Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-300/2020 28.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2, cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.03.1979-cu il tarixdən 04.01.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı 01.05.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla hazırda 56 yaşı var. Mövcud iş stajı və yaşı ona yaşa görə əmək pensiyasına çıxmağa imkan verir. Lakin, onun 29.03.1979-cu ildən 04.01.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalçaçılıq istehsalat müəssisəsində xalça toxucusu kimi işlədiyi müddət əmək kitabçasında əks olunmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iş stajı kimi qəbul olunmur. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh imtinası tamamilə əsasızdır və onun təqdim etdiyi arayışlar üzrə sosial sığorta stajı yaşa görə əmək pensiyasının təyini üçün əsas verir. Odur ki, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2, 33,35, 46 və 73-cü maddələrinə əsaslanaraq məhkəmədən Azərbaycan Respublikası İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində xalça toxucusu kimi işlədiyim 29.03.1979-cu ildən 04.01.1998-ci ilədək olan müddətin sosial sığorta stajına daxil olunmasının və yaşa görə əmək pensiyası təyin edilərək pensiyanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 21.10.20-ci il tarixli **********6 nömrəli imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçasına əsasən təsdiq olunmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin olunması barədəki müraciətiniz, pensiya təyin edən komissiyanın 664 nömrəli qərarı ilə mümkün hesab edilməmişdir. İddiaçı məhkəmənin 29.01.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının 29.03.1979-cu il tarixdən 04.01.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı 01.05.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “29.03.1979-cu il tarixdən 04.01.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və yaşa görə əmək pensiyası təyin edilərək pensiya hüququnun yarandığı vaxtdan hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “Əmək pensiları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensilarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 bəndinə tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, ******** nömrəli X1 surəti, Cavabdeh 21.10.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və 11.12.2019-cu il tarixli **********4 nömrəli etirazı, 11.12.2019-cu il tarixli **********9 nömrəli və 03.02.2020-ci il tarixli **********4 nömrəli məktubu, 10.11.1987-ci il tarixli İV ЖГ 263361 seriya nömrəli notariusda təstiq olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surəti, 08.10.2019-cu il tarixli 01/230 nömrəli arayış, Milli Arxiv İdarəsi X4 filialının 17.10.2019-cu il tarixli, 209 nömrəli arxiv arayışı, 31.01.2020-ci il tarixli aktların surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1979-1998-ci illərdə İsmayıllı rayon Lahıç xalça istehsalat müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu İsmayıllı rayon Dövlət Arxivinin 209 nömrəli 17.09.2019-cu il tarixli arxiv arayışı və Lahıc xalçaçılıq istehsalat müəssisəsinin 12.02.1998-ci il tarixli 21 nömrəli arayışı ilə öz təsdiqini tapır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi 01.05.2019-cu il tarixindən pensiya almaq hüququnun yaranmasından ibarətdir. (Cavabdehin 11.12.2019-cu il tarixli **********9 nömrəli məlumatı və 31.01.2020-ci il tarixli 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1979-1998-ci illərdə İsmayıllı rayon Lahıç xalça istehsalat müəssisəsində işləməsi İsmayıllı rayon Dövlət Arxivinin 209 nömrəli 17.09.2019-cu il tarixli arxiv arayışı və Lahıc xalçaçılıq istehsalat müəssisəsinin 12.02.1998-ci il tarixli 21 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Həmin sənəd iddiaçının iş stajını təsdiq edir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 29.03.1979-cu il tarixdən 04.01.1998ci ilədək İsmayıllı rayon Lahıc xalça istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı 01.05.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 29.03.1979-cu il tarixdən 04.01.1998-ci ilədək İsmayıllı rayon Lahıc xalçaçılıq istehsalat müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil olunması və sağlamlıq imkanları məhdud uşağının 8 yaşınadək tərbiyə etmiş ana kimi hüququnun yarandığı 01.05.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-300/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-300/2020
28.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver