Məhkəmə qərarları › İş №2-1(116)-3/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3/2022 21.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı hüquqi varisi X3 Cavabdehnə qarşı “tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən olan maneələrin qadağan edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı Cavabdeh hərəkətlərinin qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-107/2020 nömrəli qərardadına əsasən İddiaçı Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-332/2020 nömrəli qərardadına əsasən X6 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2-1(116)-107/2020 nömrəli qərardadı ləğv edilmiş, İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-107/2020 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X6 ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-23/2021 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisi X3 Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi” tələbinə dair iş üzrə icraat Mingəçevir Şəhər Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-294/2021 nömrəli qərardadı ilə İddiaçı hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-23/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-23/2021 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edildiyindən 2-1(116)-3/2022 nömrəli inzibati iş üzrə icraat təzələnmiş, məhkəmənin eyni tarixli, eyni nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-2786B KOD 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə inzibati mübahisə həll edilənə kimi İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı cavabdehin hərəkətlərinin qadağan edilməsi" tələbinə dair 2-1(116)-23/2021 nömrəli inzibati iş üzrə icraat dayandırılmışdır. Müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli 2-1(107)-83/2022 nömrəli qərarı Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bununla da icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından 2-1(116)-3/2022 nömrəli inzibati iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-3/2022 nömrəli qərardadı ilə təzələnmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2-1(84)-1787/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərkən X2 adına olan JN-2786B №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər dəlil olaraq qəbul edilmiş və onun əsaslılığına dair heç bir şübhə olmamışdır. Odur ki, həmin sənədə istinad olunmaqla iddiaçı X2 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-115/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1475/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1475/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına və JN- 2786B KOD 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad etməklə 0.04 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddiaçı Sözügedən torpaq sahəsinin kənarlarının hasarlanması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğunu bildirərək ərazidə tikinti işlərinin aparılmasını tövsiyə etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın JN-2786B nömrəli Şəhadətnamə əsasında verilməsi və sözügedən Şəhadətnamənin iddiaçının oğlu Elgiz Mustafayev tərəfindən saxtalaşdırılması ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının hüquq varisi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının hüquq varisinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 2.2.4-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia tələbi öhdəliyin icrası haqqında iddianın xüsusi növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia növünə aiddir. İddiaçı, cavabdeh orqandan imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı yönəlmiş, iddia qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün olsa da, mahiyyət etibarilə əsassızdır. İşdə olan ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan AZ-İİ 082830 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanması ilə bağlı tikinti işlərinin aparılmasına cavabdeh orqan tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına nail olmaqdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə müəyyən edilmişdir ki, JN- 2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə saxtalaşdırılmaqla tərtib edilmişdir. Odur ki, sözügedən Şəhadətnamə iddia olunan 0.04 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilməmişdir. Hazırkı iş üzrə təqdim edilmiş ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1475/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına istinad edilməklə tərtib edilmişdir. Odur ki, sözügedən çıxarışın verilməsinə əsas olmuş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə saxta olduğundan həmin Şəhadətnamə əsasında tərtib edilmiş çıxarışın da məzmunun qeyri-dəqiq olması birbaşa sübut olunur. Odur ki, iddiaçının 0.04 ha torpaq sahəsinin hasarlanmasına yönəlmiş hərəkətlərinə cavabdeh orqanın müdaxiləsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Qanun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı hüquqi varisi X3 Cavabdehnə qarşı “hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin ətrafının hasarlanmasına cavabdeh tərəfindən olan maneələrin qadağan edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar