Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-30/2022 10.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzrə JN-087F nömrəli 2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə aparılmış yanlış qeydiyyata düzəliş edilərək həmin şəhadətnamədən X7, X9, X14, X17, X15 və X8 adlarının çıxarılması və həmin torpaq sahəsi üzərində Minbaşyeva Müzəyyən Musa qızının mülkiyyət hüququ qeydə alınmaqla hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X13, X16, Mahmudova (Məmmədova) Safura Dursun qızı, Abdullayeva (Məmmədova) Nəkibə Dursun qızı, Qədirova (Məmmədova) Mehriban Dursun qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Qəbələ rayonu Böyük Əmili kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzrə JN-087F saylı 2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsaslanaraq X2 adına xüsusi mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın ləğv edilməsi və ləğv edilmiş həmin qeydiyyatın əvəzinə Qəbələ rayon Hacallı kənd inzibati ərazi nümayəndəliyinin Böyük Əmili kəndinə aid 1991-1995-ci illəri əhatə edən təsərrüfatbaşına kitabında Minbaşyeva Müzəyyən Musa qızının təsərrüfatı ilə əlaqədar qeydləri əsas götürərək Qəbələ rayonu Böyük Əmili kəndində 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Minbaşyeva Müzəyyən Musa qızının adına mülkiyyət hüququ barədə qeydiyyat aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Qəbələ rayon Dövlət Arxivinin 21.09.2020-ci il tarixli 84 saylı məktubudan və həmin məktubun qoşması olan Qəbələ rayon Hacallı kənd inzibati ərazi nümayəndəliyinin Böyük Əmili kəndinə aid 1991-1995-ci illərini əhatə edən təsərrüfatbaşına kitabının M.M.Minbaşyevanın təsərrüfatını əks etdirən vərəqinin təsdiq olunmuş surətindən aydın olur ki, həmin kənddə Minbaşyeva Müzəyyən Musa qızına məxsus 1 ədəd təsərrüfat, o cümlədən 1 ədəd həyətyanı torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evi olmuşdur. Belə ki, Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən Minbaşyeva Müzəyyən Musa qızına məxsus olmuş 0,12 ha həyətyanı torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evi tikilmişdir. Lakin JN-087F saylı 2001-ci tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, M.M.Minbaşyevaya məxsus 0,12 ha həyətyanı torpaq sahəsi Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 noyabr 1997-ci il tarixli 19 saylı qərarı ilə səhvən X2 mülkiyyətinə verilmişdir. JN-087G saylı 2001-ci tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07 noyabr 1997-ci il tarixli 19 saylı qərarı ilə X2 mülkiyyətinə verilmişdir. Belə olan halda, Qəbələ rayonu Böyük Əmili kəndində X5 məxsus 2 təsərrüfat, o cümlədən 2 həyətyanı torpaq sahəsi və 2 fərdi yaşayış evi olduğu barədə yanlış nəticəyə gəlmək olar ki, bu hal isə qeyri-mümkündür. Belə ki, Qəbələ rayon Dövlət Arxivinin 22.10.2020-ci il tarixli 96 saylı məktubundan və həmin məktuba qoşma olaraq əlavə edilmiş Böyük Əmili kəndinə aid 1996-2000-ci illərini əhatə edən təsərrüfatbaşına kitabında X2 təsərrüfatının təsdiqlənmiş surətindən aydın olur ki, həmin kənddə K.C.Məmmədovaya aid yalnız 1 təsərrüfat, o cümlədən 1 həyətyanı torpaq sahəsi və 1 fərdi yaşayış evi olmuşdur. Odur ki, JN-087F saylı 2001-ci tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,12 ha həyətyanı torpaq sahəsi üzrə X2 adına mülkiyyət hüququnun rəsmiləşdirilməsi təsərrüfatbaşına kitabda öz əksini tapmadığı üçün tamamilə əsassızdır. İddiaçı JN-087F nömrəli şəhadətnamənin ləğv edilməsi və 0,12 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin Minbaşyeva Müzəyyən Musa qızının adına qeydiyyata alınması məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 19.10.2020-ci il tarixli **********40 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X6 və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair JN- 087F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunması və həmin torpaq sahəsinin 0,12 ha hissəsinin Minbaşyeva Müzəyyən Musa qızının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanladığı 17.12.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. X2 adına 0,12 ha torpaq sahəsinə dair hazırlanmış JN-087F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Cavabdeh orqan etiraz məktubunda həmçinin bildirir ki, İddiaçı iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə X2 adına JN-087 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən etiraza əlavə edilmişdir. Məhkəmənin 18.11.2021-ci il tarixli 2-1(116)-427/2021 nömrəli qərardadı ilə X9, X14, X17 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 06.02.2022-ci il tarixli ərizə ünvanlayaraq “Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzrə JN-087F nömrəli 2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə aparılmış yanlış qeydiyyata düzəliş edilərək həmin şəhadətnamədən X7, X9, X14, X17, X15 və X8 adlarının çıxarılması və həmin torpaq sahəsi üzərində Minbaşyeva Müzəyyən Musa qızının mülkiyyət hüququ qeydə alınmaqla hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi və vəkili 09.02.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq 06.02.2022-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd edilən iddia tələbini müdafiə etdiyini bildirmiş və təyin edilmiş məhkəmə baxışı iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin böyük məsləhətçisi Rəhim Qədirzadə tərəfindən 25.01.2022-ci il tarixdə tərtib edilən arayışdan görünür ki, iş üzrə üçüncü şəxs X16 ilə əlaqə saxlanılmış, 25.01.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olduğu halda hansı səbəbdən iştirak etmədiyi soruşulmuşdur. A.Məmmədov iclas barədə məlumatlı olduğunu, lakin işin nəticəsində maraqlı olmadığını, həmin torpaq sahəsinin onlara aidiyyətinin olmadığını, bu barədə icra nümayəndəliyinə məlumat verdiyini və heç bir məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunda qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan: JN-0095 kod 40604028 nömrəli Dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 07.11.1997-ci il tarixli 19 nömrəli qərarı ilə 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Minbaşyeva Müzəyyən Musa qızının mülkiyyətinə verilmişdir. 198644 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Minbaşyeva Müzəyyən Musa qızı 08.05.1997-ci il tarixdə vəfat etmişdir. 18.08.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, 06.05.1997-ci ildə vəfat etmiş Minbaşyeva Müzəyyən Musa qızının vərəsəsi onun nəvəsi İddiaçıdur. Miras əmlak JN-0095 kod 40604028 nömrəli Dövlət aktına və DƏDRX Qəbələ rayon ərazi idarəsinin 649 nömrəli arayışına əsasən 0,35 ha torpaq sahəsindən ibarətdir. MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə görə, 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində **********77 reyestr, ********** qeydiyyat nömrəsi ilə 25.08.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Qəbələ rayon Hacallı kənd İnzibati ərazi nümayəndəliyinin Böyük Əmili kəndinə aid Təsərrüfatbaşına kitablarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, torpaq kadastr kitabının dördüncü bölməsindən yazılmış məlumatlara əsasən Minbaşyeva Müzəyyən Musa qızının 1990-1995-ci illər üzrə 0,15 ha torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.06.2021-ci il tarixli **********80 nömrəli məktubu ilə Xidmətin tabeliyində olan "xxxx" MMC-nin arxivindən Qəbələ rayonu Böyük Əmili kəndinin (“S.Vurğun” təsərrüfatı) pay və həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından M.Minbaşyevanın adı qeyd edilmiş hissədə çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilən “Qəbələ rayonunun Böyük Əmili kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, Minbaşyeva Müzəyyən Musa qızının qanuni istifadəsində 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmçinin, Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 10.11.1997-ci il tarixdə təsdiq edilmiş, “S.Vurğun” adına X28 Komissiyası tərəfindən tərtib edilmiş “Qəbələ rayon Hacallı kənd inzibati ərazi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, 1906-cı il təvəllüdlü Minbaşyeva Müzəyyən Musa qızının istifadəsində qaytanlanmış kitaba əsasən 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur. İşdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilən “Qəbələ rayonunun Böyük Əmili kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, 87-ci sırada X7, X9, X14, X17, X15 və X8 adları qeyd edilmiş və qanuni istifadələrində 0,14 ha həyətyanı torpaq sahəsinin olması göstərilmişdir. İşdə olan Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 10.11.1997-ci il tarixdə təsdiq edilmiş, “Qəbələ rayon Hacallı kənd inzibati ərazi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, X7, X9, X14, X17, X15 və X8 istifadələrində qaytanlanmış kitaba əsasən 0,14 ha həyətyanı torpaq sahəsi vardır. JN-087F kod 40604028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətinə görə, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07.11.1997-ci il tarixli 19 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X7, X9, X14, X17, X15 və X8 mülkiyyətinə verilmişdir. JN-087G kod 40604028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 07.11.1997-ci il tarixli 19 saylı qərarı ilə 0,32 ha həyətyanı torpaq sahəsi X7, X9, X14, X17, X15 və X8 mülkiyyətinə verilmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq 28.10.2021-ci il tarixli **********40 nömrəli məktubunda bildirmişdir ki, JN-087F və JN-087G saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında verilmiş 0,12 ha və 0,32 ha torpaq sahələri üstüstə düşmür və fərqli ərazilərdə yerləşir. Cavabdehin 01.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Məhkəmənin 19.11.2021-ci il tarixli məktubu ilə bağlı müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı iddia etdiyi 0,12 ha torpaq sahəsi ilə X3 adına tərtib edilmiş JN-087F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş torpaq sahəsi üst-üstə düşür. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Böyük Əmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.02.2022-ci il tarixli 37 nömrəli məktubunda qeyd edilmildşir ki, X16 özünə məxsus torpaq sahəsində ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə iddia etdiyi torpaq sahəsində ailə üzvləri yaşayırlar. Həmin torpaq sahələri bir birindən 300-400 metr aralıda yerləşir. Namayəndəliyin məktubuna X8 ərizəsi də əlavə edilmiş və ərizədə qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin onlara heç bir aidiyyəti yoxdur. Onlar öz təsərrüfatlarında yaşayırlar. Həmin torpaq sahəsinin A.Məmmədova və onun ailə üzvlərinə heç bir aidiyyəti yoxdur. X4 (ş/v AZE ********), X10 (ş/v AA 0693660) və X11 (ş/v AZE ********) adları ilə birlikdə şəxsiyyət vəsiqələrinin nömrəsi qeyd edilməklə A.Məmmədov tərətindən imzalanmışdır. İmza Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Böyük Əmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi iddiaçının mərhum nənəsi Minbaşyeva Müzəyyən Musa qızı torpaq islahatı aparılan zaman yaşadığı təsərrüfatında tək özü olmaqla qeydiyyatda olmuş, adı yerli AİK tərəfindən subyektlər siyahısına daxil edilmiş, Qəbələ AİK-nın qərarı ilə siyahı təsdiq edilmiş və siyahıya əsasən ona həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin sözügedən torpaq sahəsinə DTXK tərəfindən JN-087F nömrəli şəhadətnamə tərtib edildiyi zaman texniki yanlışlığa yol verilmiş, şəhadətnamədə X7 və onun ailə üzvlərinin adları qeyd edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilir ki, K.Məmmədova və onun ailə üzvlərinə AİK-nın müvafiq qərarı ilə 0,32 ha həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-087G nömrəli şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan və yuxarıda sadalanan üçüncü şəxs və Qəbələ RİH başçısının Böyük Əmili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilən ərizə və məktublardan müəyyən edilir ki, üçüncü şəxslərə ayrılmış torpaq sahəsi iddia tələbində qeyd edilən torpaq sahəsindən aralıda yerləşir və üçüncü şəxslər özlərinə məxsus torpaq sahəsində ayrıca təsərrüfatda yaşayırlar. Üçüncü şəxs Aydın Məmmədovun da ərizəsi ilə sabit olur ki, iddia tələbində qeyd edilən 0,12 ha torpaq sahəsinin faktiki istifadəçiləri A.Məmmədov və onun ailə üzvləri deyil və həmin torpaq sahəsinin üçüncü şəxslərə heç bir aidiyyəti yoxdur. 25.01.2022-ci il tarixdə tərtib edilən arayışdan görünür ki, iş üzrə üçüncü şəxs X16 ilə əlaqə saxlanılmış, 25.01.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olduğu halda hansı səbəbdən iştirak etmədiyi soruşulmuşdur. A.Məmmədov iclas barədə məlumatlı olduğunu, lakin işin nəticəsində maraqlı olmadığını, həmin torpaq sahəsinin onlara aidiyyətinin olmadığını, bu barədə icra nümayəndəliyinə məlumat verdiyini və heç bir məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Digər üçüncü şəxslər məhkəmə icraatı barədə məlumatlı olsalar da iddia tələbinə heç bir münasibət bildirməmişlər. Cavabdeh 01.12.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı iddia etdiyi 0,12 ha torpaq sahəsi ilə X3 adına tərtib edilmiş JN-087F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə verilmiş torpaq sahəsi üst-üstə düşür. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzrə JN-087F nömrəli 2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə aparılmış yanlış qeydiyyata düzəliş edilərək həmin şəhadətnamədən X7, X9, X14, X17, X15 və X8 adlarının çıxarılması və həmin torpaq sahəsi üzərində Minbaşyeva Müzəyyən Musa qızının mülkiyyət hüququ qeydə alınmaqla hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Qəbələ rayonu Böyük Əmili kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzrə JN-087F nömrəli 2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə aparılmış yanlış qeydiyyata düzəliş edilərək həmin şəhadətnamədən X7, X9, X14, X17, X15 və X8 adlarının çıxarılması və həmin torpaq sahəsi üzərində Minbaşyeva Müzəyyən Musa qızının mülkiyyət hüququ qeydə alınmaqla hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-30/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-30/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver