolundan çıxarış, Balakən rayonu təsərrüfatlararası təchizat satış bazası X10ı komissiyasının xx xxxx 2001-ci il tarixli 2 saylı iclas protokolu, Qazbinə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 13 nömrəli protokolu, 409 nömrəli “Qeydiyyat vəsiqəsi”nin surəti, ƏMDK-nın 17 saylı ərazi şöbəsinin məktubu, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-675/2016 nömrəli Qərardadı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-675/2016 nömrəli Qərardadı, “Registrdən çıxarış”, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2016-cı il tarixli 02-1376 nömrəli məktubu, “xxxxxxxxxxxxxxxxxx” Departamenti MMC-nin xx.xx.2003-cü il tarixli 25 saylı əmri, Dövlət Arxivinin Şəki filialının xx.xx.2016-cı il tarixli arxiv çıxarışı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-23/2017 nömrəli Qərardadı, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 68/2019 nömrəli məktubu, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-7/2019 nömrəli Qərardadı, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(116)-3/2020 nömrəli Qərardadı, “xxxxxxxxxxxxxxxxxxxxxı” MMC-nin xx.xx.2019-cu il tarixli 98 saylı məktubu, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC X9 İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-237 nömrəli mütəxəssis rəyinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2016-cı il tarixli **********28 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli, 2 saylı qərarının 3-cü bəndinə əsasən, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kəndtəsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC X9 İdarəsinin xx.xx.2020-ci il tarixli ŞM-237 nömrəli mütəxəssis rəyinin təsdiq edilmiş surətindən göründüyü kimi İddiaçı naturada göstərdiyi torpaq sahəsi 0.50 hektardır və həmin torpaq sahəsi X6 Məlumatlarında Balakən rayonu, 28 May küçəsində yerləşən 51 saylı Yol MMC 2-yə aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsi dövlət mülkiyyətinə aid olmaqla məktəb ərazisi olmuşdur. Qazbinə bələdiyyəsi mülkiyyətində olmayan torpaq sahəsini iddiaçıya satmışdır ki, buna da bələdiyyənin səlahiyyəti yoxdur. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları əmələ gəlməmişdir ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Balakən rayonu təsərrüfatlararası təchizat satış bazası X10ı komissiyasının xx xxxx 2001ci il tarixli (2 nömrəli iclasının qərarı) və Balakən rayon X2 xx xxxx 2001-ci il tarixli 06 saylı qərarı Balakən rayonu təsərrüfatlararası təchizat satış bazası X10ı komissiyasının xx xxxx 2001-ci il tarixli 2 nömrəli iclasının qərarının təsdiq edilməsi hissəsində Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-246/2018 saylı qərarı ilə ləğv edilmişdir. Həmin qərardan hazırki iş üzrə iddiaçı həmin iş üzrə 3-cü şəxs olan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətindən imtina etdiyi üçün Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(107)-12/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya icraatına xitam verilmiş, beləliklə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-246/2018 saylı qərarı qüvvəyə minmişdir. Beləliklə iddiaçının hüquqi əsas kimi istinad etdiyi ilkin hüquqmüəyyənedici sənədlər ləğv olunduğu və bələdiyyənin qeyd olunan torpaq sahəsinə dair qərar qəbul etmək səlahiyyətinin olmadığı və nəhayət həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “0.33 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış obyektlərinə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 60 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X1 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-3/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver